CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu şəhər və rayonlara giriş-çıxış bağlandı

© Sputnik / Rahim MuradovŞağlakücə postu
Şağlakücə postu - Sputnik Azərbaycan
Abunə olmaq
Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına da giriş-çıxış dayandırılır

BAKI, 23 oktyabr — Sputnik. Nazirlər Kabinetinin "Xüsusui karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Qərarına dəyişikliklər edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndi, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndləri, Quba şəhəri, Quba rayonunun Rustov və Zərdabi kəndləri ilə yanaşı, 2020-ci il 24 oktyabr saat 00:00-dan etibarən Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına da giriş-çıxış dayandırılır.

Xəbər lenti
0