Prezident İlham Əliyev Şuşada

Prezident Birinci xanım Şuşaya getdi - Video

224
(Yenilənib 12:21 15.01.2021)
Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Prezident İlham Əliyevlə Şuşaya səfəri barədə video paylaşıb.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva işğaldan azad edilmiş Şuşa şəhərinə səfər ediblər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Mehriban Əliyeva sosial şəbəkə hesabında video paylaşıb.

"Səhər tezdən yola çıxmışıq, istiqamət Şuşa şəhəri", - deyə Prezident idarə etdiyi avtomobilin sükanı arxasında bildirib. 

Xatırladaq ki, 1992-ci il mayın 8-dən 9-a keçən gecə erməni silahlı birləşmələri Şuşa şəhərini işğal edib. 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən şəhər işğaldan azad edilib. Bu, Azərbaycan rəhbərliyinin 28 il ərzində Şuşaya ilk səfəridir.  

224
Teqlər:
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva, Birinci vitse-prezident Mehriban Əliyeva, Mehriban Əliyeva, İlham Əliyev, Qarabağ, Şuşa şəhəri, Şuşa
Vətən müharibəsi iştirakçısı, arxiv şəkli

"YAŞAT" tərəfindən 2 min 775 şəhid ailəsi ziyarət olunub

1
(Yenilənib 13:01 03.03.2021)
Müraciəti qeydə alınan yaralıların sayı 1 445 olub. Öhdəliyə götürülmüş şəxslərin sayı 4 min 156 olub. Ümumilikdə isə ziyarət olunan şəhid ailə üzvlərinin və yaralıların sayı 13 004 olub.

 

BAKI, 3 mart — Sputnik. "YAŞAT" Fondu tərəfindən 2 775 şəhid ailəsi ziyarət olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "YAŞAT" fondunun hesabatında qeyd olunub.

Müraciəti qeydə alınan yaralıların sayı 1 445 olub. Öhdəliyə götürülmüş şəxslərin sayı 4 min 156 olub. Ümumilikdə isə ziyarət olunan şəhid ailə üzvlərinin və yaralıların sayı 13 004 olub.

Müraciətlərin ehtiyac istiqamətləri üzrə bölgüsünə gəldikdə isə, onların 38.37 faizi məişət şəraitinin yaxşılaşdırılmasına, 37.18 faizi tibbi xərclərin ödənilməsinə, 16.64 faizi borc öhdəliklərinin qarşılanmasına, 1.45 faizi təhsil xərclərinin qarşılanmasına, 6.36 faizi digər istiqamətlərə görə xərclənib.

1
Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Azərbaycanın tanınmış alimi koronavirusdan vəfat etdi

165
(Yenilənib 12:21 03.03.2021)
Tarixçi bir müddət idi ki, koronavirusa görə müalicə alırdı. O ötən ay ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

BAKI, 3 mart — Sputnik. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onun yaxın dostu Qələndər Muxtarlı məlumat verib.

Xatırladaq ki, tarixçi bir müddət idi ki, koronavirusa görə müalicə alırdı. O ötən ay ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.

Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.

O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı dipıoma bitirib və həmin fakültənin aspiranturasında saxlanılıb. Dilavər Əzimli 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr nazirliyində aparıcı mütəxəssis işləyib. 1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışıb. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsində çalışırdı, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi idi. Evlidir, iki övladı var.

Əzimli bir monoqrafiya, bir kitab müəllifidir.

165