Nizam Osmanov, arxiv şəkli

Zakir Həsənovun müavini Moskvaya gedib

16
Nizam Osmanov "Beynəlxalq Ordu Oyunları - 2021" yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir.

BAKI, 23 avqust — Sputnik. Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov "Beynəlxalq Ordu Oyunları - 2021" yarışlarının açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Qeyd edək ki, Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Rusiyada "Tank biatlonu" və "Mədəniyyət Ordusu", İran İslam Respublikasında "Dəniz kuboku", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqələrində iştirak edir.

16
Teqlər:
səfər

Bakıda Azərbaycan Rusiya hərbi dənizçilərinin görüşü keçirilib

786
Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

BAKI, 18 sentyabr — Sputnik. Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Donanmasının hərbi nümayəndə heyətinin rəhbəri ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı arasında işçi görüşü keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan HDQ ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

---------

12:06

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, nümayəndə heyəti Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.

Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

Rusiya Xəzər donanmasının komandanının müavini kontr-admiral Sergey Yakimovun sözlərinə görə, birgə təlimlərdə Rusiya HDD-nin, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcəklər: "Bir neçə gün ərzində biz burada, Xəzər dənizində birgə fəaliyyətləri məşq edəcəyik".Xatırladaq ki, avqustda Rusiya, Azərbaycan, İran və Qazaxıstan gəmilərinin sentyabrda Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçəcəkləri barədə məlumat yayılmışdı.

Eləcə də oxuyun:

786
  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

  • © Sputnik / Murad Orujov

    Корабль "Астрахань" Военно-морского флота Российской Федерации в бакинской бухте.

  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

  • © Sputnik / Murad Orujov

    Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

  • © Sputnik / Murad Orujov

    Военные Военно-морского флота Азербайджана на территории Бакинского морского порта.

  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

Teqlər:
gəmi, Bakı, Rusiya, Xəzər dənizi
Mövzu:
Bakının son xəbərləri

Azərbaycan şahinləri Türkiyə səmasında

3
(Yenilənib 18:09 18.09.2021)
İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.

BAKI, 18 sentyabr - Sputnik. Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcəklər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunur ki, sentyabrın 21-də Türkiyə Respublikasının İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.
Festival sentyabrın 26-dək davam edəcək.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri isə artıq Vətənə qayıdıb.
Sentyabrın 1-dən 17-dək Türkiyə Respublikasının Konya şəhərində keçirilən birgə taktiki-uçuş təlimində qarşıya qoyulan bütün döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.

Eləcə də oxuyun:

3
Teqlər:
təyyarə, qırıcı, Azərbaycan, HHQ, Türkiyə, uçuş
Yeniyetməyə koronavirusa qarşı peyvənd vurulur, arxiv şəkli

Dünyada uşaqlar COVID-19 əleyhinə necə vaksin olunurlar