ABŞ Dövlət Departamenti, arxiv şəkli

Blinken İlham Əliyevə zəng edib: "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş dayandırıldı

2373
(Yenilənib 23:45 28.04.2021)
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

BAKI, 28 aprel - Sputnik. Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan prezidentin saytına istinadla xəbər verir ki, ABŞ-ın dövlət katibi Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib.

Telefon zənginə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycan-ABŞ əlaqələrinin zəngin tarixə malik olduğunu qeyd edib, Cənub Qaz Dəhlizi layihəsinin icrasına verilən dəstəyə görə ABŞ hökumətinə bir daha təşəkkür edib. Regional təhlükəsizlik sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyətə başladığı ilk mərhələdən Azərbaycanın oradakı iştirakının önəmini vurğulayıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini çatdırıb, ölkəmizin ermənilər tərəfindən dağıdılan ərazilərində bərpa işlərinin həyata keçirildiyini qeyd edib.

Prezident İlham Əliyev, eyni zamanda, regionda kommunikasiyaların açılmasının önəmini vurğulayıb və uzun müddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Prezident İlham Əliyev və ABŞ dövlət katibi ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqlarının təmin olunması, siyasi pluralizmin qorunması və təmin edilməsinin önəmini vurğulayıblar.

Entoni Blinken bu il də "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını qeyd edib.

Prezident İlham Əliyev bununla bağlı minnətdarlıq bildirib.

Azərbaycan Prezidenti, eyni zamanda, bu günlərdə ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb.

2373
Məmur, arxiv şəkli

Dövlət Əmək Müfəttişliyi Xidməti 477 hüquq pozuntusu aşkar edib

2
(Yenilənib 18:21 09.05.2021)
Hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub.

BAKI, 9 may — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı 477 hüquq pozuntusu aşkar edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xidmətin yanvar-aprel ayına olan hesabatında qeyd olunub.

Bildirilib ki, hüquq pozuntuları əsasən əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub.

Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub. Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.

2

Bu gün 25 mindən çox insan vaksin vurdurub

5
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

5
Əfqanıstanda ABŞ hərbçiləri, arxiv şəkli

WSJ: Avropa ABŞ-dan Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi xahiş edir

0
Hazırda ABŞ və radikal "Taliban" hərəkatı arasında Əfqanıstandan amerikalı hərbçilərin çıxarılmasının iyulun əvvəlinə qədər sona çatdırılması imkanlarını müzakirə edirlər.

BAKI, 9 may — Sputnik. ABŞ-ın NATO üzrə müttəfiqləri Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi və alyansın digər üzvlərinə bu ölkədən çıxmaq üçün daha çox vaxt verilməsini israrla xahiş edirlər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bəzi ölkələr Əfqanıstandan qüvvələrini vaxtında çıxara bilməyəcəklərini və buna görə də, amerikalı hərbçiləri iyulun 4-dən sonra da Əfqanıstanda saxlamağı xahiş edirlər.

"Wall Street Journal"-da dərc olunmuş yazıda bildirilir ki, bir sıra ölkələr, konkret olaraq Almaniya, qoşunların tam çıxarılmasını iyulun 18-nə qədər təxirə salmağı xahiş ediblər. ABŞ hakim dairələri isə bildiriblər ki, müttəfiqlərin xahişini yerinə yetirmək üçün qoşunların çıxarılması iki həftə və ya daha çox müddətə təxirə salına bilər.

Bir müddət əvvəl "Tolo New" telekanalı adı çəkilməyən mənbəyə istinadən məlumat verib ki, hazırda ABŞ və radikal "Taliban" hərəkatı arasında Əfqanıstandan amerikalı hərbçilərin çıxarılmasının iyulun əvvəlinə qədər sona çatdırılması imkanlarını müzakirə edirlər.

Mənbənin bildirdiyinə görə, vəziyyətin qəlizliyi ondadır ki, uzun illər ərzində Kabul hava limanına təhlükəsizliyi təmin edən Türkiyə də ABŞ və NATO-ya öz qoşunlarını çıxara biləcəyini bildirib. Məlumata görə, türk qoşunlarının çıxarılması mümkünlüyü bir sıra Qərb ölkələrini Əfqanıstanda hətta ixtisar olunmuş tərkibdə diplomatik kontingentin saxlanması planlarına yenidən baxmağa sövq edə bilər. Hava limanında təhlükəsizliyin təmin olunması üçün alternativlərdən biri beynəlxalq muzdluların bu işə cəlb olunmasıdır, lakin onlar çətin ki, nizami qoşunlarsız orada qala bilsinlər.

Xatırladaq ki, ABŞ və NATO üzrə müttəfiqlərinin Əfqanıstanda əməliyyatları 2001-ci ildə başlanıb. Bu əməliyyatlar 11 sentyabr 2001-ci il terror aktına cavab olaraq təşkil olunmuş "Yenilməz azadlıq" kampaniyası çərçivəsində həyata keçirilib.

2014-cü ildə Əfqanıstan, ABŞ və NATO təhlükəsizlik barədə, müttəfiqlərə ölkə ərazisində məhdud sayda hərbçiləri saxlamağa imkan verən razılaşma imzalayıblar.

2020-ci ildə isə son 18 ildən çox müddət ərzində ABŞ və "Taliban" arasında artıq cari ilin may ayında zorakılığa son qoyulması şərti ilə əcnəbi qoşunların ölkədən çıxarılmasını nəzərdə tutan ilk saziş imzalanıb. Hazırda Əfqanıstanda on min nəfərdən bir qədər az sayda NATO və alyansın tərəfdaşı olan ölkələrin hərbçiləri, o cümlədən 2,5 min nəfər ABŞ hərbçisi var. Onların əsas vəzifəsi Əfqanıstan təhlükəsizlik qüvvələrinin öyrədilməsi və hazırlaşdırılmasıdır.

0