Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularını təltif edib

37
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçuları təltif ediliblər.

BAKI, 21 avgust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

“Vətən uğrunda” medalı ilə

Əliyev Malik Vəli oğlu – polkovnik-leytenant

İmanov Nizami Azadxan oğlu – polkovnik-leytenant

Fərəcov Elşən Fərəc oğlu – mayor

Quluyev Yaşar Məhər oğlu – mayor

Əliyev Məhərrəm Valeh oğlu – kapitan

“İgidliyə görə” medalı ilə

Həmidov Elşad Belal oğlu – tibb xidməti general-mayoru

Məmmədov Mübariz Hacıbaba oğlu – polkovnik

Namazova Səidə Oqtay qızı – polkovnik

Atakişiyev Əbülfəz Atakişi oğlu – polkovnik-leytenant

Şahmurov İlkin Gülverdi oğlu – polkovnik-leytenant

Əsgərov Vasif Asif oğlu – mayor

Əzizov Vüqar Əzizxan oğlu – mayor

Nəzərov Altun Səfalı oğlu – mayor

Mahalov Orxan Xalis oğlu – kapitan

“Hərbi xidmətlərə görə” medalı ilə

Mirzəyev Əli Əbdüləli oğlu – polkovnik

Nəzirov Vaqif Cəlal oğlu – polkovnik

Məmmədov Elşən Nazim oğlu – polkovnik-leytenant

Zeynalov Elsevər Elçin oğlu – polkovnik-leytenant

Cabbarova Nigar Sahib qızı – mayor

Həsənov Elmir Yadigar oğlu – mayor

Hüseynov Ramil Vaqif oğlu – mayor

Xələfov Azər Tahir oğlu – mayor

Qasımov Laçın Həsrət oğlu – mayor

Qocayev Pərviz Akif oğlu – mayor

Məmmədov Nahid Arif oğlu – mayor

Sultanov Fəxrəddin Fərhad oğlu – mayor

Tağıyev Səyyat Məhərrəm oğlu – mayor

Zalov Dəmir Bəhram oğlu – mayor

Allahverdi Tural Edilxan oğlu – tibb xidməti mayoru

Alıyev Şükür Eyvaz oğlu – kapitan

Babaşov Samid Həqiqət oğlu – kapitan

Əliyev Məmməd Fəxrəddin oğlu – kapitan

Əmirov Esmir Azər oğlu – kapitan

Ələkbərov İsabala İntiqam oğlu – baş leytenant

Əliyeva Lalə Akif qızı – baş leytenant

Gülməmmədov Faiq Vahid oğlu – baş leytenant

Həsənli Xaqani Füzuli oğlu – baş leytenant

Məlikov Emin Arif oğlu – baş leytenant

Məmmədov Rasim Alik oğlu – baş leytenant

Seyidov Musa Xanlar oğlu – baş leytenant

Tahirov Tahir Kamil oğlu – baş leytenant

Cəlilov Rövşən Hamlet oğlu – gizir

Əliyev Vüqar Əkrəm oğlu – gizir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 avqust 2021-ci il

 

37

Azərbaycanda Anım Günü: Vətən müharibəsinin başlamasından bir il ötür

222
(Yenilənib 14:57 27.09.2021)
Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin ildönümünü qeyd edir, Vətən müharibəsində qəhrəmancasına vuruşan və ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.

Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü uzun müddət dünyada müzakirə olunacaq, təhlil ediləcək və öyrəniləcək.

Döyüşlərin ilk günündə Azərbaycan Ordusu Ağdərə və Murovdağ istiqamətindəki strateji əhəmiyyətli yüksəklikləri, Füzuli və Cəbrayıl bölgələrində bir neçə kəndi azad etdi.

Sputnik Azərbaycan-ın məlumatına görə, 27 sentyabr - Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin Anım Günü ilə əlaqədar olaraq ölkə sakinləri II Fəxri Xiyabanda şəhidlərin xatirəsini ehtiramla yad edirlər.

Tədbirdə rəsmi şəxslər, şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər iştirak edirlər. İştirakçılar şəhidlərin xatirəsini ehtiramla yad edir, ruhlarının rahatlıq tapması üçün dualar edirlər.

Həmçinin Lənkəranda Böyük Bazar Cümə məscidində anım mərasimi keçirilib. Tədbirdə şəhid valideynləri, inanclı insanlar və ruhanilər iştirak ediblər. Qurani-Kərimdən surə və ayələr oxunub. Vətənimizin suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin ruhlarına dualar oxunub. Ölkəmizin ərazi bütövlüyü uğrunda düşmənlə vuruşan qazilərin sağlıqlarına qovuşmaları üçün Allaha dualar edilib.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Qəni Axundzadə xalqımıza başsağlığı verib. O, zəfərin əldə olunmasında dövlət-xalq birliyinin simvoluna çevrilən "Dəmir yumruğ"un əsas rol oynadığını qeyd edib. 

Daha sonra Lənkəran Şəhidlər xiyabanı abidə kompleksində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan ümumrayon tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri və rayon ictimaiyyəti və şəhid ailələri iştirak ediblər. Qeyd edək ki, Lənkəran Şəhidlər xiyabanı yenidən qurulub, Lənkəran rayonunda ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən lənkəranlı şəhidlərimizin xatirə lövhələri vurulub.

 

222
Politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev

Millət vəkili: “Biz qələbə ilə ermənilərin yaratdıqları mifi darmadağın etdik”

8
(Yenilənib 16:38 27.09.2021)
Millət vəkili Arzu Nağıyev deyib ki, Ermənilər bu istiqamətdəki yüksəklikləri ələ keçirməklə Azərbaycandan keçən kommunikasiya xətlərini nəzarətə götürmək istəyirdilər.
Arzu Nağıyev: “Tovuz hadisələri vaxtı ermənilərin sülhlə bağlı limiti başa çatdı”

“Vətən Müharibəsinin başlanma səbəblərindən biri azğınlaşmış ermənilərin Azərbaycan yaşayış məntəqələrini iriçaplı silahlardan atəşə tutması, sərhədboyu rayonlarımıza qarşı təxribatlar törətməsi idi”. Bunu Sputnik Azərbaycan-a Vətən Müharibəsinin anım günü ilə bağlı danışarkən millət vəkili Arzu Nağıyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan əks-həmlə əməliyyatları ilə 44 gün ərzində qələbəyə nail oldu: “Biz bu qələbə ilə ermənilərin özləri haqqında yaratdıqları mifi darmadağın etdik. Bu müharibəyə gətirib çıxaran səbəblər var idi. Müharibədən öncə Ermənistan tərəfi Tovuz istiqamətində təxribat törətmişdi. Ermənilər bu istiqamətdəki yüksəklikləri ələ keçirməklə Azərbaycandan keçən kommunikasiya xətlərini nəzarətə götürmək istəyirdilər. Tovuz hadisələri vaxtı ermənilərin sülhlə bağlı limiti başa çatdı. Bu ölkə BMT-nin qətnamələrini önəm vermədiyini göstərdi. Eyni zamanda münaqişənin həlli ilə məşğul olmağı öhdəsinə götürmüş ATƏT-in Minsk qrupunun fəaliyyəti deklarativ bəyanatlardan uzağa getmədi.  Bütün bunlara görə Vətən Müharibəsi başladı. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün BMT qətnamələrini hərbi yolla icra etdi. Azərbaycan Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuz və şəhadəti şərəf sayan xalqımızın vəhdəti hesabına bu qələbəyə nail oldu”.

Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya liderləri və Ermənistan Baş naziri atəşkəsin və hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanat imzaladılar. Sənədə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Ermənistanın işğalından azad olunaraq Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökmədən hər üç rayona daxil oldu.

Arzu Nağıyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

8
Toyuq əti, arxiv şəkli

Yenidən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub