Qarabağ Dirçəliş Fondunun Karabakh.Center layihəsinin təqdimatı

"Karabakh.Center" işğaldan azad edilmiş torpaqlarla bağlı həqiqətləri dünyaya çatdıracaq

33
(Yenilənib 21:58 30.06.2021)
,
Bu internet resursu Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb.

BAKI, 30 iyun - Sputnik. İyunun 30-da Qarabağ Dirçəliş Fondunun "Karabakh.Center" layihəsinin təqdimatı olub.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə erməni vandallarının Qarabağda törətdikləri dağıntıları özündə əks etdirən fotosərgiyə baxıblar. 

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşmən üzərində Qələbə qazanaraq 30 il işğal altında olan torpaqları azad edib.

"İşğaldan azad edilmiş Qarabağda dağıntıların miqdarı həddindən artıq böyükdür. Bizim “Qarabağ Mərkəzi” adlanan bu layihə də dünya ictimaiyyətinə bu zərərin miqyasını çatdırmaq üçün yaradılıb”, - deyə R.Hacıyev vurğulayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin qəbul etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulan beş əsas prioritetdən biri də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışdır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə təcavüzkar ölkə üzərində tam üstünlüyümüzün sübutu olmaqla yanaşı, həm də Azərbaycan xalqının bütün dünyaya özünəməxsus mesajıdır. Biz ədalətsizliklə heç vaxt barışmamışıq və milli maraqlarımızı qorumaq üçün “dəmir yumruq” kimi birləşmişik.

Şanlı Qələbə Qarabağın uzun illər davam edən işğalına son qoydu və Ermənistanın təcavüzü nəticəsində evlərini tərk etmiş 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtmasına imkan yaratdı.

Torpaqların işğaldan azad edilməsi Qarabağda dağıntıların miqyasının necə böyük olduğunu, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyini üzə çıxardı. Zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmır. Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ekologiyasına böyük zərər vurulub.

"Karabakh.Center" layihəsi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi "Karabakh.Center" layihəsi barədə məlumat verən R.Hacıyev qeyd edib ki, təqdimatı keçirilən internet resursu Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb.

Bu internet resursunda toplanan çoxsaylı materiallar konkret nümunələr əsasında xalqımızın Qarabağdakı maddi-mədəni irsinə, regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır. Burada işğal altında olan ərazilərdəki dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və videogörüntüləri yer alır. Bütün fotoşəkillər və videolar saytın "Urbisid" bölməsində yerləşdirilib. Bölmədə memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə də tanış olmaq mümkündür. 

© Sputnik / Murad Orujov
Qarabağ Dirçəliş Fondunun "Karabakh.Center" layihəsinin təqdimatı

Bildirilib ki, "Münaqişə" və "Cinayət" bölmələrində Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı peşəkar tədqiqatçı və jurnalistlər tərəfindən hazırlanmış eksklüziv analitik materiallar və tarixi sənədlər oxuculara təqdim olunur. İnternet resursu üzərində iş davam etdiriləcək, veb-sayt mütəmadi olaraq əlavə edilən yeni foto-materiallarla və analitik məqalələrlə zənginləşdiriləcək, dilbər guşəmiz Qarabağı dirçəldəcək bərpa işlərinə həsr olunmuş materiallara xüsusi yer veriləcək.

Bu internet resursu həm Cənubi Qafqaz mövzusu ilə maraqlanan geniş auditoriyanın, həm də burada təkcə maraqlı tədqiqat işləri deyil, eləcə də bizim "Kitabxana"da mövcud olan çoxsaylı orijinal mənbələr (o cümlədən arxiv sənədləri, kitablar, hesabatlar və s.) tapacaq peşəkar ekspertlərin diqqətini cəlb edəcək.

Tədbirdə Qarabağda törədilən dağıntıların və vurulan zərərin miqyasından bəhs edən "Qarabağda Urbisid" adlı video da nümayiş olunub.

Müharibə sınaqları

İqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib ki, qəhrəman Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad edilmiş Qarabağın dirçəlişi məsələsi müzakirə olunur.

"Müharibə bizi bir çox sınaqlardan keçirdi. Biz bu sınaqlardan üzüağ çıxdıq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən prosesin iştirakçısı olduq. Qarabağ Dirçəliş Fondunun fəaliyyəti müvəqqəti deyil, bu, daimi prosesdir. Çünki biz yalnız dağıdılmış maddi irsimizin bərpası kimi hədəflərlə məhdudlaşa bilmərik və daimi, dayanıqlı inkişafı hədəfləməliyik", - deyə M.Cabbarov bildirib.

Nazir qeyd edib ki, artıq yeni çərçivədə təqdim olunan “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin şahidiyik. Bərpa prosesi tarixi əhəmiyyət daşıyan abidələrimizin, sadəcə, qorunub saxlanılması ilə yanaşı, onun inkişaf etdirilməsi prosesini də əhatə etməlidir. Tarixdə Stalinqrad, Sarayevo, Xirosima hadisələri kimi faciələri xatırladan M.Cabbarov deyib: “Qarabağdakı hadisələr şüurlu şəkildə, onilliklər ərzində həyata keçirilən dağıntı prosesidir. İşğal zamanı təkcə tarixi abidələrimiz, infrastruktur obyektlərimiz, şəhər və kəndlərimiz dağıdılmayıb, regionun gözəl təbiətinə də çox böyük zərər vurulub. İnternet resursunda bu barədə də məlumatlar yer alır. Bu dağıntılar bizim hansı düşmənlə üz-üzə olduğumuzu göstərir”.

© Sputnik / Murad Orujov
Qarabağ Dirçəliş Fondunun "Karabakh.Center" layihəsinin təqdimatı

Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağda bərpa və rekonstruksiya işlərinin sürətlə davam etdiyini diqqətə çatdıran Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri əmin olduğunu bildirib ki, tezliklə biz bu torpaqların çiçəklənməsinin şahidi olacağıq. “Karabakh.Center” internet-resursu Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb.

"Bu internet resursun müxtəlif dillərdə təqdimatı nəzərdə tutulur. Bu, təkcə onlayn versiya ilə məhdudlaşmamalıdır. Qarabağda baş verən dağıntıların miqyası dünyaya çatdırılmalıdır. Dağıdılmış abidələr bərpa olunacaq. Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən bu layihələrə dəstək verməkdən qürur duyur", - deyə Mikayıl Cabbarov vurğulayıb.

Təqdimat mərasimində çıxış edən Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, Fondun yaradılması doğma torpaqlarımıza “Böyük Qayıdış”ın rəmzi ifadəsi hesab edilir. Bu məqsədlə Prezident İlham Əliyev Fondun qarşısında ciddi vəzifələr qoyub.

Qarabağda 30 ildən çox davam edən işğalın nəticələri və hazırda aparılan bərpa işləri barədə dünya ictimaiyyətinə dolğun məlumatın çatdırılmasında müasir informasiya texnologiyalarının rolundan danışan nazir qeyd edib ki, bu baxımdan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılan “Karabakh.Center” internet-resursu çox mühüm əhəmiyyət daşıyır.

Ekoloji terrorun ağır nəticələri aradan qaldırılacaq

“Ermənistanın törətdiyi ekoloji terror nəticəsində ətraf mühitə ciddi zərər vurulub, təbii sərvətlərin məqsədli şəkildə talan edilməsi ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. “Karabakh.Center” internet platforması bu həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında, təbiətə belə amansız münasibətin ifşa edilməsində böyük rol oynayacaq. Eyni zamanda, qarşımızda təbiət ərazilərinin bərpa edilməsi, onların işğaldan əvvəlki vəziyyətinə qaytarılması kimi böyük məsuliyyət dayanır”, – deyə M.Babayev vurğulayıb.

© Sputnik / Murad Orujov
Qarabağ Dirçəliş Fondunun "Karabakh.Center" layihəsinin təqdimatı

Nazir qeyd edib ki, Qarabağ bölgəsi istər təbii sərvətləri, istərsə də biomüxtəlifliyi baxımından çox zəngindir. İşğaldan azad edilmiş ərazilərimizdə bioloji müxtəlifliyin bərpası, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsi istiqamətində işlər aparılacaq. Hazırda “Qırmızı Kitab”ın 3-cü nəşrinin hazırlanmasına başlanılıb. Qarabağın fauna və flora növlərinin hazırkı statusunun qiymətləndirilməsi məqsədilə burada elmi tədqiqat işləri aparılacaq. Bu proseslərin platformada geniş işıqlandırılması məqsədəuyğun olardı.

İşğaldan azad olunmuş ərazilərdə həm içməli su, həm kənd təsərrüfatı, həm də elektrik enerjisi istehsalı üçün istifadə edilə bilən zəngin su ehtiyatlarının olduğunu deyən nazir bildirib ki, burada yaradılmış su anbarlarının, ərazidən axan çayların hidroloji rejiminin öyrənilməsi məqsədilə müşahidələr bərpa ediləcək, su obyektlərinin səmərəli istifadəsi və mühafizəsi üzrə dövlət nəzarəti təşkil ediləcək.

Qeyd olunub ki, Azərbaycanın transsərhəd çayları Ermənistan tərəfindən davamlı çirklənməyə məruz qalıb və bu çirklənmələr bu gün də davam edir. Xüsusilə də Oxçuçayın hövzəsi “ölü zona”ya çevrilib. Qarabağın təbiətinə, ekologiyasına vurulan bu və digər zərər barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasında, eləcə də beynəlxalq səlahiyyətli qurumlar tərəfindən Ermənistana təsir göstərilməsində “Karabakh.Center" internet-resursunun imkanlarından geniş istifadə edilə bilər.

  • Qarabağ Dirçəliş Fondunun "Karabakh.Center" layihəsinin təqdimatı
    © Sputnik / Murad Orujov
  • Qarabağ Dirçəliş Fondunun "Karabakh.Center" layihəsinin təqdimatı
    © Sputnik / Murad Orujov
  • Qarabağ Dirçəliş Fondunun "Karabakh.Center" layihəsinin təqdimatı
    © Sputnik / Murad Orujov
  • Qarabağ Dirçəliş Fondunun "Karabakh.Center" layihəsinin təqdimatı
    © Sputnik / Murad Orujov
  • Qarabağ Dirçəliş Fondunun "Karabakh.Center" layihəsinin təqdimatı
    © Sputnik / Murad Orujov
1 / 5
© Sputnik / Murad Orujov
Qarabağ Dirçəliş Fondunun "Karabakh.Center" layihəsinin təqdimatı

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmış “Karabakh.Center” əhəmiyyətindən danışıb. Bildirib ki, “Karabakh.Center” internet-resursunun vasitəsilə Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımızda törədilən vandalizm aktları barədə məlumatları dünya ictimaiyyətinə çatdırmaq mümkün olacaq. Portalın təbliği işinə vətəndaş olaraq hər birimiz, bütün cəmiyyətimiz öz töhfəsini verməlidir. Qarabağ Dirçəliş Fondu azad olunmuş ərazilərimizin bərpası prosesində könüllülük və bərabərhüquqluluq prinsipi əsasında iştirak etmək istəyən bütün vətəndaşlarımız üçün vahid platformadır.

Sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev layihənin ərsəyə gəlməsi və əhəmiyyəti barədə fikirlərini bölüşüb, "Karabakh.Center" internet-resursunun videotəqdimatı olub.

33
Pomidor satışı, arxiv şəkli

"Rosselxoznadzor"un Azərbaycandan pomidor ixracına icazə verdiyi müəssisələr barədə

600
(Yenilənib 22:17 30.07.2021)
AQTA mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

BAKI, 30 iyun — Sputnik. Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

Bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən 3 avqust 2021-ci il tarixindən daha 34 pomidor istehsalı müəssisəsi və 1 kooperativdən (kooperativə 8 müəssisə daxildir) də bu ölkəyə pomidor ixracına icazə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 187 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 329 729 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 184,5 %-ni təşkil edir.

30.06.2021

Azərbaycanın daha 11 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") iyulun 1-dən etibarən Azərbaycanın daha 11 müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib.

Sputnik Azərbaycan-ın "Rosselxoznadzor"a istinadən verdiyi məlumata görə, qərar birgə video-müayinələr zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.

Açıqlamada aşağıdakı sahibkarlıq subyektləri sadalanır:

Əliyev Xaqani Taleh – Tovuz rayonu

Cəfərov Vaqif Yusif – Şəmkir rayonu

Hüseynova Gülqız Ağahəsən – Bakı şəhəri Xətai rayonu

Musayeva Şəhla Qəzənfər – Şəmkir rayonu

Əkbərov Mətləb Fərayıl – Şəmkir rayonu

"Rus Aqro Alliance" MMC – Bakı şəhəri Nərimanov rayonu

Dəmirov Anar Yaşar – Tovuz rayonu

Əsgərov İlham Möhsun – Şəmkir rayonu

İslamov Musa İbiş – Bakı şəhəri Suraxanı rayonu

"Xəzər-R.R.R" MMC – Şəmkir rayonu

Mustafayev Niyaməddin Rüstəm – Şəmkir rayonu.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 152 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

Oktyabrdan vəziyyət dəyişəcək

1 oktyabr 2021-ci ildən etibarən Azərbaycandan Rusiyaya alma və pomidorların konteynerlə daşınmasına keçid nəzərdə tutulur. Bundan əvvəl, bu ilin may ayında Rosselxoznadzor 30 Azərbaycan müəssisəsindən Rusiya Federasiyasına pomidor idxalına icazə vermişdi. Xüsusilə, məhsulların respublikanın Abşeron, Şabran, Şəmkir, Salyan, Samux, Tovuz rayonlarında, eləcə də Sumqayıt və Bakının Sabunçu, Nəsimi, Nərimanov, Binəqədi, Yasamal, Səbail rayonlarında yerləşən müəssisələrdən gətirilməsinə icazə verilir.

Xatırladaq ki, 10 dekabr 2020-ci il tarixindən Azərbaycandan Rusiyaya pomidor və alma idxalı müvəqqəti olaraq AİB üzvü olan ölkələr üçün karantin altında olan meyvə və tərəvəz məhsullarında olan zərərvericilər - Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta (Povolny)) və şərq güvəsi (Grapholita molesta (Busck)) səbəbindən məhdudlaşdırılmışdı.

Problem necə yarandı

Azərbaycanda kənd təsərrüfatı məhsullarını istehsal edən fermerlər uzun müddət idi ki, onun satışında problem yaşayırdılar. Onların sözlərinə görə, məhsulun Rusiya bazarına çıxarılması xeyli çətinləşib.

Mayın 25-də Göyçay fermerləri Ləkciplaq kənd inzibati ərazisində toplaşaraq etiraz ediblər. Fermerlər deyirlər ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil. Çünki məhsul boldur. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə enib. Əslində Rusiya tərəfi də məhsullarımızı qəbul edir. Amma problemin kökü Azərbaycan-Rusiya sərhəddində yaranan tıxacdır. Avtomobillərlə sərhədi keçmək 10-15 gün çəkir. Nəticədə məhsullar yararsız hala düşür.

Digər problem yük avtomobillərinin daşıma xərclərini artırması ilə bağlıdır. Əgər ötən il bir yük avtomobili məhsulları Rusiya ərazisinə 1500 dollara aparırdısa, bu il 4000 dollara daşıyır. Bu da alıcılar üçün əlavə çətinlik yaradır və sonda zərər kəndliyə dəyir.

Sərhəddə vəziyyət

Hazırda Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının növbəsi aradan qalxıb. "Samur" gömrük postundan verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb.

Bir müddət əvvəl Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının uzun növbəsi yaranmışdı. Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi. Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxılan yük maşınlarının sayı artırılmışdı.

Həmçinin oxuyun:

600
Рабочее место депутата парламента Азербайджана

Polisi döyən deputatın məsələsi parlamentdə müzakirəyə çıxarılacaq

948
(Yenilənib 19:46 30.07.2021)
Avqustun 3-də keçilməsi nəzərdə tutulur İclasda deputat Eldəniz Səlimovun məsələsi müzakirə olunacaq.

BAKI, 30 iyul - Sputnik. Milli Məclisin növbədənkənar sessiyasının çağrılması üçün deputatlardan imza toplanılmasına başlanılıb. Bu barədə məlumatı Sputnik Azərbaycan-a deputatlar bildiriblər.

Artıq Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının vaxtı da açıqlanıb. Sessiyanın ilk iclasının avqustun 3-də keçilməsi nəzərdə tutulur.

İclasda deputat Eldəniz Səlimovun məsələsinin müzakirəsi gözlənilir.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır. Milli Məclisin sədri Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır.

Polisi döyən deputatın məsələsi 

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir.

Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir.

Milli Məclis bu barədə məsələlərə deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə oluna bilməz.

İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər.

Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Həmçinin oxuyun:

* "Statusuna yaraşmayan hərəkətdir": Eldəniz Səlimov deputat mandatından məhrum edilə bilər?

 

948
Пульт дистанционного управления телевизором

CBC teleradio şirkətində kadr dəyişiklikləri baş verib