Əbu-Dabidə “IDEX-2021” Müdafiə sərgisi

Azərbaycan silahları Əbu-Dabidə

55
(Yenilənib 16:20 21.02.2021)
Əbu-Dabidə “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisi açılıb. Dörd gün davam edəcək sərgidə Azərbaycan da özünün istehsalı olan müdafiə təyinatlı məmulatları nümayiş etdirəcək

BAKI, 21 fevral - Sputnik. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti fevralın 21-dən Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat qurumun saytında yer alır.

Dünyanın inkişaf etmiş 59 ölkəsindən 900-ə yaxın qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, mina atanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.

Sərgidə iştirak edən Müdafiə sənayesi naziri Mədət Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini, Prezident işləri naziri Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşüb.

Görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Şeyx Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin qardaş ölkə olduğunu vurğulayaraq hər bir sahədə qarşılıqlı əməkdaşlığın faydalarından danışıb, hər iki ölkə arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Mədət Quliyev Baş nazirin müavinindən Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyana çatdırmasını xahiş edib. Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

“IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisi öz işini fevralın 25-dək davam etdirəcək. Sərgi zamanı Mədət Quliyevin BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

55
Teqlər:
sərgi, BƏƏ, Əbu-Dabi, Azərbaycan, silah

Yenə külək... Şənbə günü diqqətli olun

2
(Yenilənib 13:40 05.03.2021)
Sabah Abşeron yarımadasının meteohəssas insanları üçün hava əlverişsiz keçəcək - növbəti günə doğru güclü külək istiqamətini dəyişərək şimaldan əsəcək

BAKI, 5 mart — Sputnik. Azərbaycanda martın 6-da gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 9-14, Bakıda gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz təşkil edəcək. 

Martın 6-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında martın 6-da arabir güclənən cənub-qərb küləyinin 7-də güclü şimal küləyi ilə əvəz olunacağı və atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. 

2
Teqlər:
hava şəraiti, əlverişsiz, meteohəssas insanlar, duman, külək, hava proqnozu
 Əlil, arxiv şəkli

Birinci qrup əlilliyi olanlar əmək qabiliyyətli sayılırlar

3
(Yenilənib 13:17 05.03.2021)
"Əgər hər hansı vətəndaşın əlilliklə bağlı sənədində onun əmək zəmanəti ilə bağlı əmək qabiliyyətsiz qeyd olunubsa, həmin şəxs Tibbi Sosial Ekspertiza Komissiyalarına müraciət edib müvafiq düzəlişlər apara bilər".

BAKI, 5 mart — Sputnik. "Bizim qanunvericiliyə əsasən, işsiz şəxs işi və qazancı olmayan iş axtaran, işə başlamağa hazır olan, əmək qabiliyyəti yaşında olan əmək qabiliyyətli şəxslər sayılır. Amma I qrup və digər əlillik qrupları heç də əmək qabiliyyətsiz sayılmır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlayn "Sosial saat" verilişində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib. Onun sözlərinə görə, yalnız əmək zəmanəti olmayan şəxslər əmək qabiliyyətsiz sayılır və onlar məşğulluq tədbirlərinə cəlb oluna bilmirlər: "Əgər hər hansı vətəndaşın əlilliklə bağlı sənədində onun əmək zəmanəti ilə bağlı əmək qabiliyyətsiz qeyd olunubsa, həmin şəxs Tibbi Sosial Ekspertiza Komissiyalarına müraciət edib müvafiq düzəlişlər apara bilər. Digər hallarda əmək zəmanəti icazə verdiyi hallarda I qrup əlilliyi olan şəxslər nəinki müraciət edə bilər, hətta onlar digərlərinə münasibətdə daha üstün hüquqa malikdilər".

3
Teqlər:
qabiliyyət, , əlillik