MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub

© Sputnik / Ilham MustafayevTovuzun Əlibəyli kəndi düşmənlə təmas xəttinə ən yaxın yaşayış məntəqəsidir
Tovuzun Əlibəyli kəndi düşmənlə təmas xəttinə ən yaxın yaşayış məntəqəsidir - Sputnik Azərbaycan
Abunə olmaq
Gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

BAKI, 2 noyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Noyabrın 2-nə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Xəbər lenti
0