Müdafiə naziri yeni hərbi hissələrin açılış mərasimində

Zakir Həsənov PUA-lara baxış keçirib, hərbi aviasiyanın imkanlarını artırlmağı tapşırıb

12
(Yenilənib 15:51 18.03.2021)
Nazir qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqələri, yeməkxanalar, sinif otaqları, ərzaq və əşya anbarları, hamam-camaşırxana qazanxana kompleksləri, sıra meydanı, nəzarət buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

BAKI, 18 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Martın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyinin digər rəhbər heyəti HHQ-nin yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış iki hərbi hissəsinin açılış mərasimində iştirak ediblər.

Şəxsi heyət üçün yaradılan şəraitlə tanış olan Müdafiə naziri ərazidəki qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqələri, yeməkxanalar, sinif otaqları, ərzaq və əşya anbarları, hamam-camaşırxana qazanxana kompleksləri, sıra meydanı, nəzarət buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

  • Yeni hərbi hissnin açılış mərasimində
    © AR Ministry of Defence
  • Müdafiə naziri yeni hərbi hissələrin açılış mərasimində
    © AR Ministry of Defence
  • Müdafiə naziri yeni hərbi hissələrin açılış mərasimində
    © AR Ministry of Defence
  • Müdafiə naziri yeni hərbi hissələrin açılış mərasimində
    © AR Ministry of Defence
  • Müdafiə naziri yeni hərbi hissələrin açılış mərasimində
    © AR Ministry of Defence
  • Müdafiə naziri yeni hərbi hissələrin açılış mərasimində
    © AR Ministry of Defence
1 / 6
© AR Ministry of Defence
Yeni hərbi hissnin açılış mərasimində

Bildirilib ki, hərbi hissələrdə yaradılan şərait HHQ-nin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək, hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin edəcək.

Sonra general-polkovnik Z.Həsənov əsaslı təmirdən çıxan hərbi hissənin ərazisindəki Uçuşların idarəedilməsi məntəqəsi və pilotsuz uçuş aparatlarının (PUA) yerüstü idarəetmə stansiyasına da baxış keçirib. Müdafiə nazirinə məruzə edilib ki, müasir avadanlıqlarla təchiz edilmiş idarəetmə məntəqəsi və yerüstü stansiya hərbi aviasiya vasitələrinin və PUA-ların uçuşlarının fasiləsiz və keyfiyyətli koordinasiyasını təmin edəcək.

Müdafiə naziri hərbi aviasiyanın imkanlarının daha da artırılması ilə əlaqədar komandanlığa müvafiq tapşırıqlar verib.

***

Daha sonra Müdafiə naziri hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı olaraq hərbi hospitalın əsaslı təmir edilmiş yoluxucu xəstəliklər bölməsinin açılışında iştirak edib.

Açılış mərasimində qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər davam edir, hərbi hissələrdə müasir standartlara cavab verən tibbi infrastruktur yaradılır.

Yoluxucu xəstəliklər bölməsindəki şəraitlə tanış olan Müdafiə naziri manipulyasiya və diaqnostika otaqları, intensiv terapiya palatası, yarım boks və tam boks tipli palatalar, nəzarətdə qalan xəstələr üçün ayrılmış palata və xəstələrin qəbulu otağına baxış keçirib.

Bildirilib ki, inkişaf etmiş ölkələrdə istehsal edilən ən müasir tibbi avadanlıqlarla təchiz edilən bölmədə hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb.

Sonda Müdafiə naziri tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

https://mod.gov.az/az/news/mudafie-naziri-yeni-herbi-hisselerin-acilis-merasiminde-istirak-edib-video-35239.html

12
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Çin Rusiya vaksinləri ən yaxşı peyvənddir - Millət vəkili

9
"Çinin və Rusiyanın istehsal etdiyi vaksinlər ənənəvi üsulla hazırlanan vaksinlərdir. Bu vaksinlərin yan təsirləri çox az olur".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. "Azərbaycanda istifadə olunan vaksinin 90 faiz effektiv olduğu təsdiqlənib. Hazırda Çin və Rusiya istehsalı olan vaksinlər ən az yan təsirləri olan vaksinlərdir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev bildirib. O deyib ki, hazırda Çin və Rusiya istehsalı olan vaksinlər ən az yan təsirləri olan vaksinlərdir: "Çinin və Rusiyanın istehsal etdiyi vaksinlər ənənəvi üsulla hazırlanan peyvəndlərdir. Onların yan təsirləri çox az olur. Effektivliyi də kifayət qədər çoxdur. Azərbaycan peyvənd alarkən, təbii ki, bu nüansları da nəzərə alıb".

M.Quliyev bildirib ki, Çinin istehsal etdiyi peyvəndin effektivliyinin 50 faiz civarında olması ilə bağlı səslənən ittihamlarla razı deyil: "Çin vaksininin istifadəsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunub. Çox təəssüf ki, biznes məqsədi ilə vaksinlərin keyfiyyətinə şübhə yaradacaq məqsədli məlumatlar yayılır:

"Vaksin biznesi ilə bağlı çox böyük mübarizə gedir. Bu, böyük pullar uğrunda mübarizədir. Koronavirus əleyhinə vaksin hazırlayan şirkətlərin imicinə zərər vuran məlumatlar yayılır. "AstraZeneca" ilə bağlı da belə mənfi fikirlər ortaya çıxdı. Sonra Böyük Britaniya rəhbərliyi bunu təkzib etdi. Biz belə məlumatlara hələ rast gələcəyik. Əsas odur ki, bu vaksini dünya üçün yararlı sayan Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qərar var. Vaksinin 90 faiz effektivliyi var. Ona görə də vaksinlər əleyhinə hələ çox məlumatlar olacaq.

Hətta "vaksin vurdurmayın" deyənlər də olacaq. Bunlar hamısı müxtəlif oyunlardır və biznes maraqlarına xidmət edən məqamlardır. Bir şirkət digər şirkətin satışını azaltmaq üçün hələ çox belə oyunlara gedəcək. Buna fikir vermək lazım deyil. Vaksinin keyfiyyəti 70 faizin üzərindədirsə, o peyvənd keyfiyyətli sayılır. Çin istehsalı olan vaksinin də effektivliyinin 90 faizin üzərində olduğu təsdiq olunub, yan təsirləri də yoxdur. Ona görə də bu fikirlərə çox da fikir vermək lazım deyil. Bunu biznes bazarının apardığı antireklam kimi qəbul etmək lazımdır".

Məlumat üçün bildirək ki, Çinin xəstəliklərə nəzarət və profilaktikası üzrə Mərkəzinin rəhbəri Qao Fu ilk dəfə koronavirus əleyhinə peyvəndlərinin effektivliyinin az olmasını etiraf edib. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, Qao Fu "Çin vaksinlərinin yüksək qoruma göstəricisi yoxdur" deyə bildirib.

9
Teqlər:
açıqlama, deputat, Milli Məclis, Rusiya, Çin, vaksin
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
Prezident İlham Əliyev, arxiv şəkli

"Ermənistan Azərbaycanla aqressiv davranmağa cəhd etmək durumunda deyil" - İlham Əliyev

7
"Bəli, mən prezidentəm və öz öhdəliklərimi yerinə yetirməliyəm. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə, onları idarə edə bilərik. Bəzən bu çox çətindir".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Təbii ki, azərbaycanlıların və ermənilərin gələcəkdə necə qarşılıqlı əlaqədə olacağını təxmin etmək çətindir. Düşünürəm ki, bu, böyük ölçüdə siyasətçilərin iradəsindən və siyasi müdrikliyindən asılı olacaq. Düşünürəm ki, burada, həm də Yerevanda körpülər qurmaq üçün daha aktiv olmalıyıq. Təbii ki, əgər bunu Ermənistan istəyirsə. Biz onların niyyətlərini bilmirik. Onlar bunu heç vaxt açıqlamayıblar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında deyib.

"Mən artıq bir neçə dəfə demişəm ki, biz müharibə səhifəsinin bağlandığını düşünürük. Mən artıq bir neçə dəfə demişəm ki, biz artıq Ermənistanla mümkün sülh razılaşması ilə bağlı da danışa bilərik. Bu bizim planlarımızdır. Lakin biz Ermənistan tərəfindən belə bir mesajlar görmürük.

Ermənistan Baş naziri susub. Ermənistan xarici işlər naziri isə aqressivdir. Ermənistan Azərbaycanla aqressiv davranmağa cəhd etmək durumunda deyil. Müharibə zamanı baş verənləri xatırlamalıdırlar. Erməni müxalifəti əslində isteriyadadır. Hazırda Azərbaycanafobiya və türkofobiya yeganə amilə çevrilib. Bu onlarda həmişə ən önəmli faktorlardan biri olub. Onların seçki kampaniyalarını Azərbaycanafobiya və türkofobiya, revanşizm hissi üzərində quracaqlarına əminəm.

Buna görə bu qarşılıqlı əlaqəni birtərəfli qura bilmərik. Mövqeyimiz aydındır. Biz buna hazırıq. Bu asan olmayacaq. Ağdama və digər işğaldan azad olunan ərazilərə qayıdacaq sabiq məcburi köçkünlər ermənilərin onların torpaqlarına, onların yaxınların məzarlarına, dini abidələrə nə etdiklərini görəcəklər. Onlar nə hiss edəcəklər? Mən bunu təxmin edə bilərəm. Bilirsiniz, mən müharibə zamanı təmas xəttini keçəndə və ya Ağdama binokl vasitəsi ilə baxanda və işğaldan azad olunan ərazilərə səfər edəndə eyni şeyi hiss etdim. Bəli, mən prezidentəm və öz öhdəliklərimi yerinə yetirməliyəm. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə, onları idarə edə bilərik. Lakin bəzən bu çox çətindir. Mən Azərbaycanlı qaçqınların hansı hissləri keçirəcəyini proqnozlaşdıra bilmərəm. Lakin gələcəyə baxan bir insan kimi, əgər Ermənistan tərəfi müsbət siqnallar verərsə, biz bu əlaqələri qurmaq üçün hər şeyi edəcəyik", -  Azərbaycan Prezidenti əlavə edib.

7