Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Nazir: Beynəlxalq ictimaiyyət əhalini qətlə yetirən ermənilərlə bağlı tədbir görməlidir

11
Azərbaycan Ordusu tərəfindən keçirilən uğurlu hərbi əməliyyatlar haqqında qonağa məlumat verən nazir bildirib ki, 44 gün davam edən müharibədə ordumuzun qazandığı döyüş təcrübəsi bir çox dünya ölkələrinin orduları və beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir.

 

BAKI, 12 mart — Sputnik. Martın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı və torpaqlarımız işğaldan azad edilib.

Azərbaycan Ordusu tərəfindən keçirilən uğurlu hərbi əməliyyatlar haqqında qonağa məlumat verən nazir bildirib ki, 44 gün davam edən müharibədə ordumuzun qazandığı döyüş təcrübəsi bir çox dünya ölkələrinin orduları və beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir.

Müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrini müntəzəm atəşə tutmasını, məqsədyönlü şəkildə dinc əhalini qətlə yetirməsini ciddi pisləyən general-polkovnik Z.Həsənov beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə layiqli qiymət verilməsinin və həmin hadisələri törədənlərə qarşı müvafiq tədbirlərin görməsinin vacibliyini qeyd edib.

Azərbaycanın torpaqlarını işğaldan azad edərək 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsini həll etməsinin Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına töhfə verəcəyini diqqətə çatdıran Müdafiə naziri Azərbaycan Ordusu tərəfindən postmüharibə dövründə azad edilmiş ərazilərdə keçirilən tədbirlər haqqında da qonağı məlumatlandırıb.

Öz növbəsində, T.Klaar Ermənistan ilə Azərbaycan arasında baş verən bütün silahlı toqquşmaları, xüsusilə də keçən ilin payızında baş vermiş müharibəni diqqətlə izlədiyini qeyd edərək Cənubi Qafqaz regionunda sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O həmçinin bildirib ki, Avropa İttifaqı bu istiqamətdə atılan bütün addımları dəstəkləyir.

Vətən müharibəsində şəhid olan hərbi qulluqçular və mülki şəxslərin ailələrinə başsağlığı verən T.Klaar Azərbaycan Ordusunun bu müharibədə əhəmiyyətli təcrübə qazandığını qeyd edib.

Görüşdə tərəflər həmçinin bölgədə yaranmış yeni vəziyyət, postmüharibə şəraiti və bir sıra digər məsələləri müzakirə ediblər.

11
Məmur, arxiv şəkli

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə tədbirlər görülür

4
(Yenilənib 14:01 17.04.2021)
Ümumilikdə 40 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

BAKI, 17 aprel — Sputnik. Sahibkarlıq subyektlərində monitorinqlər davam etdirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, nazirliyin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə aprelin 15-də keçirdiyi monitorinqlər zamanı Binəqədi rayonunda Nazir Məmmədova, Nəsimi rayonunda Ələmdar Abuşova, Nizami rayonunda Orxan İsmayılova, Xəzər rayonunda Əlihüseyn Abbasova məxsus pərakəndə ticarət obyektlərində, Gəncə şəhərində "Super sport idman malları" mağazasında, "Azəri xatun geyim mağazası"nda, "Viano butik", "Rodi-jeans" ticarət obyektlərində, Sumqayıt şəhərində Rəhman Əsgərova, Rövşən Təhməzova, Tağı Tağıyevə, Əkrəm Tahirova, İlhamə Qurbanovaya məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə 40 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

4
Məmur portfeli, arxiv şəkli

"Vəkilin işinin çoxluğu hüquq problemlərinin olmasından xəbər verir"

359
(Yenilənib 13:28 17.04.2021)
Hüquqşünas Azərbaycanda vəkillərin sayının artırılması, onlara dövlət hesabına hüquqi yardım müqabilində edilən ödənişlərin məbləği, vəkil statusu almaq üçün tələblər və digər məsələlərdən danışıb.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Ombudsman insan hüquqlarının müdafiəsində vəkillik institutunun əhəmiyyətini nəzərə alaraq, illik məruzələrində ölkədə vəkillərin sayının artırılması, onlara dövlət hesabına hüquqi yardım müqabilində edilən ödənişlərin məbləğinin yüksəldilməsi və fəaliyyətlərinin dəstəklənməsi ilə bağlı aidiyyəti qurumlara təkliflərlə müraciət edib. Həmçinin, Ombudsman vəkillik peşəsinə qəbul zamanı namizədlər üçün müəyyən edilmiş tələblərin yumşaldılmasını məqsədəmüvafiq hesab edib.

Məsələ ilə bağlı vəkil Elyar Həsənov Sputnik Azərbaycan-a deyib ki, əvvəllər məhkəmələrdə hüquqların müdafiəsi ilə bağlı istənilən şəxs başqa şəxsi təmsil edə bilirdi: "Bu da sui-istifadə hallarına gətirib çıxarırdı. Sonra hüquqi yardımın və peşəkarlığın artırılması üçün qanunvericiliyə dəyişiklik edildi ki, məhkəmədə şəxsi yalnız yaxın qohumları və vəkil təmsil edə bilsin. Amma ali təhsilli hüquqşünaslara məhkəmədə şəxsi təmsil etmək imkanları saxlanılmalı idi. Hazırda Azərbaycanda adambaşına düşən vəkillərin sayı qabaqcıl ölkələrlə müqayisədə azdır. Lakin Vəkillər Kollegiyası vəkillərin sayının artırılması üçün mütəmadi tədbirlər görür və bu proses davam edir. Fikrimcə, vəkillərin sayı artırıldıqdan sonra məhdudlaşma aparılsa idi, daha yaxşı olardı. Amma mövcud vəkil sayına görə vətəndaşların çətinliklə üzləşdiyini düşünmürəm. Bu istiqamətdə müəyyən qədər regionda problemlər var, lakin bunun həlli də mümkündür".

O bildirib ki, vətəndaşlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməlidir: "Bu baxımdan vəkillərin sayını sürətli şəkildə artırmaq da doğru deyil. Razıyam, vəkillərin sayını artırmaq olar. Lakin vəkil statusu almaq istəyənlərin təcrübəsi olmalı, onlar yoxlanılmalı, tələblərə cavab verməlidirlər. Vəkilin savadsızlığından, qeyri-peşəkarlığından vətəndaşa zərər gələndə onu artıq düzəltmək olmur. Kriteriyalar azalanda da keyfiyyətli yardımın səviyyəsi aşağı düşə bilər. Hazırda 3 il staj tələb olunur və bunu 2 ilə endirmək olar. Düşünürəm ki, ixtisaslaşmaya getmək lazımdır. Məsələn, 7 il maliyyə sahəsində işləyən şəxsə birbaşa vəkil statusu verilsə, maliyyə sahəsində yüksək yardım göstərməsi mümkündür, lakin cinayət işləri sahəsində isə işə zərər verə bilər, çünki bu sahədə təcrübəsi yoxdur. Yəni şəxsin 7 il təcrübəsi hansı sahədədirsə, həmin sahə üzrə vəkillik etməlidir. Digər sahələrdə vəkillik etmək istəyirsə, imtahandan keçməlidir".

Onun sözlərinə görə, bəzən vəkillərin iş yükü artır: "Məsələn, Bakı şəhərində xeyli çıxarışsız tikililər var. Kütləvi olaraq çıxarış verilməkdən imtina olunur və bu, problem həll edilmir. Bu zaman vətəndaşlar vəkillərə müraciət edirlər. Vəkilin işinin çoxluğu hüquq problemlərinin mövcudluğundan xəbər verir. Vəkil dövlət müəssisəsi deyil. Vəkilin işi əslində çox olmamalıdır, məsələni kökündən həll etmək lazımdır".

"Vəkillərə dövlət hesabına hüquqi yardım müqabilində edilən ödənişlərin məbləği artırılıb. Əvvəllər 1 saat 2 manat idi, hazırda 1 saat 6 manatdır. Lakin hazırki şəraitdə bunu bir az da artırmaq olar. Əsas odur ki, vəkillər üçün maddi-texniki təminat olsun", - deyə o əlavə edib.

359

Bizə heç kim çata bilməz! Zürafə Lipa yazın gəlişinə necə sevinir VİDEO

0
(Yenilənib 12:03 16.04.2021)
Moskva Zooparkının keniyalı sakini zürafə Lipa baharın gəlişinə, artıq açıq havaya çıxa bildiyinə sevinərək volyerin ətrafında dövrə vurur. Videomuzu izləyin.

Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.

Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.

0