Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı iki milyona yaxınlaşır

© AFP 2023 / MAURO PIMENTELВакцина CoronaVac компании Sinovac Biotech, фото из архива
Вакцина CoronaVac компании Sinovac Biotech, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.05.2021
Abunə olmaq
Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 26 min 376, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 751 min 50 nəfərdir.

BAKI, 15 may - Sputnik. Mayın 15-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 15 min 794 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 3897, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 11 min 897 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 777 min 426-ya çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 26 min 376, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 751 min 50 nəfərdir.

Xəbər lenti
0