Kamran Əliyev: “Ermənilərin hücumu nəticəsində 91 mülki şəxs ölüb”

10
(Yenilənib 14:58 30.10.2020)
Baş prokuror bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində 91 mülki şəxs ölüb, 400 nəfər isə yaralanıb.

 

BAKI, 30 oktyabr — Sputnik. "Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları nəticəsində sentyabrın 27-dən bu günədək 91 nəfər ölüb, 400 nəfər yalaralanıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və dijər şəhərlərdə jinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 428, çoxmənzilli yaşayış binalarının sayı 92, yaşayış evlərinin sayı isə 2 442-dir.

10
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1130)
Xudavəng monastırı, arxiv şəkli

Müdafiə Nazirliyi Vəng kəndindən möhtəşəm videogörüntülər paylaşıb

32
(Yenilənib 20:26 28.11.2020)
Noyabrın 28-də Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər hazırlayaraq ictimaiyyətə təqdim edib.

BAKI, 28 noyabr - Sputnik. Müdafiə Nazirliyi noyabrın 28-də Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər hazırlayaraq ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Sənədin digər müddəalarına əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarmalıdır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

32
Baş Prokurorluq

Baş Prokurorluq DİN: İşğaldan azad olunmuş ərazilərə getməyin

15
(Yenilənib 18:29 28.11.2020)
Bir daha əhaliyə xəbərdarlıq edərək təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik

BAKI, 28 noyabr - Sputnik. Respublikanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi vətəndaşları təhlükənin mövcudluğunu nəzərə alaraq müvafiq icazə olmadan işğaldan azad olunmuş ərazilərə səfər etməməyə çağıırıb.   

"Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət təcavüzkar düşmənin işğal altında saxladığı əraziləri azad edib. Uzun illər vətən həsrətində qalmış vətəndaşların işğaldan azad edilmiş torpaqlarımıza səfər etməyə can atmaları başadüşüləndir. Lakin bəzi vətəndaşlar əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin ərazilərə səfər edirlər”, - Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə yaydığı məlumatda bildirilib.

Orada həmçinin qeyd olunub ki, noyabrın 28-də vətəndaşlar Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu, Hacıyeva Elminaz Məhərrəm qızı və Adilzadə Zibeydə Şakir qızı “Toyota Land Cruizer” markalı 90-BL-558 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun Qorqan və Aşağı Seyidəhmədli kəndləri arasında minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdiriblər. Nəticədə tank əleyhinə minaya düşərək həlak olublar.

"Bir daha əhaliyə xəbərdarlıq edərək təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik”, - deyə müraciətdə qeyd olunub. 

15
Teqlər:
işğaldan azad edilmiş ərazilər, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq