Müdafiə Nazirliyi İğdırdan göndərilən yardımı qəbul edib

24
Yardımı Alulbeyt İğdır Şöbəsinin müdiri Ebülfez Kocadağ, İğdır “Alulbeyt Alimləri” dərnəyinin başqanı Veli Beder, İğdır Müftü yardımçısı Kudbettin Şen və “Alulbeyt Alimləri”nin üzvləri təşkil edib.

BAKI, 4 yanvar - Sputnik. İğdır Alulbeyt Vəqfinin təşkil etdiyi “Azərbaycanla həmrəylik” kampaniyası çərçivəsində “Həmrəylik Tırı” adlanan yardımla dolu yük maşını Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında qəbul edilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

“Okuklu İnşaat” şirkətinin prezidenti, Türkiyəli iş adamı Yılmaz Okuklu məlumat verərək söyləyib ki, yardımı Alulbeyt İğdır Şöbəsinin müdiri Ebülfez Kocadağ, İğdır “Alulbeyt Alimləri” dərnəyinin başqanı Veli Beder, İğdır Müftü yardımçısı Kudbettin Şen və “Alulbeyt Alimləri”nin üzvləri təşkil edib.

İş adamı qeyd edib ki, Azərbaycan xalqı işğalçı Ermənistan qarşısında böyük bir dastan yazaraq ölkə torpaqlarını Ana Vətəninə qovuşdurdu: “Bu savaşda yüzlərcə vətən övladı şəhid oldu və yaralandı. Bütün türk xalqı, o cümlədən Alulbeyt Vəqfinin üzvləri də bu savaşda ən başından Azərbaycan xalqının yanında oldu və olmaqda davam edəcək. Böyük istəklər qarşısında Azərbaycan xalqının yanında olduğumuzu nümayiş etdirmək üçün yardımla dolu yük maşınını bu gün qəbul edir və Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarına təhvil veririk. Əlbəttə ki, Azərbaycanın, Azərbaycan Ordusunun bu yardıma ehtiyacı olmadığını bilirik, ancaq bu həmrəyliyimizin nümayişidir”.

Yılmaz Okuklu bu yardımların davamlı olacağını və bunun qarşılığında yardım dolu bir yük maşınını İğdırda yaşayan yoxsul insanlar üçün göndərəcəyini qeyd edib.

Polkovnik-leytenant Camal Kərimov göstərilən yardıma görə Alulbeyt Vəqfinin rəhbərliyinə, yardımı Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarına çatdıran nümayəndə heyətinə dərin təşəkkürünü bildirib. Zabit qeyd edib ki, bu tip yardımlar iki dövlət arasında olan əlaqələrin inkişafının, bütün sahələr üzrə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunun göstəricisidir.

24
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19
Kişi qadına telefonda yazışmanı göstərir, arxiv şəkli

Qısqanc ər arvadını öldürdü - Daha bir dəhşətli qətl

12
(Yenilənib 23:38 23.01.2021)
1969-cu il təvəllüdlü Mirzəyev Qədirağa Ağasən oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı dəmir alətlə Yemən Mirzəyevanın baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

BAKI, 23 yanvar — Sputnik. Yanvarın 22-də saat 14 radələrində Cəlilabad rayonu, Uzuntəpə kənd sakini 1967-ci il təvəllüdlü Mirzəyeva Yemən Əlisahib qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cəlilabad rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1969-cu il təvəllüdlü Mirzəyev Qədirağa Ağasən oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı dəmir alətlə Yemən Mirzəyevanın baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Qədirağa Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

12
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

0
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

0