SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dövlət başçısı: "Türkiyənin gücü bizim gücümüzü artırır"

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev xalqa müraciəti zamanı
Prezident İlham Əliyev xalqa müraciəti zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev: "Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir".

BAKI, 10 dekabr - Sputnik. “Mən hər zaman əziz qardaşımı qarşılayarkən, yaxud qardaş Türkiyədə olarkən deyirdim ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapılmaz. Bu, həqiqətdir”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatı zamanı söyləyib.

“Bu gün dünya xəritəsinə baxsaq, görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır”, - o qeyd edib.

“Birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik edirdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik. Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür. Türkiyə və onun prezidenti müharibənin ilk saatlarından Azərbaycana, Azərbaycan xalqına öz dəstəyini göstərib. Onun bəyanatları həm Azərbaycan xalqı üçün çox dəyərli idi, eyni zamanda bütün dünya üçün mesaj idi ki, Azərbaycan tək deyil, Azərbaycana heç kəs mane olmasın, Azərbaycan haqq davasına çıxıb, Vətən savaşına çıxıb və Türkiyə Azərbaycanın yanındadır. Bu mesaj, əslində, həmrəyliyin təcəssümü idi. Bu, onu göstərdi ki, Azərbaycan öz davasında haqlıdır. Biz tarixi ədaləti bərpa etdik. Biz uzun illər davam edən işğala son qoyduq. Türkiyə kimi qardaşımızın yanımızda olması bizi daha da ruhlandırırdı, bizə əlavə güc verirdi. Biz gücdən istifadə edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad etdik”, - dövlət başçısı əlavə edib.

İlham Əliyev deyib ki, "bu gün əziz qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib”.

“Dünyanın bir çox ölkəsində Türkiyə haqqı-ədalət qoruyur, müdafiə edir. Məzlum xalqların mənafelərini müdafiə edir və ədaləti, beynəlxalq hüququ bərpa edir. Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir - müstəqillik, mərdlik, cəsarət örnəyidir və inkişaf örnəyidir”, - prezident qeyd edib.

Xəbər lenti
0