İstanbula mənzərə, arxiv şəkli

Azərbaycanla Türkiyə arasında vizasız rejim qüvvəyə mindi

22
"Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə qanun imzalanıb

BAKI, 18 fevral — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol"un təsdiq edilməsi barədə qanunu imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol" təsdiq edilib.

22
Teqlər:
Azərbaycan, Türkiyə, şəxsiyyət vəsiqəsi, viza
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Çavuşoğlu: "XİN başçılarının üçtərəfli görüşü ən qısa zamanda baş tutacaq"

1
(Yenilənib 16:16 03.03.2021)
Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Gürcüstanın da ərazi bütövlüyünü dəstəkləyir.

BAKI, 3 mart — Sputnik. "Azərbaycan-Gürcüstan-Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü ən qısa zamanda baş tutacaq". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə keçirdiyi birgə brifinqdə deyib.

O bildirib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Gürcüstanın da ərazi bütövlüyünü dəstəkləyir.

1
Teqlər:
görüş, XİN rəhbərləri, Türkiyә, Gürcüstan, Azərbaycanlı, Mövlud Çavuşoğlu
Berlin kinofestivalının mükafatları, arxiv şəkli

Erməni yalanları Berlin film festivalında ayaq tutacaqmı? - Azərbaycan əks-tədbirlər görür

9
Azərbaycan haqqında yalan informasiya olan hissə çıxarılıb, filmin "Arsax Respublikası" kimi qeyd olunan hissəsi dəyişdirlərək, Ermənistan ilə əvəz olunub.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Erməni yalanlarını təbliğ edən "Arsax Qara bağ" filmi 2021 Berlin Film Festivalında nümayiş olunacaq. Bununla bağlı Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Mədəniyyət Nazirliyinin bu barədə məlumatı var və bununla bağlı müəyyən addımlar atılıb: "Həmin film 71-ci Berlin film festivalında festival proqramlarının birində nümayiş etdirilməsi nəzərdə tutulub. Həmin film haqqında festivalın saytında məlumat gedən kimi Mədəniyyət nazirliyi bunun qarşısını almaq məqsədi ilə tədbirlər görməyə başladı. Mədəniyyət naziri Anar Kərimov Almaniyanın Mədəniyyət və Media üzrə müvəkkilinə etiraz məktubunu göndərdi. Bundan əlavə, Berlin film festivalının direktoruna da etiraz məktubu göndərilib. Bununla yanaşı, Almaniya Federativ respublikasının ölkəmizdəki səfiri ilə nazirlikdə görüş keçirildi. Görüş zamanı cənab nazir Anar Kərimov səfirə bu məsələ ilə bağlı öz etirazını bildirdi".

Kinematoqrafiya şöbəsindən verilən xəbərə görə, filmin məlumat hissəsində böhtan və qərəz xarakterli məlumatlar yer almışdı: "Hətta filmin istehsal edildiyi ölkə kimi qondarma "Arsax Respublikası" kimi qeyd olunmuşdu. Hazırda Azərbaycan haqqında yalan informasiya olan hissə çıxarılıb, filmin "Arsax Respublikası" kimi qeyd olunan hissəsi dəyişdirlərək, Ermənistan ilə əvəz olunub. Amma film hələlik qalıb. Nazirlik öz işini davam etdirəcək. Biz nəticəni gözləyirik. Festivaldan çıxarılma məsələsi belədir ki, filmin proqramdan çıxarılması mələsi qəliz məsələdir. Bilirsiniz ki, festivallar Avropada müstəqil qurumlardır. Hər halda biz öz etirazımızı bildirmişik".

9