Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimi, 26 fevral 2021-ci il

Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb - FOTO

9
(Yenilənib 16:27 27.02.2021)
Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycan və Türkiyə vətəndaşları iştirak ediblər.

BAKI, 27 fevral — Sputnik. Fevralın 26-da Niderland Krallığının Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan yeni abidənin açılış mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov, Türkiyənin səfiri Şaban Dişli, Niderland parlamentinin deputatı Səlcuq Öztürk, Avropada fəaliyyət göstərən müxtəlif diaspor təşkilatlarının rəhbərləri, Azərbaycan və Türkiyə vətəndaşları iştirak ediblər.

Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidənin önünə əklil və gül dəstələri qoyulub.

Azərbaycanın və Türkiyənin səfirləri, Hollanda Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşqın, Haaqa məzarlığının müdiri Linda Jansen, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva və başqaları çıxış edərək Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşüblər. Onlar erməni cəlladları tərəfindən törədilmiş Xocalı qətliamının bütün insanlığın faciəsi olduğunu, onun dəhşətlərinin heç vaxt unudulmayacağını bildirib, bu soyqırımının dünya dövlətləri tərəfindən rəsmi olaraq tanınmasının vacibliyini qeyd ediblər.

9
Teqlər:
türklər, azərbaycanlılar, Haaqa, Niderland Krallığı, Xocalı abidəsi, Xocalı soyqırımı

Milli Məclisin iclası başlayıb - Hesablama Palatasının illik hesabatı müzakirə ediləcək

31
(Yenilənib 10:24 13.04.2021)
Parlamentin plenar iclasının gündəliyinə ümumilikdə 9 məsələ daxil edilib. İnzibati Xətalar, Əmək məcəllələrinə və digər qanun layihələrinə baxılacaq.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

Həmin məsələlər bunlardır:

1. Hesablama Palatasının illik hesabatı haqqında.

2. "İcra haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. "Veteranlar haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

7. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

8. "Prokurorluq haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

9. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

31
 Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq adlı konfransda

İlham Əliyev: "Ermənistan Azərbaycanın addımlarını qiymətləndirmir"

15
(Yenilənib 10:48 13.04.2021)
"Biz indi də Rusiya sülhməramlıları ilə birgə bu axtarış əməliyyatlarında iştirak edirik. Mən sizə deyə bilərəm ki, birinci Qarabağ müharibəsində bizim dörd minə yaxın Azərbaycan hərbçisi itkin düşüb. Onlardan heç biri geri qaytarılmayıb. Onlardan heç biri".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Ermənistan Azərbaycanın addımlarını qiymətləndirmir. Bu, hadisələrin çox uğursuz inkişafının göstəricisidir. Əgər biz postmünaqişə dövründən danışırıqsa, biz gələcək barışığa gətirəcək elementlərə diqqət ayırmalıyıq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında deyib.

"Biz 1500-dən çox Ermənistan əsgərinin cəsədini qaytarmışıq. Biz indi də Rusiya sülhməramlıları ilə birgə bu axtarış əməliyyatlarında iştirak edirik. Mən sizə deyə bilərəm ki, Birinci Qarabağ müharibəsində bizim dörd minə yaxın Azərbaycan hərbçisi itkin düşüb. Onlardan heç biri geri qaytarılmayıb. Onlardan heç biri. Bax, fərq bundadır.

Biz Rusiya sülhməramlılarına öz dəmiryolu vasitələrimizlə logistik dəstək veririk. Onlar öz vasitələrini dəmiryolu vasitəsilə Bərdəyə gətirirlər ki, bu da Yerevana uçub, oradan da 5-6 saat Laçın dəhlizi ilə getməkdən daha asan və ucuzdur. Mən digər elementləri də nümunə gətirə bilərəm. Biz Rusiyanın "Qazprom" şirkətinə maye qazı Azərbaycan ərazisindən Ermənistana nəql etməyə icazə verdik. Çünki Rusiya ərazisində təmir işləri aparılırdı. Biz yox deyə bilərdik. Lakin biz hə dedik.

Bu başqa bir göstərici, başqa bir jestdir. Biz Ermənistana bizim Zəngilan, Qubadlı rayonlarımızdan keçən 21 kilometrlik yolu istifadə etməyə imkan verdik. Biz buna icazə verdik, blok etmədik. Onlar bizə müharibə zamanı işğal etdikləri ərazilərə bir metr yaxınlaşamağa imkan verdilər? Yox. Bütün bunlar birtərəfli addımlardır. Bu, sadəcə jest deyil, bu müharibə səhifəsini çevirmək üçün düşünülmüş siyasətdir. Açılış nitqimdə dediyim kimi, biz heç nəyi unutmayacağıq, lakin eyni zamanda biz gələcəyə də baxmalıyıq", - deyə İlham Əliyev bildirib.

15
Teqlər:
Qarabağ, sülhməramlı, Rusiya, Ermənistan, Azərbaycan, İlham Əliyev