Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Azərbaycan Ordusuna könüllü yazılan zabitlərlə bağlı yeni QƏRAR verildi

396
Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün həqiqi hərbi xidmətin başlanğıcı hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün sayılacaq.

BAKI, 17 noyabr - Sputnik. Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiqləyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qanunla birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün xidmətin başlanğıcı əmrin imzalandığı gün sayılacaq.

Belə ki, qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün həqiqi hərbi xidmətin başlanğıcı hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün sayılacaq.

Qeyd edək ki, müvafiq icra hakimiyyəti orqanı dedikdə Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Dövlət Sərhəd Xidməti nəzərdə tutulur.

396
Şuşa şəhərinin ətrafında dağılmış evlər, arxiv şəkli

Azərbaycanın işğaldan azad edilmiş rayonlarında peşə məktəbləri yaradılmalıdır - deputat

5
(Yenilənib 02:17 24.11.2020)
Etibar Əliyev: "İşğaldan azad olunmuş rayonlarda modern peşə məktəblərinin açılmasına ciddi ehtiyac var. Ali məktəblərin plan yeri dolduqdan sonra yerdə qalan abituriyentlər peşə təhsilinə üz tuta bilərlər".

BAKI, 24 noyabr - Sputnik. Azərbaycanın işğaldan azad edilmiş rayonlarında peşə məktəbləri yaradılmalıdır. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Elm və təhsil Komitəsinin üzvü, deputat Etibar Əliyev söyləyib. O, bildirib ki, peşə təhsilində inkişaf, oyanış Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaranandan sonra başlayıb.

Deputatın sözlərinə görə, hazırda peşə təhsilli kadrlara ciddi ehtiyac var. Həmçinin ixtisaslı peşə təhsilli kadrların hazırlanması üçün peşə məktəblərində maddi-texniki bazanın, infrastrukturun genişləndirilməsi zəruridir.

Etibar Əliyevin sözlərinə görə, regionlarda infrastrukturu, maddi-texniki bazası inkişaf etmiş peşə təhsili məktəblərinin yaradılması üçün ayrıca fəaliyyət planı hazırlanmalıdır:

“Biz Vətən müharibəsində qələbə çalmışıq. İşğaldan azad olunmuş rayonlarda modern peşə məktəblərinin açılmasına ciddi ehtiyac var. Ali məktəblərin plan yeri dolduqdan sonra yerdə qalan abituriyentlər peşə təhsilinə üz tuta bilərlər”.

Deputat təəssüflə bildirib ki, peşə təhsili ilə bağlı cəmiyyətimizdə bilgi azdır.

“Cəmiyyətdə bu istiqamətdə maarifləndirmə işləri aparılmaldır. Buna çox ciddi ehtiyac var. Tikinti infrastrukturunu əhatə edən sahələr üzrə, İKT sahəsində, elektronika, kənd təsərrüfatı sahəsində texnologiyalar gətirilməlidir ki, gənclər peşə təhsilinə meyl etsinlər".

Millət vəkili əlavə edib ki, bu gün söhbət ali təhsilli kadrlara tələbatın azalmasından getmir. Burada əsas məqam texnologiya dövrünün tələbləri ilə bağlıdır.

"Müasir avadanlıqları idarə etmək bacarığına malik peşə təhsilli kadrlar hazırlanmalıdır. Düşünürəm ki, regional peşə məktəblərinin yaradılması işğaldan azad olunmuş rayonlarımızın sakinləri üçün cəlbedici ola bilər”, - deyə E. Əliyev əlavə edib.

5
Teqlər:
Milli Məclis, deputat, XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Etibar Əliyev, "Peşə təhsili haqqında" qanun layihəsi, peşə təhsili müəssisələri, peşə təhsili, peşə

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

19
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

19
Nizami Paşayev

Ağlayaraq muğam oxuyan o balaca oğlan: Cefri filmin üçüncü hissəsini yəqin Füzulidə çəkər

20
(Yenilənib 02:35 24.11.2020)
Nizami Paşayev deyir ki, aradan uzun illərin keçməsinə baxmayaraq, əgər evləri dağıdılmayıbsa, bu gün Zərgər kəndinə gedib onu rahatlıqla tapa bilər.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. "İndi qəriblikdir məni ağladan, O yanan evləri könlüm istəyir", - oxuyaraq göz yaşlarını saxlaya bilmir. 20 il əvvəl 13 yaşlı Nizaminin ifası nəinki bütün İmişlini, hətta Azərbaycan muğamının əcnəbi tədqiqatçısı Cefri Verboku da heyran qoymuşdu.

C.Verbok Nizaminin ifasını bəyənir və onun haqqında film çəkməyə qərar verir. Yenidən Azərbaycana gələrək onu axtarmağa başlayır.

"İlk video İmişli rayonunun Bayramtəpə qəsəbəsində, bizim məskunlaşdığımız qaçqın düşərgəsində çəkilib. O zaman mənim 14 yaşım var idi", - deyə Sputnik Azərbaycan-ın qonağı olan Nizami Paşayev bildirir.

Nizami Paşayev əslən Füzuli rayonunun Zərgər kəndindəndir. Rayonlarından köçkün düşdüyü günü bu gün kimi xatırlayır. Deyir, hamı bacardığı qədər əşyasını götürüb, çıxmağa çalışırdı. Bu zaman onların da ailəsi rayondan çıxır.

© Sputnik / Irade JELIL
Nizami Paşayev
"Füzulidə yaşayanda özümü ən xoşbəxt uşaq hesab edə bilərdim. Böyük problemlərimiz yox idi. Müharibə başlayandan sonra çətinliklərimiz başladı. Evimizin arxasındakı təpədə "ocaq" adlandırılan bir yer var idi. Erməni atmağa başlayanda ailəliklə ora yığılır, atəşin səngiməsini gözləyərdik. O zaman düşünürdüm ki, düşmənlə qarşı-qarşıya qalmaq qorxuludur, çətindir. Amma əsl çətinliklərimiz Füzulidən çıxandan sonra başladı", - Nizami danışır.

Onun sözlərinə görə, İmişlidə qaçqın şəhərciyində çox çətinliklər yaşayıb.

İmkansızlıq, soyuq evlər, işsizlik.

Həmin dövrdə ailədə təkcə Nizaminin anası işləyir, ailəni saxlamağa çalışırdı.

Həyat onlar üçün heç də düşünüldüyü qədər asan olmayıb: "Beş nəfər bir otaqda qalırdıq. Evlər dəmirdən olduğu üçün çox soyuq olurdu. Kimin imkanı çatırdısa, özünə palçıqdan ev tikirdi …".

Nizami 2005-ci ilə qədər ailəsi ilə İmişlidə yaşayır. Sonra isə Bakıya gələrək, müxtəlif işlərdə işləməyə başlayır.

Cefri Verbok 2008-ci ildə Azərbaycana gələndə Nizamini asanlıqla tapa bilmir. Çünki onun əlində Nizaminin 14 yaşı olanda çəkilən fotosundan başqa heç bir məlumat yox idi. Bir neçə rayonu gəzəndən sonra nəhayət, Nizaminin ailəsini tapa bilir.

Cefri Verbok Nizaminin ifa etdiyi muğam haqqında film çəkməyə başlayır. Filmin çəkilişi 2015-ci ildə tamamlanır:

"Cefri haqqımda iki film çəkib. Biri uşaq olanda ifa etdiyim muğam, ikincisi isə 2008-2015-ci ildə çəkilən filmdir. İkinci filmin təqdimatı 2017-ci ildə Nizami kinoteatrında oldu. Həmin ərəfədə Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Tale Heydərovun çox dəstəyini gördüm".

Hazırda Cefri Verbok Nizami haqqında üçüncü filmi çəkməyi düşünür. Buna görə də Bakıya gələndə onunla ilə görüşür, söhbətləşir.

© Sputnik / Irade JELIL
Nizami Paşayev

Nizami hesab edir ki, filmin üçüncü hissəsi yəqin Füzulidə çəkilər.

Sənətə marağı böyük olsa da, yaşadığı sıxıntılar, maddi problemlər ona sənətinin arxasınca getməyə mane olur. O, təhsil ala bilmir və taleyin yönləndirdiyi istiqamətə üz tutur, hərbçi olur:

"Mən yenidən təhsil almaq istəyirəm. Məsələn, Mənsum İbrahimovun tələbəsi olmağı çox arzulayıram. İstərdim o, mənimlə məşğul olsun. Dost-tanışın toyuna dəvət alıram. Amma axı mənim arzum xanəndə olmaq idi. Buna can atıram".

Qəhrəmanımızın dünyaya göz açdığı Zərgər kəndi artıq düşmən işğalından azad edilib. İndi onun bir arzusu var. Zərgərdə muğam ifa etmək. Deyir ki, aradan uzun illər keçməsinə baxmayaraq, evləri dağıdılmayıbsa, bu gün Zərgər kəndinə gedib asanlıqla onu tapa bilər.

 

20