Azərbaycandan xaricə daimi yaşamağa gedənlərin sayı açıqlandı

© Sputnik / Murad OrujovВиза в паспорте гражданина Азербайджана, фото из архива
Виза в паспорте гражданина Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
11 ay ərzində DİN və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 1516 nəfər qeydə alınıb.

BAKI, 21 yanvar — Sputnik. 2020-ci ildə Azərbaycana gələn və ölkədən xaricə gedənlərin sayı açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Xəbərə görə, 2020-ci ilin 11 ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana gələn 1516 nəfər qeydə alınıb. Daimi yaşamaq üçün ölkədən xaricə 531 nəfər gedib. Miqrasiya saldosu müsbət 985 nəfər təşkil edib.

Xəbər lenti
0