Prezident İlham Əliyev

Dövlət başçısı: “Biz dünyada heç vaxt olmayan qələbəni qazanmışıq”

12
Prezident: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan qələbəni qazanmışıq”.

BAKI, 12 aprel — Sputnik. "Bugünkü təntənəli mərasimin yeri təsadüfən seçilməyib. Biz bu mərasimi yeni bulvarda keçiririk. Yeni bulvar mənim təşəbbüsümlə bir neçə il əvvəl salınıb və yeni bulvarın uzunluğu 12 km-dir. Müqayisə üçün deyə bilərəm ki, köhnə bulvarın uzunluğu cəmi 3 km-dir".

Bunu bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında hərbi qulluqçularla görüşdə bildirib.

Dövlət başçısı bildirib ki, bu bulvarın salınması dövlətimizin qüdrətini, xalqa olan qayğını göstərirdi: "Bu, yenilik idi, inkişaf idi. Bu, bizim gücümüzün təzahürüdür. İkinci Qarabağ müharibəsi də bizim gücümüzü, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini apardıq. Bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilib ki, dünyanın aparıcı ölkələri, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya və digər inkişaf etmiş ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər, öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamı qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq. Biz inkişaf edərək torpaqlarımızı azad etdik. Çünki inkişaf bizim qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etməsəydik, biz lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Ona görə burada bu təntənəli mərasimin keçirilməsində böyük rəmzi məna var. Yenilik, inkişaf, güc əsas faktorlardır. Bir də Vətən sevgisi. Çünki bu bulvarın ərsəyə gəlməsinin də təməlində Vətən sevgisi durur. Çünki bu zona əvvəllər sənaye zonası idi. Burada bir çox köhnəlmiş, sıradan çıxmış, köhnə müəssisələr fəaliyyət göstərirdi. Bütün bu ərazi təmizləndi, yeni bulvar salındı və sağ tərəfdə olan boş yer də təmizlənib sərəncama götürüldü".

12
Flora Kərimova, arxiv şəkli

Flora Kərimova illər sonra Şuşadakı məhəllələrində - VİDEO

0
Müğənni Şuşanın bəzi küçələrini, eyni zamanda Bülbülün, Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyovun güllələnmiş heykəllərini ziyarət edib.

BAKI, 17 may — Sputnik. Xalq artisti Flora Kərimova illər sonra işğaldan azad olunan Şuşa şəhərindəki məhəllələrində olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında paylaşım edib. Müğənni Şuşanın bəzi küçələrini, eyni zamanda Bülbülün, Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyovun güllələnmiş heykəllərini ziyarət edib. Kərimova Şuşadakı uşaqlıq xatirlələri haqqında da izləyicilərinə məlumat verib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Flora Kərimova (@flora_kerimova_official)

"Havasından doymadığım, suyuna susadığım ocağım – Şuşam", - deyə Flora Kərimova paylaşıma şərh bildirib.

Eləcə də oxuyun:

Şuşanı ərəblərin vasitəsilə dünyaya göstərdilər - FOTO

* Həsrəti sovuran unudulmaz iki gün: Şuşada "Xarı-bülbül" festivalı - VİDEO

* Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video

0
Teqlər:
video, Flora Kərimova, Şuşa
Vaşinqtonda Kapitoliy qarşısında ABŞ bayraqları, arxiv şəkli

"ABŞ Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidir"

2
(Yenilənib 20:35 17.05.2021)
Regionda davamlı sülhün bərqərar olmasının yeganə yolu Cənubi Qafqazda hər 3 ölkənin ərazi bütövlüyünə hörmətdən asılıdır. Bu həmçinin müxtəlif etnik icmaların öz iqtisadi və mədəni hüquqlarını inkişaf etdirmələrinə şərait yaratmaq əsasında həyata keçirilməlidir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev Ermənistan-Azərbaycan sərhədində baş verən son prosesləri şərh edib.

Sputnik Azərbaycan xəbər verir ki, Fərid Şəfiyev bildirib ki, son günlər Ermənistan-Azərbaycan sərhədində vəziyyət iki ölkə arasında yenidən gərginliyin artmasına və beynəlxalq vasitəçilərin diqqətinin yenidən bölgəyə yönəlməsinə səbəb olub:

"Təəssüf ki, Azərbaycan torpaqlarının işğalı faktını 30 ilə yaxındır görməzdən gələn sözügedən vasitəçilər və dünya mediası bu dəfə keçmiş işğalçı ölkəyə dəstək göstərməyə tələsir və heç bir halda regionda sülhə xidmət etməyən, yanlış mesajlar verirlər.

İlk olaraq qeyd edilməlidir ki, Ermənistan hələ də Azərbaycanın bir sıra yaşayış məskənlərini - Naxçıvanda Kərki kəndini və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli olmaqla ümumilikdə 7 kəndini işğal altında saxlayır. İkincisi, Ermənistan anlamalıdır ki, iki ölkə arasında 30 ilə yaxın işğal altında qalmış sərhəd mövcuddur və İrəvandakı hökumət bu müddət ərzində sərhədə malik olmaq hissini itirib.

Üçüncüsü, delimitasiya iki ölkənin ərazi bütövlüyünü hörmət əsasında həyata keçirilməlidir. Əfsuslar olsun ki, Ermənistan siyasi partiyaları tərəfindən səsləndirilən fikirlərdə barışığa dair heç bir əlamət müşahidə olunmur. Dördüncüsü, beynəlxalq vasitəçilər, xüsusilə Fransa tərəfindən səsləndirilən mesajlar qəbuledilməzdir və sülhü təşviq etmək əvəzinə, vəziyyəti daha da gərginləşdirir. Bütün vasitəçilər, o cümlədən ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidirlər.

Regionda davamlı sülhün bərqərar olmasının yeganə yolu Cənubi Qafqazda hər 3 ölkənin ərazi bütövlüyünə hörmətdən asılıdır. Bu həmçinin müxtəlif etnik icmaların öz iqtisadi və mədəni hüquqlarını inkişaf etdirmələrinə şərait yaratmaq əsasında həyata keçirilməlidir. Bu baxımdan məsələyə ikili standartlarla yanaşma yalnız "parçala, hökmranlıq et" imperialist tezisi əsasında region idarə etmək istəyən qüvvələrə xidmət edir.

Azərbaycan ötən ilki müharibədə qəti qələbə qazanmaqla öz mövqeyini möhkəmləndirib və bu baxımdan Azərbaycan xalqının təhlükəsizliyini təhdid altına ala biləcək istənilən cəhd uğursuz olacaq".

Eləcə də oxuyun:

* Lavrovdan Zəngəzur açıqlaması: "Emosiyaların qızışıdırılmasına ehtiyac yoxdur"

* Fransadan Ceyhun Bayramova zəng gəldi - Sərhəddə...

* Məktub yetişmədi və ya Kreml təmsilçisindən Paşinyanın məktubu ilə bağlı etiraf

 

2
Teqlər:
Fransa, Ermənistan, ABŞ, Qarabağ, Azərbaycan, Zəngəzur