Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzinin açılış mərasimi

Qubadlıda DSX-nın Hərbi Xəstəxanası istismara verilib

22
(Yenilənib 13:20 06.03.2021)
Hərbi xəstəxananın tibbi ambulans avtomobillərinə baxış keçirilib, səhra şəraitində yaralılara ilkin tibbi yardım göstərilməsi və onların təxliyə edilməsi üçün yaradılmış imkanlar nəzərdən keçirilib.

BAKI, 6 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə dövlət başçısının tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidmət, sosial-məişət şəraitinin, o cümlədən tibbi təminatının yaxşılaşdırılması üzrə ardıcıl və kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mart ayının 5-də Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb.

Bu tədbirlər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının vaksinasiyasına start verilib, ilk gündə 100 sərhədçinin COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaları təşkil edilmişdir. COVID-19 xəstəliyi əleyhinə Vaksinasiya Stra­tegiyasına əsasən bu günədək Dövlət Sərhəd Xidmətinin 2000-dən artıq hərbi qulluqçusunun vaksinasiya olunduğu qeyd edilmiş, Azərbaycan sər­hədçisinə göstərilən bu dövləti qayğıya görə minnətdarlıq hissi ifadə olun­ub.

© State Border Service of Azerbaijan Republic
Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi

Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadiqov açılış mərasimində çıxış edərək Azərbay­can Respublikasının Prezidenti cənab İlham ƏliyevinAli Baş Komandanlığıaltında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olmasını xüsusi qeyd edib, hazırda Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında Azərbaycanın dövləti maraqlarının ən yüksək səviyyədə qorunmasını vurğulayıb.

Azərbaycan sərhədçilərinin həyat və sağlamlıqlarını qorunmaq, şəxsi heyətin xidməti ərazidə təhlükəsiz hərəkətlərinə şərait yaratmaq üçün təyinatlı olan yeni sərhəd mühafizə orqanlarının fəaliyyətə başlaması mü­nasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Tədbir çərçivəsində Mühəndis-İstehkam Mərkəzinin inzibati binası və təchizat anbarı, mina və partlamamış hərbi sursatların aşkar edilməsi üzrə mövcud texniki vasitələr, xüsusi geyimlər tədbir iştirakçılarına nümayiş et­dirilib. Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minala­dığı ərazilərdən sərhədçi-istehkamçıların hal-hazıradək 340 ədəd tank əley­hinə və 825 ədəd piyada əleyhinə mina, çoxsaylı partlamamış sursatlar aşkarlayaraq zərərsizləşdirmələri, xidməti ərazidə bu fəaliyyətin gündəlik olaraq davam etdirilməsi qeyd olunub. Bu Mərkəzin hərbi qulluqçuları tərəfindən sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin hərəkəti üçün yolların salınması istiqamətində görülən işlər xüsusi vurğulanıb. 

  • Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzinin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzinin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzinin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzinin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzinin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
  • Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzinin açılış mərasimi
    © State Border Service of Azerbaijan Republic
1 / 6
© State Border Service of Azerbaijan Republic
Qubadlıda DSX-nın Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzinin açılış mərasimi

Yeni istifadəyə verilmiş dördmərtəbəli, 70 çarpayı fonduna malik Hərbi Xəstəxanada hərbi qulluqçulara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi üçün yaradılmış şəraitə baxış keçirilib. Hərbi Xəstəxanada əməliyyat, ultra-səs müayinəsi və exokardioqrafiya, stomatoloji, manipulyasiya otaq­ları, somatik və infeksion palataları var. Bununla yanaşı, inzibati otaqlar, əczaxana, depo, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları mövcuddur. Bölmələr tibb heyəti ilə tam komplektləşdirilib, zəruri avadanlıq və cihaz­larla təchiz olunublar. Hərbi tibb müəssisəsi mərkəzi istilik sistemi ilə təmin edilib.

Hərbi xəstəxananın tibbi ambulans avtomobillərinə baxış keçirilib, səhra şəraitində yaralılara ilkin tibbi yardım göstərilməsi və onların təxliyə edilməsi üçün yaradılmış imkanlar nəzərdən keçirilib.

22
Rövşən Binnətli

İdman şərhçisi: “Kim sənə səlahiyyət verib ki, belə bir bəyanat verirsən?!”

66
(Yenilənib 00:51 21.04.2021)
İdman şərhçisi Rövşən Binnətli deyir ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar
Rövşən Binnətli: “Superliqa futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”

UEFA ilə klublar arasında Avropa Superliqasının yaradılması qalmaqalı davam edir. Qitə futbol qurumu Superliqaya qatılacaq klubları sanksiyalarla hədələsə də, klublar istəyindən əl çəkmək niyyətində deyil.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bu gün Superliqaya qatılmağa razılıq vermiş komandalar tək Avropa qitəsində deyil, həm də dünyanın top komandaları siyahısındadır: “Bu turnirdə iştirak edən klublardan hansılarsa autsayder olacaq. Bu, azarkeşlərin narazılığına gətirib çıxaracaq və sonda klub üçün itkilərlə nəticələnəcək. Ona görə də belə bir liqanın təşkilini futbola xidmət kimi qəbul etmirəm. Düşünürəm ki, bu, futbolda dağıdıcı missiyadır. Bu turnir özlüyündə hər hansı motivasiyaedici xüsusiyyət daşımır və hansısa mərkəzə gedib bağlanmır. Florentino Peres deyir ki, liqada çıxış edən futbolçuların dünya və Avropa çempionatlarında iştiraklarına əngəl olmayacaq. Axı kim sənə bu səlahiyyəti verib ki, belə bir bəyanat verirsən?! Əgər UEFA qərar versə, həmin futbolçular necə iştirak edə bilərlər axı?! Mən düşünürəm ki, bu məsələnin sonunda sağlam düşüncə qalib gələcək. İnanıram ki, bu gün dünyaca tanınmış klublar sabahkı aqibətlərini dərketmə gücünü özlərində tapacaqlar. Mənə görə, bu, futbola qarşı edilmiş böyük bir düşmənçilikdir”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

66
Teqlər:
klublar, UEFA, futbol
 Əlil, arxiv şəkli

"Mən bu dəqiqə ölmürəm, amma bankdan "yox" cavabı aldım" - Minlərlə şəxs çıxılmaz durumda

282
(Yenilənib 01:30 21.04.2021)
"Əlilliyi olan şəxslər hətta kiçik məbləğdə ipoteka götürmək istəyəndə belə, onlara kreditin verilməsindən imtina edilir və bunun da səbəbini həmin şəxslərin müavinət alması ilə izah edirlər" - Azər Məmmədli.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 aprel — Sputnik. Bir müddət öncə Ombudsman Azərbaycanda əlillərin ipoteka krediti ilə mənzil alması üçün maneənin aradan qaldırılmasını təklif edib. Ombudsman ipoteka krediti ilə mənzil almaq və ya digər kreditlər əldə etməklə maddi vəziyyətini yaxşılaşdırmaq istəyən əlilliyi olan şəxslərlə sığorta müqaviləsinin bağlanmasını, onların bu hüquqdan istifadəsini məhdudlaşdırdığına görə Maliyyə Nazirliyi Kollegiyasının 2014-cü il 23 sentyabr tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borc alanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3.2-ci yarımbəndinin (Sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda 1-ci və 2-ci dərəcə əlilliyi olan şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır) çıxarılmasını təklif edib.

Fiziki məhdudiyyəti olan şəxslər də digərləri kimi bərabər imkanlara sahib olmaq, ipoteka güzəştlərindən yararlanmaq istəsələr də, təəssüf ki, banka müraciət edərkən onların qarşısına çoxsaylı maneələr çıxır.

Sputnik Azərbaycan bu maneələr, onların aradan qaldırılması üçün təkliflərdən söz açır.

Paralimpiya Komitəsinin aparıcı mütəxəssisi, eyni zamanda da müyəssərlik üzrə beynəlxalq ekspert olan Azər Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Bütün vətəndaşlar kimi, fiziki məhdudiyyəti olan şəxslərin ipoteka kreditinə ehtiyacı yaranır. Fiziki məhdudiyyətli şəxslərə ipoteka krediti ilə bağlı müəyyən güzəştlərin olması çox yaxşı olardı. Təəssüf ki, ipoteka kreditlərinin faizi ilə bağlı heç bir güzəşt yoxdur. 

Əlilliyi olan şəxslər hətta kiçik məbləğdə ipoteka götürmək istəyəndə belə onlara kreditin verilməsindən imtina edilir və bunun da səbəbini həmin şəxslərin müavinət alması ilə izah edirlər. Belə olan halda, yəqin ki, ipoteka kreditinin verilməsi üçün müəyyən əlavə işin olmasına ehtiyac var. Bilirsiniz ki, əlilliyi olan şəxslər arasında məşğulluq çox aşağıdır, əksəriyyəti işləmir. İşləyənlər də yəqin ki, o qədər yüksək maaş almırlar".  

"Düşünürəm ki, bu səbəbdən əlillərin işlə təmin olunması, məşğulluq problemlərinin həll edilməsi çox önəmlidir. Öncələr kvotaya riayət olunmurdu. Lakin artıq əlillərin işə götürülməsi, kvotaya əməl olunması istiqamətində müəyyən işlər görülür. Kvotaya əməl olunsa, bir çox əlillərin işlə bağlı problemi həll oluna bilər".

A.Məmmədli deyir ki, bu şəxslərin təhsil almaq, peşə və biliklərə yiyələnməklə bağlı da problemləri var: "Onların peşə bacarıqları da artırılmalıdır. Azərbaycan Abilimpiya Federasiyası ölkəmiz üçün yeni bir hərəkatdır. Bu federasiya tərəfindən müxtəlif peşə sahibləri arasında yarışlar keçirilir. Yarışların keçirilməsində məqsəd həm peşəkarları, həm də fiziki məhdudiyyətli şəxsləri həvəsləndirmək, eləcə də bu yolla bacarıqlarını təkmilləşdirib gələcəkdə gözəl iş tapmalarına şərait yaratmaqdır". 

Həmsöhbətimizin özünə gəldikdə isə, o bildirir ki, hazırda ay ərzində aldığı məbləğ yalnız 5000 manat civarında kredit götürməsinə icazə verir. O da hələlik ehtimaldır.

Qeyd edək ki, A.Məmmədli uşaq ikən peyvənddən sonra poliomielit xəstəliyi keçirdiyi üçün bir ayağında axsama var. 

İqtisadçı-ekspert Rəşad Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında təkliflərdən danışıb: "İpoteka siyasəti həm dünyada, həm də Azərbaycanda ödəniş qabiliyyəti əsasında qurulub. Əlilliyi olan şəxslərə hökumət müəyyən güzəştlər edə bilər. Müvafiq faiz dərəcəsini 1 faizə endirə bilər. Bu da onların aylıq ödənişlərinin aşağı düşməsinə səbəb olacaq. Beləliklə də gəlirlərin formalaşması zamanı onlara müəyyən ipoteka verilə biləcək. Yaxud da xüsusi proqram çərçivəsində bu kimi şəxslərin ipoteka kreditlərini əldə etmək üçün imkanlarının yaxşılaşdırılması istiqamətində ipoteka siyasəti həyata keçirilə bilər. Bu proqram heç bir faiz tətbiq edilmədən, ilkin ödəniş tələbi az olmaqla dövlət vəsaiti hesabına başa gələ bilər. Güzəştli ipotekada minimum ilkin ödəniş məbləği 15 faizdir. Belə şəxslər üçün ilkin ödəniş vəsaiti 10 faizə salına bilər ki, belə olanda da həmin şəxslərin ilkin yığımları həmin mənzili almağa şərait yarada bilər. Qanunvericiliklə bu 10 faiz maksimum məbləğ kimi təyin oluna bilər. 2016-2017-ci illərdə Azərbaycanda bu təcrübə tətbiq olunsa da, sonradan dəyişdirildi".

"Daha sonra qanunvericiliyə dəyişiklik edildi və minimumu 15 və 25 faizə qaldırdılar. Nəticədə banklar üçün şərait yaradıldı ki, onlar özləri ilkin ödəniş məbləğini diktə etməyə başladılar. Bu gün əksər banklar ilkin ödəniş məbləğini 30 faizə qaldırıb. Düşünürəm ki, bu problemi aradan qaldırmaqla əlillər üçün əlçatanlığı təmin etmək mümkündür", - deyə ekspert əlavə edib.

Əlillər bir neçə kateqoriyaya görə təsnifləşir. R.Həsənov deyir ki, buna görə də şərtlər müəyyən edilə bilər: "Daimi əlilliyi olanların gəlirlərinin davamlılığını proqnozlaşdırmaq daha asandır. Müvəqqəti əlillik dərəcəsi alan və 5 ildən bir təkrar yoxlamalardan keçənlərin gəlirləri baxımından müəyyən risk yaranır. Onların problemi aradan qalxırsa, əlil olmaya bilərlər və bu zaman pensiya kəsilə bilər. Birdəfəlik əlilliyi olanlara üstünlük verilmə ehtimalı var. Hansı ki, bu, banklar üçün ciddi problem yaratmayacaq".

"Dövlət zəmanəti mexanizmi də formalaşdırıla bilər. Dövlət zəmanəti verilərkən ipoteka kreditlərinin aylıq ödənişlərində 30-40 manat aylıq məbləğ artımı olur ki, bu da məhdudiyyəti olan şəxs üçün müəyyən əlavə xərc yarada bilər. Daha yaxşı olardı ki, əlillərə ipoteka krediti verilən zaman dövlət zəmanəti mütləq şəkildə verilsin. Bu zaman bankların yükü, riskləri azalır. Əlilliyi olan şəxslərin ipoteka krediti ödənişi zamanı həmin xərclər də dövlət hesabına ola bilər", - deyə iqtisadçı əlavə edib.

Bəs Qarabağ qaziləri bu mövzuda nə deyirlər? "Cəsur döyüşçü" medalına layiq görülmüş qəhrəman Abdulla Abdullayev Sputnik Azərbaycan-a danışır: "Bir qədər maddi problemlərim vardı, pul götürmək istəyirdim, bunun üçün "Kapital Bank"a müraciət etdim. Qarabağ qazisi olduğum da bilindi. Lakin kredit verilmədi. Bizim də görmək istədiyimiz işlər var, amma təəssüf ki, qurduğumuz planlar maddi problemlər səbəbindən alınmır.

Dedilər ki, 1-ci qrup əlilliyi olanlara kredit verilmir. Lakin mənim iki ayağım olmasa da vəziyyətim ağır deyil, yəni ölümcül vəziyyətdə deyiləm. Kreditin verilməməsi mənim işlərimi çox ləngitdi. Mən bu dəqiqə ölmürəm, kimisə aldatmıram. Pensiya kartım da var. Amma təəssüf ki, banklardan "yox" cavabı aldım. Mən 550 manat pensiyaya qane olub daim yerimdə dayanmaq istəmirəm, istəyirəm ki, cəmiyyətə qarışım, öz işim olsun, bir iş qurum. Amma təəssüf ki, bu, bizim üçün mümkünsüzdür".

"İnanın, bu problem həll olunsa, bizim üçün nə qədər böyük yardım olar. Çünki biz qazi yoldaşlarla birləşib ideya qurmuşduq ki, nəsə iş quraq və qazi, şəhid övladları üçün hər şeyi pulsuz edək", - deyə qazimiz əlavə edir.

O deyir ki, mənzillə təmin olunmaqla bağlı bir qədər problem yaradılsa da, sonradan nazirlik tərəfindən bu məsələyə aydınlıq gətirilib: "Öz evim yoxdur. Babamın evidir, o ev də 7 övlad arasında bölünməlidir. Hazırda da biz orada yaşayırııq. Bizə İcra Hakimiyyətindən deyirdilər ki, sizə ev düşməyə bilər. Amma nazirliyə müraciət etdik, problem həll olundu, Deyildi ki, sizə də ev veriləcək. Sənədlərimizi götürdülər.

Qeyd edək ki, qazimiz Ağdamda ermənilərin minaatandan açdıqları atəş nəticəsində hər iki ayağını itirib. O, könüllü olaraq cəbhəyə yollanmışdı.  

Məsələ ilə bağlı "Kapital Bank"ın da mövqeyini öyrəndik. "Kapital Bank"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirir ki, kredit rəsmiləşdirmə şərtlərinə əsasən, 1-ci qrup əlilliyi olan şəxslərin adına kredit verilmir: "Müharibədə iştirak edənlərə hər hansı bir güzəştin təqdim edilməsinə gəlincə isə bildirmək istərdik ki, torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, habelə düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın kredit borcları tam olaraq silinib. Bundan başqa, hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəlikləri, yəni faizlərin və digər ödəmələrin hesablanmasında bir sıra güzəştlər təqdim edilib. Bununla bağlı şəhid olanların və döyüş əməliyyatlarında iştirak edənlərin ailə üzvləri banka müraciət etməlidirlər. Müraciətlərə çevik baxılır və mümkün olan maksimal güzəştlər tətbiq edilir”.

Fiziki məhdudiyyətli şəxslər, eləcə də qazilərimiz üçün ipoteka kreditlərinin verilməsinin əlçatanlığının təmin olunması, bu istiqamətdə addımların atılması, onlar üçün şəraitin yaradılması isə həmin şəxslərin elə mənəvi olaraq ayağa qalxması deməkdir.

282
Teqlər:
qazi, kredit, fiziki məhdudiyyət, əlillik, ipoteka
Mehri

Paşinyan Mehriyə getdi - Zəngəzurda etirazlar başladı - VİDEO

0
(Yenilənib 11:23 21.04.2021)
Vəziyyət gərgin olaraq qalır. Sakinlər "Nikol satqın", "Nikol türk", şüarları səsləndirirlər. Polislər Baş nazirin korteji üçün yolu açmağa çalışırlar.

BAKI, 21 aprel — Sputnik. Ermənistanın Sünik vilayətində (Zəngəzur) Baş nazir Nikol Paşinyanın səfərinə qarşı etiraz aksiyası keçirilir. Sputnik Ermənistan xəbər verir ki, Paşinyan Mehriyə gəlib, lakin onlarla vətəndaş onun şəhəri tərk etməsini istəyiblər.

Digər qrup isə Paşinyanı dəstəkləyib. Nəticədə qruplar arasında qarşıdurma baş verib. Lakin hüquq mühafizə orqanları əməkdaşları onları ayıra biliblər.

Vəziyyət gərgin olaraq qalır. Sakinlər "Nikol satqın", "Nikol türk", şüarları səsləndirirlər. Polislər Baş nazirin korteji üçün yolu açmağa çalışırlar.

Baş nazirin Mehriyə səfəri əvvəlcədən anons edilməmişdi.

 

0