QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət Azərbaycandadır - VİDEO

© AR Ministry of DefenceTürkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda
Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda - Sputnik Azərbaycan
Abunə olmaq
Qarabağdakı Birgə Monitorinq Mərkəzində təmsil olunacaq rusiyalı hərbçilər də artıq ölkəmizdədirlər.

BAKI, 30 yanvar — Sputnik. "Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət artıq Azərbaycandadır".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

"Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan baş nazirinin birgə bəyanatının müvafiq bəndinə əsasən yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən etibarən fəaliyyətə başlayır. Birgə Monitorinq Mərkəzində təmsil olunacaq türkiyəli hərbçilər Azərbaycana gəliblər. Onu da qeyd edim ki Birgə Monitorinq Mərkəzində təmsil olunacaq rusiyalı hərbçilər artıq ölkəmizdədir", – deyə polkovnik V.Dərgahlı bildirib.

Xəbər lenti
0