CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Rusiya ilə quru sərhədini bağlayır

© AFP 2023 / JOE KLAMARГосударственная граница, фото из архива
Государственная граница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sərhəd martın 1-dək bağlı olacaq. Buna səbəb isə COVID-19-a yoluxanların sayında müşahidə olunan kəskin artımdır.

BAKI, 18 dekabr - Sputnik. Azərbaycanla Rusiya arasındakı quru sərhədi gələn ilin martınadək bağlı qalacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Sərhəd martın 1-dək bağlı olacaq. Buna səbəb isə COVID-19-a yoluxanların sayında müşahidə olunan kəskin artımdır.

Diplomatik missiya Azərbaycan vətəndaşlarını sərhədi keçmək məqsədi ilə Dağıstana getməkdən də çəkindirib. 

"Qış mövsümünü, pis hava şəraitini, infrastruktur və məişət şəraitinin olmadığını nəzərə alaraq, ciddi problemlər yaşamasınlar deyə səfirlik Azərbaycan Respublikasının vətəndaşlarından sərhədi keçmək üçün Dağıstana getməmələrini xahiş edir", - səfirlikdən bildirilib.

Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə ümumi yoluxanların sayı 195422 nəfərə çatıb. Azərbaycanda vaksinasiyanın başlanması gələn ilin əvvəlinə planlaşdırılıb.

Xəbər lenti
0