Azərbaycan hərbçisi, arxiv şəkli

Hərbi vəzifəli əsgər Yunis Mənsurov intihar edib - MN təsdiqlədi

171
(Yenilənib 18:48 09.01.2021)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hərbi vəzifəli əsgər Yunis Mənsurov intiar edib və faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

BAKI, 9 yanvar - Sputnik. Bu gün sosial şəbəkələrdə hərbi vəzifəli əsgər Yunis Mənsurovun intihar etdiyi barədə məlumat yayılıb. Zeynəb Alıyeva adlı sosial şəbəkə istifadəçisi öz Facebook hesabında toy şəkli paylaşaraq yazıb:   

"Müharibə bitib, travmaları isə belə tez bitməyəcək görünür. Qız tanışdır. Yoldaşı srağagün qayıdıb, dünən isə intihar edib. Gəldiyi gün ancaq müharibədə olanları sayıqlayırmış. Müharibə həm də insanların ruhunu yaralayıb".

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. 

Bildirilib ki, hərbi vəzifəli əsgər Yunis Mənsurov intiar edib və faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

171
Uşaqlar, arxiv şəkli

İnsan alverinin hər üç qurbanından biri uşaqdır

2
(Yenilənib 17:58 18.01.2021)
Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

BAKI, 18 yanvar — Sputnik. İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan "insan alveri" istismar məqsədilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.

İnsan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "Qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

https://www.facebook.com/prokurorluq/videos/118373910083559

2
Laçın şəhərinə mənzərə, arxiv şəkli

Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

14
Videoçarxda Laçının Ağoğlan qəsri, Dəmirovlu pir məbədi, Məlik Əjdər türbəsi, "Kar günbəz" türbəsi, Həmzə Soltan sarayı haqqında məlumatlar təqdim olunur.

BAKI, 18 yanvar — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Laçının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımla məlumat verib. "Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti videoçarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub", - deyə Fuad Nağıyev qeyd edib.

Videoçarxda Laçının gəzməli-görməli yerləri, o cümlədən Qafqaz Albaniyasının mədəni irs nümunlərindən IX əsrə aid bazilika Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən Məlik Əjdər türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan "Kar günbəz" türbəsi, 1761-ci ildə tikilməsi haqqında məlumat mövcud olan Həmzə Soltan sarayı, rayonun bir və ikitağlı körpüləri, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.

Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunub. Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.

14