İlham Əliyev S-300 PMU-2 “Favorit” Zenit Raket Komplekslərinin start mövqeyinə baş çəkib

4304
(Yenilənib 21:42 26.06.2021)
Prezident İlham Əliyev Silahlı Qüvvələr günü münasibəti ilə bu gün bir sıra tədbirlərdə iştirak edib.

BAKI, 26 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yeni istifadəyə verilən hərbi şəhərciyində və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub.

Sputnik Azərbaycan xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən müdafiə naziri Zakir Həsənov deyib ki, burada inşa olunan qərargah binasında hərbi hissə komandanlığının fəaliyyətinin yüksək səviyyədə təmin olunması üçün bütün şərait yaradılıb. Ərazidə klub da fəaliyyət göstərəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə hərbi quruculuq sahəsində aparılan islahatlar, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər sırasında yeni hərbi hissə və hərbi şəhərciklərin yaradılması, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulması da xüsusi yer tutur. İndiyədək istər paytaxtda, istərsə də bölgələrdə yerləşən hərbi hissələr müasir səviyyədə yenidən qurulub, yeni hərbi hissə və şəhərciklər salınıb. Bu isə ordu quruculuğu sahəsinə dövlət səviyyəsində göstərilən diqqətin təzahürü olmaqla yanaşı, həm də hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılmasında və onların döyüş qabiliyyətinin artırılmasında müstəsna əhəmiyyət daşıyır.

Şübhəsiz ki, ordumuzun əsas dayaq nöqtəsi əsgər və zabitlərimizin yüksək döyüş hazırlığı, peşəkarlığı və qələbə əzmidir. Vətən müharibəsi ordumuzun tarixi torpaqlarımızın işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu göstərdi. Təsadüfi deyil ki, bu gün Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq dünyanın nüfuzlu ali hərbi məktəblərində nümunə kimi göstərilir.

Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş növbətçiliyində olan S-300 PMU-2 “Favorit” Zenit Raket Komplekslərinin start mövqeyinə gəlib.

Azərbaycan Ordusunun müasir hərbi texnika, silah-sursatla təminatı daim Ali Baş komandanın diqqət mərkəzində olub. Vətən müharibəsi də sübut etdi ki, Azərbaycan dövlətinin ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, silahlanmaya yeni, müasir silah növlərinin, hərbi texnikanın daxil edilməsi istiqamətində atdığı addımlar müdrik və uzaqgörən siyasətin nəticəsidir. İndi Silahlı Qüvvələrimiz beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatlarında dünyanın ən güclü ordularından biri kimi qiymətləndirilir.

Prezident, Ali Baş Komandan İlham Əliyevə yeni və müasir avadanlıqla təchiz edilmiş mobil Komanda Məntəqəsi barədə də məlumat verilib.

Bildirildi ki, məntəqə müxtəlif növ zenit-raket komplekslərinin, radiolakasiya vasitələrinin, radio-texniki kəşfiyyatın, radio-elektron mübarizə vasitələrinin, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının, ordu, qırıcı və hücum aviasiyasının eyni vaxtda idarə olunmasını təmin edir. Vətən müharibəsində aparılan döyüşlərin təcrübəsi nəzərə alınmaqla qurulan Komanda Məntəqəsinin texniki imkanları XXI əsr müharibələrinin tələblərinə tam cavab verir.

Sonra Ali Baş Komandana Hərbi Hava Qüvvələrinin bir sıra hərbi texnikası barədə məlumat verilib.

Daha sonra Prezident İlham Əliyev Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş yeni xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub.

Müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısına mənzillərdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Hərbi Hava Qüvvələrinin zabit və gizirləri üçün nəzərdə tutulmuş yeni hərbi şəhərcik iki binada 48 xidməti mənzildən ibarətdir. Bütün mənzillərdə hərbi qulluqçularımızın ailələri ilə birlikdə rahat yaşaması üçün hər cür şərait yaradılıb. Bu da deməyə əsas verir ki, hərbçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni evlərlə təmin edilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi nəzarətindədir.

Qeyd edək ki, Azərbaycan Ordusunun şəxsi heyətinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu məqsədlə son illərdə paytaxtda və bölgələrdə xidməti yaşayış evləri tikilib, Prezidentin Ehtiyat Fondundan bu məqsədlə xeyli vəsait ayrılıb. Bu isə dünya praktikasında çox nadir hallarda müşahidə olunan mənzərədir. Burada da Azərbaycan ön sıralardadır və yeniliklər göstərir. Prezident İlham Əliyevin bir qrup hərbi qulluqçuya təqdim olunacaq yeni mənzillərdə yaradılan şəraitlə yerindəcə tanışlığı bu siyasətin real təzahürü olmaqla, əlamətdar gündə onlara bəxş edilən ən gözəl hədiyyədir.

Həyatını Vətəni qorumaq kimi şərəfli vəzifəyə həsr edən hərbçilərimizə dövlət qayğısına onların rütbə və vəzifə maaşlarının artırılması, çoxsaylı güzəştlərin tətbiq olunması da daxildir. Bütün bunlar ordunun mənəvi-fiziki hazırlığını ən yüksək səviyyəyə qaldırmağa imkan verib. Çünki ordumuz müstəqilliyimizin və ərazi bütövlüyümüzün qarantıdır. Onun gücü öz xalqına və dövlətinə sədaqətdə, Vətən sevgisində təcəssüm tapıb.

  • Prezident İlham Əliyev Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin yeni hərbi şəhərciyində və hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin yeni hərbi şəhərciyində və hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin yeni hərbi şəhərciyində və hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin yeni hərbi şəhərciyində və hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub
    © Official website of President of Azerbaijan Republic
1 / 4
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin yeni hərbi şəhərciyində və hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub

Silahlı Qüvvələr Günü

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələrini darmadağın edib. Əzəli və tarixi torpağımız olan Qarabağ düşmən işğalından azad edilib.

 

4304
Teqlər:
prezident, Azərbaycan, dövlət başçısı, İlham Əliyev, hərbi, Silahlı Qüvvələr, Ali Baş Komandan
Əlaqədar
Prezident hərbçilərlə görüşüb
Azərbaycan Prezidenti Davosda bir sıra görüşlər keçirib
İlham Əliyev "Procter and Gamble Europe" şirkətinin prezidenti ilə görüşüb
Prezident Naxçıvanda bir sıra müəssisələrin açılışını edib
Pomidor satışı, arxiv şəkli

"Rosselxoznadzor"un Azərbaycandan pomidor ixracına icazə verdiyi müəssisələr barədə

520
(Yenilənib 22:17 30.07.2021)
AQTA mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

BAKI, 30 iyun — Sputnik. Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

Bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən 3 avqust 2021-ci il tarixindən daha 34 pomidor istehsalı müəssisəsi və 1 kooperativdən (kooperativə 8 müəssisə daxildir) də bu ölkəyə pomidor ixracına icazə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 187 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 329 729 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 184,5 %-ni təşkil edir.

30.06.2021

Azərbaycanın daha 11 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") iyulun 1-dən etibarən Azərbaycanın daha 11 müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib.

Sputnik Azərbaycan-ın "Rosselxoznadzor"a istinadən verdiyi məlumata görə, qərar birgə video-müayinələr zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.

Açıqlamada aşağıdakı sahibkarlıq subyektləri sadalanır:

Əliyev Xaqani Taleh – Tovuz rayonu

Cəfərov Vaqif Yusif – Şəmkir rayonu

Hüseynova Gülqız Ağahəsən – Bakı şəhəri Xətai rayonu

Musayeva Şəhla Qəzənfər – Şəmkir rayonu

Əkbərov Mətləb Fərayıl – Şəmkir rayonu

"Rus Aqro Alliance" MMC – Bakı şəhəri Nərimanov rayonu

Dəmirov Anar Yaşar – Tovuz rayonu

Əsgərov İlham Möhsun – Şəmkir rayonu

İslamov Musa İbiş – Bakı şəhəri Suraxanı rayonu

"Xəzər-R.R.R" MMC – Şəmkir rayonu

Mustafayev Niyaməddin Rüstəm – Şəmkir rayonu.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 152 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.

Oktyabrdan vəziyyət dəyişəcək

1 oktyabr 2021-ci ildən etibarən Azərbaycandan Rusiyaya alma və pomidorların konteynerlə daşınmasına keçid nəzərdə tutulur. Bundan əvvəl, bu ilin may ayında Rosselxoznadzor 30 Azərbaycan müəssisəsindən Rusiya Federasiyasına pomidor idxalına icazə vermişdi. Xüsusilə, məhsulların respublikanın Abşeron, Şabran, Şəmkir, Salyan, Samux, Tovuz rayonlarında, eləcə də Sumqayıt və Bakının Sabunçu, Nəsimi, Nərimanov, Binəqədi, Yasamal, Səbail rayonlarında yerləşən müəssisələrdən gətirilməsinə icazə verilir.

Xatırladaq ki, 10 dekabr 2020-ci il tarixindən Azərbaycandan Rusiyaya pomidor və alma idxalı müvəqqəti olaraq AİB üzvü olan ölkələr üçün karantin altında olan meyvə və tərəvəz məhsullarında olan zərərvericilər - Cənubi Amerika pomidor güvəsi (Tuta absoluta (Povolny)) və şərq güvəsi (Grapholita molesta (Busck)) səbəbindən məhdudlaşdırılmışdı.

Problem necə yarandı

Azərbaycanda kənd təsərrüfatı məhsullarını istehsal edən fermerlər uzun müddət idi ki, onun satışında problem yaşayırdılar. Onların sözlərinə görə, məhsulun Rusiya bazarına çıxarılması xeyli çətinləşib.

Mayın 25-də Göyçay fermerləri Ləkciplaq kənd inzibati ərazisində toplaşaraq etiraz ediblər. Fermerlər deyirlər ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil. Çünki məhsul boldur. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə enib. Əslində Rusiya tərəfi də məhsullarımızı qəbul edir. Amma problemin kökü Azərbaycan-Rusiya sərhəddində yaranan tıxacdır. Avtomobillərlə sərhədi keçmək 10-15 gün çəkir. Nəticədə məhsullar yararsız hala düşür.

Digər problem yük avtomobillərinin daşıma xərclərini artırması ilə bağlıdır. Əgər ötən il bir yük avtomobili məhsulları Rusiya ərazisinə 1500 dollara aparırdısa, bu il 4000 dollara daşıyır. Bu da alıcılar üçün əlavə çətinlik yaradır və sonda zərər kəndliyə dəyir.

Sərhəddə vəziyyət

Hazırda Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının növbəsi aradan qalxıb. "Samur" gömrük postundan verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb.

Bir müddət əvvəl Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının uzun növbəsi yaranmışdı. Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi. Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxılan yük maşınlarının sayı artırılmışdı.

Həmçinin oxuyun:

520
Рабочее место депутата парламента Азербайджана

Polisi döyən deputatın məsələsi parlamentdə müzakirəyə çıxarılacaq

870
(Yenilənib 19:46 30.07.2021)
Avqustun 3-də keçilməsi nəzərdə tutulur İclasda deputat Eldəniz Səlimovun məsələsi müzakirə olunacaq.

BAKI, 30 iyul - Sputnik. Milli Məclisin növbədənkənar sessiyasının çağrılması üçün deputatlardan imza toplanılmasına başlanılıb. Bu barədə məlumatı Sputnik Azərbaycan-a deputatlar bildiriblər.

Artıq Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasının vaxtı da açıqlanıb. Sessiyanın ilk iclasının avqustun 3-də keçilməsi nəzərdə tutulur.

İclasda deputat Eldəniz Səlimovun məsələsinin müzakirəsi gözlənilir.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır. Milli Məclisin sədri Milli Məclisin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırır.

Polisi döyən deputatın məsələsi 

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir.

Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir.

Milli Məclis bu barədə məsələlərə deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə oluna bilməz.

İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər.

Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.

Həmçinin oxuyun:

* "Statusuna yaraşmayan hərəkətdir": Eldəniz Səlimov deputat mandatından məhrum edilə bilər?

 

870
Пульт дистанционного управления телевизором

CBC teleradio şirkətində kadr dəyişiklikləri baş verib