Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva

Mehriban Əliyeva 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

19
(Yenilənib 09:31 20.01.2021)
"Xalqımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizin – 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm".

BAKI, 20 yanvar - Sputnik. Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir:

"Xalqımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizin – 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

19

Azad edilmiş daha bir kəndimizin hazırkı mənzərəsi belədir - VİDEO

6
Cəbrayıl rayonunun Papı kəndi 2020-ci ilin oktyabrın 21-də əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunub.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

6
Təhsil Nazirliyi

Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salınıb - SƏBƏB

517
Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib. İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq

BAKI, 6 mart - Sputnik. 6 mart saat 16:00 tarixində keçirilən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test mərhələsində yaranmış texniki nasazlıqla əlaqədar imtahan dayandırılıb və növbəti tarixə təxirə salınıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan tarixdə imtahanda iştirak etmiş hər bir iştirakçı təkrar imtahana cəlb olunacaq və onlara yeni sual variantı təqdim olunacaq.

"Eyni zamanda bildiririk ki, texniki profilaktik işlərin görülməsi ilə əlaqədar 7 mart 2021-ci il tarixində keçirilməsi planlaşdırılan direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi təxirə salınıb.

Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib. İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq".

517