Raket atəşi, arxiv şəkli

Ermənistan ərazisindən Siyəzən, Qəbələ Kürdəmir raket atəşinə tutulub

256
(Yenilənib 10:46 22.10.2020)
Saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

BAKI, 22 oktyabr - Sputnik. Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

256
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1136)
mikrofon

Əfsanəvi duet ortaqları yenidən bir araya gəliblər

4
Musiqisi Cavanşir Quliyev, sözləri Arif Abdullazadəyə aid "Hər şey gözəldir həyatda" adlı musiqi əsəri yenidən aranjeman edilərək geniş auditoriyaya təqdim edilib. Akif İslamzadənin də yer aldığı klip insanların marağına səbəb olub

BAKI, 30 noyabr — Sputnik. Məşhur estrada müğənnisi Akif İslamzadə və Xalq artisti Brilliant Dadaşovanın 35 il sonra yenidən bir araya gəliblər.

Sputnik Azərbaycan xəbər verir ki, musiqisi Cavanşir Quliyev, sözləri Arif Abdullazadəyə aid "Hər şey gözəldir həyatda" adlı musiqi əsəri yenidən aranjeman edilərək geniş auditoriyaya təqdim edilib. Xatırladaq ki, Brilliant Dadaşova üçün özəl xatirəsi olan bu mahnı onun böyük səhnədəki ilk ifalarından sayıla bilər.

Belə ki, hələ 1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə çıxan sənətçinin Akif İslamzadə ilə bu dueti Azərbaycanda çox böyük marağa səbəb olub.

4
Hadisə yerində

Tibb Universitetindən tələbələrin öldüyü qəza ilə bağlı açıqlama

16
(Yenilənib 11:20 30.11.2020)
Bu gecə Bakıda baş verən qəza nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar

BAKI, 30 noyabr — Sputnik. Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı ölən və yaralanan tələbələr koronavirusla mübarizədə könüllü olaraq çalışırmışlar. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova bildirib. O, qeyd edib ki, bu gecə Bakıda baş verən qəza nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olublar. Digər tələbə İlkin Ağamirzəyev isə ağır yaralanıb: "Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVİD-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar. Allahdan ölənlərə rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirik."

Qeyd edək ki, yağışlı hava şəraiti zamanı yolun sürüşkən olması səbəbində avtomobil marketin ikinci mərtəbəsinin üst divarına çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər Sahil Mustafazadə və Yeganə Məmmədova hadisə yerində ölüb. Əraziyə cəlb olunan təcili tibbi yardım vasitəsi ilə sürücü T.Məmmədov və digər sərnişin 1999-cu il təvəllüdlü İlkin Ağamirzəyev 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Tuncay Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. İ.Ağamirzəyevin vəziyyəti isə ağırdır.

16