Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər

İlham Əliyev Mehriban Əliyeva müalicə olunan hərbçilərlə görüşüblər

72
(Yenilənib 16:39 11.11.2020)
Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.

BAKI, 11 noyabr — Sputnik. Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər
    © Official website of President of Azerbaijan Republic
1 / 3
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər
72
Tibb işçiləri, arxiv şəkli

Göyçayda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb

3
(Yenilənib 13:13 28.11.2020)
Kürdəmir kənd sakini Nicat Babaşov COVID-19 virusuna yoluxduğu üçün ona ev şəraitində müalicə təyin edilib və qaydalar ona izah olunub.

BAKI, 28 noyabr — Sputnik. Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sputnik Azərbaycan-ın yerli bürosuna verilən məlumata görə, rayonun Kürdəmiş kənd sakini Nicat Babaşov COVID-19 virusuna yoluxduğu üçün ona ev şəraitində müalicə təyin edilib və qaydalar ona izah olunub. 

Lakin, N.Babaşov qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən onun olduğu ünvan müəyyən edilib və dərhal yaşadığı ünvana geri qaytarılıb.

 

 

3
Teqlər:
DİN, Göyçay rayonu, Göyçay rayonu, Göyçay, Koronavirus, epidemiya, COVID-19
Türkiyənin Vitse-prezidenti Fuad Oktay, arxiv şəkli

Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər

15
(Yenilənib 12:54 28.11.2020)
Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib ki, Azərbaycanın hüquq və mənafeyini bundan sonra da qorumaq üçün Türkiyə hərbçiləri qardaş ölkədəki vəzifələrini ən qısa zamanda icra edəcəklər.

BAKI, 28 noyabr — Sputnik. Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

O deyib ki, Türkiyə Şərqi Aralıq Dənizi, Kipr və Liviya ilə bərabər, Qarabağ məsələsində də Azərbaycana qeyd-şərtsiz dəstək verməkdə davam edir:

"Qarabağdan işğalçı Ermənistanın qovulması Türkiyə-Azərbaycan dostluğunu meydanda da bütün dünyaya nümayiş etdirdi. 30 ildir Ermənistanın Qarabağdakı zülmünə, son hücumlar zamanı mülki əhalini və şəhərləri bombalamasına laqeyd qalmadıq, bu ədalətsizliklərə bəzi ölkələr kor və kar qaldığı halda biz bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olduq".

F. Oktay qeyd edib ki, Azərbaycanın hüquq və mənafeyini bundan sonra da qorumaq üçün Türkiyə hərbçiləri qardaş ölkədəki vəzifələrini ən qısa zamanda icra edəcəklər: "Bundan sonra da ədalət mübarizəsində qardaşlarımızın yanında olacağıq".

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə TBMM-ə təqdim edilən Türkiyə hərbi qüvvələrinin Azərbaycana göndərilməsini dəstəkləyən qanun layihəsi qəbul edilib. Qanun layihəsinə görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

15
Teqlər:
Aralıq dənizi, Liviya, Şimali Kipr Türk Respublikası, Kipr problemi, Kipr, Dağlıq Qarabağ, Qarabağ, Azərbaycan, Türkiyə, Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

0
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

0