QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İtaliyalı deputatlar Ağdamın işğaldan azad olunmuş ərazilərinə səfər edəcəklər

© AR Ministry of DefenceAğdamın Şahbulaq kəndi
Ağdamın Şahbulaq kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
İtaliyalı deputatlar Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı ərazidə olub, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.

BAKI, 6 dekabr - Sputnik. Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti bu gün Ağdam rayonuna səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, italiyalı deputatlar işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olacaqlar. 

Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, digər deputatlar müşayiət edəcəklər.

Qeyd edək ki, italiyalı deputatlar dünən oktyabrın 11-də və 17-də Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı ərazidə olub, həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.

Xəbər lenti
0