CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSX hərbçiləri PUA-larla düşmənin 290 hədəfini məhv ediblər

© REUTERS / AZIZ KARIMOVБронетранспортер азербайджанской армии с установленным БПЛА во время парада в Баку, фото из архива
Бронетранспортер азербайджанской армии с установленным БПЛА во время парада в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yaxından iştirak ediblər.

BAKI, 15 dekabr — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktub ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda bildirilir:

"Möhtərəm cənab Prezident.

Böyük qürur hissi ilə məruzə edirəm ki, Azərbaycan tarixinin ən böyük sərkərdəsi kimi Müzəffər Ali Baş Komandanlığınız altında Vətən Müharibəsində iştirak etmək hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəfdir.

Bu tarixi Zəfərin müəllifi və ən əsas təminatçısı - siyasətilə, iradəsilə, qətiyyətilə, cəsarətilə bütün dünyanın təzyiqlərinə baxmayaraq, həm döyüş meydanında, həm diplomatiya müstəvisində, həm də informasiya müharibəsində düşmənə sarsıdıcı və həlledici zərbələr vuran Sizsiniz!

Bu gün Ermənistan silahlı qüvvələrinin əzəli torpaqlarımızdan qovulması və dövlət sərhədlərimizin bütövlüyünün bərpa edilməsi, işğaldan azad olunan ərazilərimizdə üçrəngli Dövlət bayrağımızın ucaldılması uğrunda müqəddəs Vətən müharibəsinin iştirakçısı olan hər bir Azərbaycan sərhədçisi Ali Baş Komandanlığınız ilə əldə olunan şanlı Qələbənin sevincini yaşayır.

44 günlük Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidməti qarşısında qoyduğunuz döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilib, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları yaxından iştirak ediblər.

Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazi azad edilib, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirilib. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu Dövlət bayrağımız sancılıb, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad edilib.

Dövlət Sərhəd Xidmətinin "Harop", "Quzğun" və "Hermes" pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilmiş, ümumilikdə 290 düşmən hədəfi məhv edilib.

Azərbaycan dövlətçiliyinə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən, Ali Baş Komandanlığınız altında işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən, rəşadət və qəhrəmanlıq nümunələri göstərən hərbi qulluqçularımızın döyüş məharətinin Zati-aliniz tərəfindən yüksək qiymətləndirilməsi, 41 nəfər Azərbaycan sərhədçisinə "Vətən Müharibəsi Qəhrəmanı" adının, "Zəfər" və "Qarabağ" ordenlərinin verilməsi Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Azərbaycan sərhədçisinə göstərdiyiniz bu ali diqqət və qayğıya, yüksək etimada görə şəxsən öz adımdan və Dövlət Sərhəd Xidmətinin bütün hərbi qulluqçuları adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü ifadə edirəm.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Sizi əmin edirəm ki, Vətəninə, dövlətinə, Prezidentinə xidmət etmək qürurunun daşıyıcısı olan hər bir Azərbaycan sərhədçisi bundan sonra da əzmlə xidmət edəcək, doğma Azərbaycanımızın təhlükəsizliyi və inkişafı naminə səy və bacarığını əsirgəməyəcəkdir!"

Xəbər lenti
0