Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

XİN: Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılması barədə məlumat yalandır

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə daxildir"

BAKI, 15 noyabr - Sputnik. Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən bildirilib.

"Xatırladırıq ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə daxildir. Bu xüsusda yayılan bütün məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır", - deyə məlumatda qeyd olunub.

Xəbər lenti
0