Toy

Yoluxmanın artmasının səbəbi toylardır: OQ-dan sahibkarlara sərt cəzalar haqda xəbərdarlıq

2783
(Yenilənib 21:10 21.07.2021)
Baş nazir deyib ki, toyların təşkili zamanı qonaqların sayına qoyulmuş məhdudiyyət nəzərə alınmır, iştirak edən şəxslərin COVID pasportu olmur, mərasimin vaxtı müəyyən olunmuş saatları keçir, sanitar-epidemioloji normalar pozulu və sair.

BAKI, 21 iyul - Sputnik. Ölkədəki əlverişli epidemioloji vəziyyəti əsas götürərək, vətəndaşların, xüsusilə gənclərin çoxsaylı müraciətlərini nəzərə alaraq, 2021-ci ilin iyulun 1-dən etibarən xüsusi karantin rejiminin qəbul olunmuş qaydalarına uyğun olaraq şənlik mərasimlərinin keçirilməsinə icazə verildi.

Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qruplarının Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şənlik mərasimləri təşkil edilən obyektlərdə apardıqları nəzarət tədbirləri nəticəsində, eləcə də Operativ Qərargaha ictimaiyyət nümayəndələrindən daxil olan çoxsaylı müraciətlərdən məlum olur ki, şənliklər bütün hallarda “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müəyyən olunmuş tələblərə uyğun şəkildə keçirilmir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Operativ Qərargahın geniş tərkibdə keçirilmiş respublika müşavirəsində deyib. 

O qeyd edib ki, əsasən Bakı şəhərinin şənliklər təşkil olunan obyektlərində əksər hallarda qaydalara əməl olunur. Bununla belə: qonaqların sayına qoyulmuş məhdudiyyət nəzərə alınmır, iştirak edən şəxslərin COVID pasportu olmur, mərasimin vaxtı müəyyən olunmuş saatları keçir, sanitar-epidemioloji normalar pozulur, obyektlərdə əməkdaşların 80%-nin peyvəndlənmiş olması tələbi tətbiq olunmur.

Oxşar hallar respublikanın başqa şəhər və rayonlarında da müşahidə olunmaqdadır.

Belə mənfi halların nəticəsidir ki, son günlər ölkə üzrə yoluxmanın artımı müşahidə olunur.

Vurğulanıb ki, prosesin bu şəkildə davam etməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər. Monitorinqin nəticələri, vətəndaşların çoxsaylı müraciətləri və yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.

Baş nazir Operativ Qərargahın üzvlərinin, şəhər və rayon rəhbərlərinin, nəzarətedici strukturların nümayəndələrinin nəzərinə bir daha çatdırıb ki, əhalinin sağlamlığı ilə bağlı tədbirlərin tətbiqinə şəxsi məsuliyyət daşıyırlar.

Müzakirələrin gedişində şənlik mərasimlərinin keçirilməsi zamanı tələb olunan qaydalara əməl olunması və daha səmərəli nəzarətin həyata keçirilməsi üçün təkliflər səsləndirilib.

Qeyd olunub ki, gənclərin, şənlik mərasimi sahiblərinin həyatlarının ən sevincli və yaddaqalan gününün inzibati müdaxilələrlə pozulması arzuolunmazdır və Operativ Qərargah belə müdaxilələrlə şənlik mərasimlərinin dayandırılmasının tərəfdarı deyil.

Operativ Qərargah belə arzuolunmaz müdaxilələrə yol verilməməsi üçün vətəndaşları şənlik mərasimləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırır.

Operativ Qərargah şənliklərin keçirildiyi obyektlərin sahiblərinin nəzərinə bir daha çatdırır ki, bütün məsuliyyət onların üzərindədir və qayda pozuntuları ilə bağlı qəti və sərt tədbirlər görüləcək.

Həmçinin oxuyun:

* Baş nazir rəsmiləri topladı: COVID-19-a yoluxmanın artması ilə bağlı düyməyə basıldı

Azərbaycanda koronavirus: yoluxanların sayı azalsa da, vəfat edənlər var

Toy adamları ev adamlarını xərcə saldılar

Şadlıq saraylarının qara günləri: Mingəçevirdə sahibkarlar külli miqdarda cərimələnib

* Azərbaycan toylarının "olmazsa, olmaz"ı menyudan silinir: şadlıq evlərindən yeni şərtlər

2783
Футбольный мяч. Архивное фото

Konfrans Liqası: Azərbaycanın iki klubu mübarizəni dayandırdı, biri isə mərhələni keçdi

14
(Yenilənib 23:03 29.07.2021)
Azərbaycanın "Sumqayıt" və "Keşlə" futbol klubları UEFA Konfrans Liqası ilə vidalaşmalı olublar.

BAKI, 29 iyul - Sputnik. “Qarabağ” (Ağdam) klubu avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Konfrans Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

II təsnifat mərhələsindən mübarizəyə başlayan Qurban Qurbanovun yetirmələri “Aşdod” səddini adlayıb. Evdə qolsuz heç-heçə edən Premyer Liqanın vitse-çempionu İsraildəki qələbə ilə tur adlayıb.

“Qarabağ” bu qələbəni erkən qol sayəsində qazanıb. Filip Ozobiçin 6-cı dəqiqədəki qolu komandaya mərhələ adlamaq imkanı verib.

"Sumqayıt" və "Keşlə" də UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Report"un məlumatına görə, Sənan Qurbanovun baş məşqçi olduğu paxtaxt təmsilçisi Rusiyanın "Soçi" klubunu qəbul edib.

"ASK Arena"da keçirilmiş qarşılaşmada qonaqlar 4:2 hesabı ilə qələbə qazanıb. 21-ci dəqiqədə rəqibin heyətində Marko Duqandziç hesabı açıb. 35-ci dəqiqədə "Keşlə"nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov "Soçi"ni yenidən önə keçirib.

İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarının əvvəlində paytaxt təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. 52-ci dəqiqədə Rəhman Hacıyev topu rəqib qapısından keçirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan "Keşlə" Konfrans Liqası ilə vidalaşıb.

"Sumqayıt" "Kapital Bank Arena"da Serbiyanın "Çukariçki" komandası ilə üz-üzə gəlib. Görüş "gənclik şəhəri" təmsilçisi üçün yaxşı başlamayıb. 10-cu dəqiqədə Belqrad klubunun heyətində İbrahima Ndiaye hesabı açıb. 6 dəqiqə sonra isə Marko Dotsiç penaltidən fərqlənməklə meydan sahibini növbəti dəfə məyus edib. Oyunda başqa qol vurulmayıb. Serbiyada rəqibi ilə qolsuz heç-heçə edən "Sumqayıt" da Konfrans Liqası ilə vidalaşmalı olub.

14
Görüş zamanı

Xaricdəki Azərbaycan səfirlərini topladılar: bu layihə çərçivəsində etməli?

14
(Yenilənib 22:00 29.07.2021)
Fuad Muradov deyib ki, ölkədən kənarda yaşayan soydaşlarımızın ianə edərək işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində görülən tədbirlərə qoşulmasını təmin etmək çox vacibdir.

BAKI, 29 iyul — Sputnik. 28 iyul 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədrinin ADA universitetində Azərbaycanın xaricdəki səfirləri ilə görüşü baş tutub.

Görüşdə Azərbaycan Respublikasını müxtəlif ölkələrdə təmsil edən 23 səfir, Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım, ADA Uninversitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və digər qonaqlar iştirak edib.

Görüşdə xüsusi qonaq qismində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov da iştirak edib.

  • Görüş zamanı
    © Photo: Karabakh Revival Fund
  • Görüş zamanı
    © Photo: Karabakh Revival Fund
  • Görüş zamanı
    © Photo: Karabakh Revival Fund
  • Görüş zamanı
    © Photo: Karabakh Revival Fund
1 / 4
© Photo: Karabakh Revival Fund
Görüş zamanı

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ilk olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin Qarabağın uzun onilliklər ərzində davam edən erməni işğalına son qoyaraq, ölkəmizin ərazi bütövlüyünü təmin olunmasından və bu Qələbənin ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratmasından danışıb. R.Hacıyev sözlərinə Qarabağ Dirçəliş Fondunun yaradılması, əsas məqsəd və vəzifələri, hazırki fəaliyyət istiqamətləri və ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva olduğu və bir müddət öncə ictimaiyyətə təqdim olunan "Karabakh.Center" (www.karabakh.center) layihəsi haqqında ətraflı məlumat verərək davam edib.

Daha sonra dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən "Qarabağda Urbisid" adlı sənədli film və "Karabakh.Center" saytının təqdimat videosu nümayiş olunub.

Görüş zamanı Qarabağ Dirçəliş Fondunun beynəlxalq əməkdaşlıq imkanları, xarici ölkələrdə "Karabakh.Center" layihəsi və xüsusilə erməni işğalı nəticəsində ərazilərimizə dəymiş zərər haqqında təşviqat işlərinin təşkili müzakirə edilib.

Həmçinin, səfirlərin təmsil olunduğu ölkələrdə və xaricdə yaşayan fəallarla səmərəli əməkdaşlıq qurulması və diasporamızın Qarabağ üçün ianələrin köçürülməsinin imkanları haqqında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov qeyd edib ki, xaricdə təşviqat işlərinin aparılması üçün uyğun platformaları və təşkilatları qruplaşdırmaq və ölkədən kənarda yaşayan soydaşlarımızın ianə edərək işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində görülən tədbirlərə qoşulmasını təmin etmək çox vacibdir. O, uzun illərdir xaricdə yaşayan və peşəkar formada fəaliyyət göstərən diplomatların təcrübələrindən və tövsiyələrindən faydalanmağın vacib olduğunu bildirib.

Fuad Muradov tarixdə münaqişə zəmnində dağıntıya məruz qalmış şəhərlərin təcrübələrinin öyrənilməsi və "şəhərlərin qardaşlaşması" məsələsinə toxunub.

Görüşün moderatoru, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə öz çıxışında ikinci Qarabağ müharibəsinə dair həqiqətlərin öyrənilməsinin, həmçinin Azərbaycana qarşı dünya mətbuatında tirajlanan saxtalaşdırılmış faktlara qarşı birgə səmərəli mübarizənin aparılmasının vacibliyini vurğulayıb.

Müzakirə zamanı müxtəlif ölkələlərdə Azərbaycan Respublikasını təmsil edən səfirlər təbliğat və təşviqat işləri ilə bağlı maraqlı məlumat və ideyalarla bölüşərək, ianələrin toplanması, bərpa və quruculuq işlərinə soydaşlarımzı və investorları cəlb etməyin zəruriliyini qeyd edərək, bu məqsədlə nəzərdə tutduqları bir sıra təkliflər irəli sürüblər.

Sonda, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev faydalı görüşün baş tutmasına dəstək verən Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramova, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradova, ADA universitetinin rəhbərliyinə və iştirak edən səfirlərə öz minnətdarlığını bildirib.

14