Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 18 fevral — Sputnik. Gələn həftə Avropa İttifaqı (Aİ) və Azərbaycan növbəti 7 il üçün prioritet istiqamətlərə dair müzakirələrə başlayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Gələn həftə biz növbəti 7 il üçün prioritet istiqamətlərin müzakirələrinə başlayacağıq. Biz inanırıq ki, məhz birlikdə işləyərək daha güclü oluruq", - deyə Yankauskas bildirib.
O, həmçinin vurğulayıb ki, Aİ və Azərbaycan enerji, təhsil, kənd təsərrüfatı, qida təhlükəsizliyi, su ehtiyatlarının yaxşı idarə olunması, hava və su keyfiyyətinin təmin olunması, yaşıl enerji sahələrində əməkdaşlıq edir.
BAKI, 5 mart — Sputnik. Martın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.
Nazirlər Kabinetindən (NK) Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş nazir Əli Əsədov Fuat Oktaya Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.
Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
BAKI, 5 mart — Sputnik. Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adı məlum olub.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, partiyanın bu gün keçirilmiş qurultayında formalaşdırılan 40 nəfərdən ibarət İdarə Heyətində aşağıdakı şəxslər yer almayıblar:
Ramiz Mehdiyev, Əli Həsənov, Siyavuş Novruzov, Hacıbala Abutalıbov, Vaqif Əliyev, Nurlana Əliyeva, Akif Əlizadə, Yusif Hümbətov, Kərim Kərimov, Abel Məhərrəmov, Əli Həsənov.
Qeyd edək ki, YAP-ın Siyasi Şurası ləğv olunub. Partiyanın 40 nəfərdən ibarət İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası formalaşdırılıb. Partiyada Veteranlar Şurası yaradılıb. Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib