Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir - İlham Əliyev

343
"Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, artıq həll edildi, bitdi. İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik, xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir"

BAKI, 9 mart — Sputnik. "Sizin səfəriniz, əlbəttə, böyük önəm daşıyır. Çünki parlamentlərarası əlaqələrimiz də çox uğurla inkişaf edir. Həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir yerdəyik, bir-birimizi dəstəkləyirik. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək, bildiyiniz kimi, bütün Azərbaycan xalqını çox məmnun etdi. Bu, təbiidir. Çünki iki qardaş ölkə daim bir-birinin yanındadır".

© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Əziz qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın ilk saatlardan bizə verdiyi siyasi və mənəvi dəstək, əlbəttə ki, bizi çox ruhlandırdı. Eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin rəhbəri hörmətli Mustafa Şentop və parlament üzvləri də bizə həmrəylik və dəstək göstərmişlər.

Yəni, bu müharibə günləri bir daha göstərdi ki, bizim xalqlarımız nə qədər bir-birinə bağlıdır, nə qədər bir-birinə sevgi ilə və hörmətlə yanaşır. Bu yaxınlarda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə də əziz qardaşım hörmətli Prezident Azərbaycan haqqında, bizim Zəfərimiz haqqında çox gözəl sözlər demişdir. Bildiyiniz kimi, bu Zəfəri qeyd etmək üçün ötən ilin sonunda Bakıda hərbi parad keçirilmişdir.

Onu da bildirməliyəm ki, Türkiyənin mətbuatı, bütün ictimai qurumları bu müharibə dövründə Azərbaycana çox böyük dəstək göstərdilər. Biz bunu çox yüksək qiymətləndiririk. Bu gün bizim bölgəmizdə yeni vəziyyət yaranmışdır, yeni reallıq yaradılmışdır. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, artıq həll edildi, bitdi. İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik, xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Əminəm ki, birgə səylərlə buna da nail olacağıq", - deyə dövlət başçısı əlavə edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
© Presidential Press Office / Handout via REUTERS

Akif Çağatay Kılıç qəbula görə təşəkkür edib, Türkiyə Prezidenti ilə Məclis sədrinin salam və ehtiramlarını çatdırıb: "Təbii ki, biz Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvləri olaraq, Sizin böyük Zəfərinizdən həm çox məmnunluq duyuruq, həm də bu mənada birlik və bərabərliyimizi bir daha göstərmək üçün Sizi ziyarət etmək istədik. Bizi qəbul etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk.

Cənab Prezident, Türkiyə Böyük Millət Məclisində Sizin bu uğurunuzu, bu liderliyinizi və Siz də dediyiniz kimi, bölgənin tarixində dönüş nöqtəsi olan bu mübarizənizi dəstəkləyən dörd siyasi partiyanın, - bilirsiniz, Türkiyə Böyük Millət Məclisi bu barədə bəyanat qəbul etdi, - təmsilçiləri olaraq buradayıq".

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına və parlamentinin sədrinə çatdırmağı xahiş edib.

343
Teqlər:
Azərbaycan, Türkiyə, görüş, TBMM, Prezident İlham Əliyev
PPX avtomobili

Daha iki koronavirus xəstəsinə cinayət işi açılıb

0
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

BAKI, 12 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.

0
Kosmos

Rəşad Nəbiyev: "Azərbaycan dünya kosmik sənayesinin üzvünə çevrilib"

2
"Peyklərimiz dünya kosmik ailəsində layiqli yerimizi təmin edib", - rabitə və yüksək texnologiyalar naziri qeyd edib.

BAKI, 12 aprel — Sputnik. "Bu gün insanın kosmosa ilk uçuşundan 60 il ötür".

Sputnik Azərbaycan xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib.

"Çox sevinirəm ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya kosmik sənayesinin üzvünə çevrilib. Peyklərimiz dünya kosmik ailəsində layiqli yerimizi təmin edib", - Rəşad Nəbiyev qeyd edib.

2