Azərbaycan hərbçiləri, arxiv şəkli

Prezident: "Erməni faşizmi bir baş qaldırsa, 10 qatını alacaqlar"

33
(Yenilənib 21:50 20.11.2020)
Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər. Ancaq biz imkan verməyəcəyik. Hər kəs bunu bilsin.

BAKI, 20 noyabr — Sputnik. "O ki qaldı, bu gün Ermənistan tərəfindən növbəti bir uydurmanın ortalığa atılmasına, mən ona da aydınlıq gətirmək istəyirəm. İndi belə bir rəqəm səsləndirirlər ki, guya, Dağlıq Qarabağdan 90 min erməni qaçıb, qaçqın olub. Yalandır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirib.

Prezident qeyd edib ki, Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb: "Biz bunu haradan öyrənmişik? Bizdə operativ məlumat var. Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənir. Yəqin o da bilir ki, biz bilirdik. Ona görə burnunu çıxara bilmirdi küçəyə, bunkerdə otururdu. Bizim məlumatımız var, mənbələrimiz var, peyk görüntüləri var. Ona görə mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağda, o cümlədən işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb. Yaxşı, belə olan halda 90 min qaçqın haradan gəldi? Yenə saxtakarlıq, yenə yalan. İndi yenə məliyə-məliyə, sürünə-sürənə onun-bunun ətəyindən yapışacaq ki, mənə kömək edin. "Mənə kömək edin" onların ideologiyasının əsas prinsipidir. Bu ideologiya ilə hansı xalq inkişaf edə bilər? Ancaq kimdənsə, nə isə gözləmək, ummaq və ondan sonra küsmək, incimək, tələb irəli sürmək kimə xeyir gətirib bu günə qədər?

Biz qaçqınların sayı ilə bağlı bu yalanları ifşa edəcəyik və əgər bu qaçqınlar olubsa, o, bizim günahımız deyil. Çünki biz mülki əhaliyə qarşı vuruşmamışıq. Onlar mülki əhaliyə qarşı vuruşublar. Bizim mülki vətəndaşlar arasında 94 şəhidimiz var, 400-dən çox yaralı mülki şəxs var, 3000-dən çox evimiz dağıdılıb. Onlarda mülki şəxslər arasında itkilər qat-qat aşağıdır. Amma onlar bizim mülki əhalini məqsədyönlü şəkildə vururdular. Gəncəni ballistik raketlərlə vurmuşdular. Kasetli bombalarla Bərdəni vurmuşdular, fosforlu bombalarla. Bu, hərbi cinayətdir. Tərtər şəhəri demək olar ki, dağıdılıb. Ən çox mərmi düşən Tərtər idi. Hər səhər mənə məlumat verilirdi nə qədər mərmi düşür. Gün var idi ki, bir şəhərə, özü də balaca şəhərə iki min mərmi düşürdü. Bu, erməni vəhşiliyi deyilmi? Xocalı soyqırımının təkrarı deyilmi? Görün biz kimlərlə üz-üzə idik və biz kimi məğlub etmişik? Yenə də deyirəm, bu, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, erməni faşizminin belinin qırılmasıdır. Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər. Ancaq biz imkan verməyəcəyik. Hər kəs bunu bilsin".

Prezident bəyan edib ki, özümüzü müdafiə etmək üçün istənilən addımı atacağıq: "Öz vətəndaşlarımızı müdafiə etmək üçün istənilən addımı atacağıq və heç kim bizi saxlaya bilməz. Bu 44 gün ərzində bütün dünya gördü. Heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə. Ona görə əgər erməni faşizmi bir də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar, 10 qatını və heç kim bizi durdura bilməz".

33
Teqlər:
qaçqınlar, Qarabağ müharibəsi, Prezident İlham Əliyev
Здание МИД Франции

Rəsmi Parisdən bəyanat : Fransa "Dağlıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımır

66
(Yenilənib 00:45 27.11.2020)
Fransa Xarici İşlər Nazirliyi bəyan etdi: Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır

BAKI, 27 noyabr - Sputnik. Rəsmi Paris “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımır.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin brifinq zamanı yayımlanmış açıqlamasında deyilir.

“25 noyabrda Senat qətnamə qəbul edib və bu qətnamədə öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı Fransa hakimiyyətinə çağırış edilib. Səsvermədən əvvəlki müzakirələr zamanı Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan-Batist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini bir daha xatırladıb – Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, noyabrın 25-də Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Azərbaycan və Türkiyənin rəsmi dairələri bu qərara ciddi təpki göstəriblər. Azərbaycanın Milli Məclisi 26 noyabrda Fransaya etiraz bəyanatı ünvanlayıb. Xarici İşlər Nazirliyi isə Fransaya nota verib və Fransa səfirini nazirliyə çağıraraq bu barədə onu bilgiləndirib.   

66
Teqlər:
Azərbaycan XİN, Milli Məclis, Dağlıq Qarabağ, Fransa, Paris

Azərbaycanda koronavirusa yoluxan icra başçısı vəfat edib

70
(Yenilənib 00:04 27.11.2020)
Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

BAKI, 26 noyabr - Sputnik. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev bu gün dünyasını dəyişib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Vahid Tağıyev bir müddət öncə yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və bununla bağlı müalicə alırdı.

Qeyd edək ki, Vahid Tağıyev ötən il Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

70
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, icra başçısı, Ağsu rayonu, Ağsu
PPX avtomobili, arxiv şəkli

Bakı sakini küçədə qətlə yetirilib

0
Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 25-də saat 21 radələrində Xətai rayonu ərazisində İntizam İsmayılovun aldığı bədən xəsarətləri nəticəsində xəstəxanada ölməsi barədə Xətai rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0
Teqlər:
cinayət, istintaq, Bakı, qətl, Xətai rayonu, Xətai