Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri cənab Hamdullah Mohibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Müdafiə Nazirliyində Əfqanıstan nümayəndə heyəti ilə görüş keçirilib

5
Görüş zamanı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən hər iki dövlətin silahlı qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

BAKI, 22 dekabr — Sputnik. Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri cənab Hamdullah Mohibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüş zamanı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən hər iki dövlətin silahlı qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

General-leytenant K.Vəliyev Əfqanıstan nümayəndə heyətinə regiondakı təhlükəsizlik vəziyyəti, eyni zamanda Azərbaycanın Ordusunun Vətən müharibəsində əldə etdiyi qələbə və həyata keçirdiyi əks-hücum əməliyyatı barədə ətraflı məlumat verib.

5
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

4
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

4
Uşaqlar, arxiv şəkli

İnsan alverinin hər üç qurbanından biri uşaqdır

4
(Yenilənib 17:58 18.01.2021)
Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

BAKI, 18 yanvar — Sputnik. İnsan alveri insan hüquqlarının ciddi pozuntusu və cinayətin ağır formalarından biridir. Həm milli, həm də transmilli cinayət xarakteri daşıyan "insan alveri" istismar məqsədilə insanların cəlb edilməsi, daşınması, hədələyərək, güc tətbiq edərək qorxudulması, oğurlanması, aldadılması kimi üsullarla insana qarşı zorakılıq kimi başa düşülür.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aşkar olunan qurbanlar arasında uşaqların faiz nisbəti artmaqdadır: hər üç qurbandan biri uşaqdır.

İnsan alverinə qarşı mübarizə məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən maarifləndirici videoçarx hazırlanıb.

Videoçarxı izləməklə insan alveri cinayətindən zərər çəkmiş şəxslərə yardım məqsədilə fəaliyyət göstərən "Qaynar xətt", dünyada insan alverindən gələn gəlirin məbləği və digər detallar barədə məlumatları əldə etmək olar.

https://www.facebook.com/prokurorluq/videos/118373910083559

4