Marketdə pomidor satışı, arxiv şəkli

AQTA Rusiyanın ixrac qadağası ilə bağlı araşdırmalara başladı

22
(Yenilənib 14:26 09.12.2020)
Xatırladaq ki, Rusiya Azərbaycandan dekabrın 10-dan etibarən pomidor və alma idxalına qadağa qoyacaq. Bu barədə qərarı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti qəbul edib.

BAKI, 9 dekabr - Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Azərbaycandan pomidor və alma ixracına qoyulmuş qadağa ilə bağlı araşdırmalar aparır.

Bunu Report-a AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva bildirilib.

O bildirib ki, araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.

Xatırladaq ki, Rusiya Azərbaycandan dekabrın 10-dan etibarən pomidor və alma idxalına qadağa qoyacaq. Bu barədə qərarı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti qəbul edib.

Xidmətin yaydığı məlumatda bildirir ki: "İdxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkar etdiklərini və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verdiklərini qeyd ediblər. Xüsusilə də 22 oktyabrdan bəri Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Avrasiya İqtisadi Birliyi üçün zərərli karantin obyektləri kimi qeydə alınan obyektlər aşkarlayıb. Bu baxımdan, fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti 10 dekabr 2020-ci ildən etibarən Azərbaycan istehsalı olan pomidor və almaların Rusiyaya idxalını qadağan etmək məcburiyyətində qalıb”.

22

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

3
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

3