Sabah ölkədə havanın temperaturu 29 dərəcəyədək yüksələcək

199
(Yenilənib 12:21 18.04.2021)
Tibbi-meteoroloji proqnoza görə, aprelin 19-da  Abşeron yarımadasında meteoroloji amillərin  zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 18 aprel - Sputnik. Aprelin 19-da Azərbaycanın bəzi yerlərdə havanın temperaturu 29 dərəcəyədək yüksələcək. 

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla bildiri ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  10-13 dərəcə, gündüz 19-24 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 20-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 

Aprelin 19-da  Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi  əsəcək. Havanın temperaturu gecə  10-15 dərəcə  isti, gündüz  24-29 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti,  gündüz 15-20,  bəzi yerlərdə 23-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, aprelin 19-da  Abşeron yarımadasında meteoroloji amillərin  zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

199
Flora Kərimova, arxiv şəkli

Flora Kərimova illər sonra Şuşadakı məhəllələrində - VİDEO

3
Müğənni Şuşanın bəzi küçələrini, eyni zamanda Bülbülün, Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyovun güllələnmiş heykəllərini ziyarət edib.

BAKI, 17 may — Sputnik. Xalq artisti Flora Kərimova illər sonra işğaldan azad olunan Şuşa şəhərindəki məhəllələrində olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında paylaşım edib. Müğənni Şuşanın bəzi küçələrini, eyni zamanda Bülbülün, Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyovun güllələnmiş heykəllərini ziyarət edib. Kərimova Şuşadakı uşaqlıq xatirlələri haqqında da izləyicilərinə məlumat verib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Flora Kərimova (@flora_kerimova_official)

"Havasından doymadığım, suyuna susadığım ocağım – Şuşam", - deyə Flora Kərimova paylaşıma şərh bildirib.

Eləcə də oxuyun:

Şuşanı ərəblərin vasitəsilə dünyaya göstərdilər - FOTO

* Həsrəti sovuran unudulmaz iki gün: Şuşada "Xarı-bülbül" festivalı - VİDEO

* Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video

3
Teqlər:
video, Flora Kərimova, Şuşa
Vaşinqtonda Kapitoliy qarşısında ABŞ bayraqları, arxiv şəkli

"ABŞ Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidir"

5
(Yenilənib 20:35 17.05.2021)
Regionda davamlı sülhün bərqərar olmasının yeganə yolu Cənubi Qafqazda hər 3 ölkənin ərazi bütövlüyünə hörmətdən asılıdır. Bu həmçinin müxtəlif etnik icmaların öz iqtisadi və mədəni hüquqlarını inkişaf etdirmələrinə şərait yaratmaq əsasında həyata keçirilməlidir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev Ermənistan-Azərbaycan sərhədində baş verən son prosesləri şərh edib.

Sputnik Azərbaycan xəbər verir ki, Fərid Şəfiyev bildirib ki, son günlər Ermənistan-Azərbaycan sərhədində vəziyyət iki ölkə arasında yenidən gərginliyin artmasına və beynəlxalq vasitəçilərin diqqətinin yenidən bölgəyə yönəlməsinə səbəb olub:

"Təəssüf ki, Azərbaycan torpaqlarının işğalı faktını 30 ilə yaxındır görməzdən gələn sözügedən vasitəçilər və dünya mediası bu dəfə keçmiş işğalçı ölkəyə dəstək göstərməyə tələsir və heç bir halda regionda sülhə xidmət etməyən, yanlış mesajlar verirlər.

İlk olaraq qeyd edilməlidir ki, Ermənistan hələ də Azərbaycanın bir sıra yaşayış məskənlərini - Naxçıvanda Kərki kəndini və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli olmaqla ümumilikdə 7 kəndini işğal altında saxlayır. İkincisi, Ermənistan anlamalıdır ki, iki ölkə arasında 30 ilə yaxın işğal altında qalmış sərhəd mövcuddur və İrəvandakı hökumət bu müddət ərzində sərhədə malik olmaq hissini itirib.

Üçüncüsü, delimitasiya iki ölkənin ərazi bütövlüyünü hörmət əsasında həyata keçirilməlidir. Əfsuslar olsun ki, Ermənistan siyasi partiyaları tərəfindən səsləndirilən fikirlərdə barışığa dair heç bir əlamət müşahidə olunmur. Dördüncüsü, beynəlxalq vasitəçilər, xüsusilə Fransa tərəfindən səsləndirilən mesajlar qəbuledilməzdir və sülhü təşviq etmək əvəzinə, vəziyyəti daha da gərginləşdirir. Bütün vasitəçilər, o cümlədən ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidirlər.

Regionda davamlı sülhün bərqərar olmasının yeganə yolu Cənubi Qafqazda hər 3 ölkənin ərazi bütövlüyünə hörmətdən asılıdır. Bu həmçinin müxtəlif etnik icmaların öz iqtisadi və mədəni hüquqlarını inkişaf etdirmələrinə şərait yaratmaq əsasında həyata keçirilməlidir. Bu baxımdan məsələyə ikili standartlarla yanaşma yalnız "parçala, hökmranlıq et" imperialist tezisi əsasında region idarə etmək istəyən qüvvələrə xidmət edir.

Azərbaycan ötən ilki müharibədə qəti qələbə qazanmaqla öz mövqeyini möhkəmləndirib və bu baxımdan Azərbaycan xalqının təhlükəsizliyini təhdid altına ala biləcək istənilən cəhd uğursuz olacaq".

Eləcə də oxuyun:

* Lavrovdan Zəngəzur açıqlaması: "Emosiyaların qızışıdırılmasına ehtiyac yoxdur"

* Fransadan Ceyhun Bayramova zəng gəldi - Sərhəddə...

* Məktub yetişmədi və ya Kreml təmsilçisindən Paşinyanın məktubu ilə bağlı etiraf

 

5
Teqlər:
Fransa, Ermənistan, ABŞ, Qarabağ, Azərbaycan, Zəngəzur