Kabil hava limanı ərazisində əfqan uşaqlar, arxiv şəkli

Azərbaycan sülhməramlısı: Əfqanıstanda valideynlərini itirmiş uşaqların sayı-hesabı yoxdur

87
(Yenilənib 11:02 28.08.2021)
Həmsöhbətimizin sosial şəbəkədə bir qızcığazla olan fotosu hər kəsi göz yaşlarına boğmuşdu. Sosial şəbəkə izləyiciləri həmin fotonu "Bizim Ayla" adlandırmışdılar.

BAKI, 27 avqust — Sputnik. Lev Tolstoy öz "Hərb və sülh" əsərində yazırdı ki, dünyada müharibələrin törədilməsində günahı olmayan yeganə varlıqlar uşaqlardır. Əfsuslar olsun ki, bu gün ölkəmizdə, eləcə də dünyada müharibədən əziyyət çəkən, müharibənin qurbanı olan milyonlarla uşaq var. BMT ötən il bəyan etmişdi ki, ardıcıl olaraq beşinci ildir Əfqanıstan dünyada uşaqların ən çox öldüyü ölkədir. BMT-nin baş katibi "Uşaqlar Silahlı Münaqişələrdə" adlı illik hesabatında 2019-cu ildə Əfqanıstanda 3000-dən çox uşağının öldürüldüyünü və təxminən bir o qədərinin də quruda döyüşlər, partlayışlar və intihar hücumları nəticəsində yaralandığını bildirmişdi. Uşaq ölümlərinin 1200-dən çoxuna Taliban*, min nəfərə qədərinə isə Əfqanıstan Milli Ordusu, Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri də daxil olmaqla, hökumət və hökumətyönlü qüvvələr cavabdehdir. Təəssüf ki, bu acınacaqlı hal hələ də davam edir.

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifəsini yerinə yetirən Zaur Həkimov oradakı müharibənin günahsız qurbanlarından Sputnik Azərbaycan-a danışıb. Həmsöhbətimizin sosial şəbəkədə bir qızcığazla olan fotosu hər kəsi göz yaşlarına boğmuşdu. Sosial şəbəkə izləyiciləri həmin fotonu "Bizim Ayla" adlandırmışdılar:

"3-4 aylıq körpə var idi. Gətirib bizə verdilər ki, ana-atasını itirib. Uşaq aclıqdan ağlayırdı. Mən də düşündüm ki, bunu necə yedizdirim? Mən də camaatın içinə çıxdım ki, əlində körpəsi olan qadın tapım gətirim ki, bu uşağı da əmizdirsin".

Dünya şöhrətli əfqan yazarı Xalid Hüseyni "Çərpələng uçuran" romanında "Əfqanıstanda uşaq var, ama uşaqlıq yoxdur" deyib. Öz geyimini balaca qızcığaza verən Zaur bəy söhbət zamanı bildirib ki, Əfqanistanda "Ayla"ların sayı-hesabı yoxdur. 3-4 aylıq körpəyə süd anası axtaran qəhrəmanımız "Bizim Ayla" ilə qarşılaşıb:

"Küçənin bir küncündə bir qız uşağının uzandığını gördüm. Elə bildim ki, ölüb. Yaxınlaşdım, gördüm ki, sağdır. Ayaqyalın idi, aclıqdan halı yox idi. Qucağıma götürüb gətirdim yanıma. Yemək verdik, özünə gəldi".

Həmin qızcığaz öz dilindən başqa bir dil bilmədiyindən onunla həmsöhbət ola bilməyiblər:

"Əfqanların əksəriyyəti türk dilini bilir. Amma o, azyaşlı idi, nə türk, nə də ingilis dilini bilirdi. Biz də əfqan dilini bilmədiyimizə görə heç nə danışa bilmədik. O uşaq onsuz da şok halında idi, danışa bilmirdi. Bir neçə saat sonra əmisi gəldi, uşağı əmisinə təhvil verdik. Bir müddət sonra 3-4 aylıq körpənin atası tapıldı, ona təhvil verdik".

Azərbaycan sülhməramlısı iki aydan artıq orada olub. Həkimov bildirir ki, Qarabağda bundan daha artıq faciələrlə qarşılaşıb:

"Küçədə valideynlərini itirmiş uşaqlar çoxdur. Küçələrdə valideynlərini itirmiş uşaqları götürürük. Bəzən valideynlərin özləri gətirirlər övladlarını bizə təhvil verirlər. Elələri var ki, valideynlərindən birini itirib, eləsi də var, hər iki valideynini itirib. 2 ay yarımdan artıqdır ki, oradayıq. Camaata yardım edirik, təxliyə edirik. Biz Qarabağda ondan da böyük bəlalar gördük. Biz bu dəhşətləri görməyə öyrəşmişik".

Məlumat üçün bildirək ki, Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb. Bu gün Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən Azərbaycan sülhməramlıları tam heyətdə Kabil-Ankara-Bakı marşrutu ilə vətənə qayıdıblar. Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin edərək xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edib.

Haşiyə: Rejissoru Can Ulkay, ssenaristi İgid Güralpın olan "Ayla" filmi 2017-ci il Türkiyə və Cənubi Koreyanın birgə istehsalıdır. Film 1950-ci ildə başlamış Koreya müharibəsi gedişində yaşanmış real hadisə əsasında çəkilib. Filmin çəkilişləri Türkiyədə və Cənubi Koreyada aparılıb. 1950-ci ildə Şimali Koreya silahlı qüvvələrinin qəflətən hücumu Cənubi Koreyanın paytaxtı Seulun işğalı ilə nəticələnmişdi. Cənubi Koreya olduqca ağır bir duruma gəlmişdi. Birləşmiş Millətlər Təşkilatının yardım məqsədilə çağırışına Türkiyə Cənubi Koreyaya bir briqadasını göndərmişdir. Filmdə hadisələr Türk Briqadasının baş giziri Süleymanın gecə vaxtı baş vermiş döyüşlərindən birində ata və anası öldürülmüş kiçik bir qızı tapması ilə başlayır. Əsgərlər 5 yaşlı qıza ad vermək qərarına gəldikdə, baş gizir Süleymanın "ay gibi yüzü var, zaten ay ışığında bulduk" (ay kimi üzü var, elə ay işığında da tapdıq) deyərək Ayla adını verir. 15 ay ərzində Aylaya baxan Süleymanın artıq Türkiyəyə geri dönməsi barədə əmri gəlir. Bu zaman məsələyə yuxarı rəhbərliyin qarışması ilə Ayla Koreya müharibəsi illərində türk əsgərləri tərəfindən yaradılmış "Ankara Okulu"nda təhsil almağa başlayır. Aylanı tək qoyub getmək istəməyən Süleyman onu Türkiyəyə aparmaq üçün hər cür cəhd etsə də, Cənubi Koreyadan Aylanı çıxarmağa nail ola bilmir. Film müharibənin bitməsindən 60 il sonra Cənubi Koreyadakı Ankara parkında Ayla və Süleyman Dilbirliğinin yenidən bir-birinə qovuşması ilə başa çatır.

*Taliban - Rusiyada qadağan olunmuş terror təşkilatıdır

Həmçinin oxuyun:

Əfqanıstandan xidmət aparmış sülhməramlılarımız Vətənə dönüblər

87
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

7
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

7
Teqlər:
İES, SES

Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb

5
(Yenilənib 22:27 25.09.2021)
BQXK-nin prezidenti humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

BAKI, 25 sentyabr - Sputnik. Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı və tərəflər arasındakı uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib. 

Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir münaqişə kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Öz növbəsində BQXK-nin prezidenti Piter Maurer verilmiş məlumatlara görə təşəkkürünü bildirərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib. O, humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Görüş zamanı, həmçinin ümumi humanitar məqsədli fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb

5
Teqlər:
Ceyhun Bayramov, BQXK