QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Yaşıl sahənin adamı: "Gün gələcək, Şuşada Avropa çempionatı keçirəcəyik"

© Photo : Qedff.azQarabağ Əlil Döyüşçüləri Federasiyasının komandası
Qarabağ Əlil Döyüşçüləri Federasiyasının komandası - Sputnik Azərbaycan
Abunə olmaq
"Vətən uğrunda, Ali Baş Komandanımızın yolunda hər dəqiqə başımızı qoymağa hazırıq" - Rövşən Quliyev.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. "Cənab Prezident İlham Əliyev və ölkənin vitse-prezidenti Mehriban Əliyevanın sayəsində bu gün yaşıl meydanlarda oynayır, müxtəlif yarışlara qatılırıq. Bizim hazırda 100 nəfərdən ibarət oyunçumuz var. Komandamızda 22-53 yaşlı qazilər çıxış edir. Hətta onlar arasında birinin övladı bir neçə gün öncə Qarabağda şəhid olub".

Bu barədə Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının (QƏDFF) təsisçisi və prezidenti, 2-ci qrup Qarabağ qazisi Rövşən Quliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Əslən Şuşadan olan R.Quliyev deyir ki, 1988-1992-ci illərdə doğma şəhərində döyüşüb və orada qazi olub, indi də döyüşə getməyə hazırdır:

"Vətən uğrunda, Ali Baş Komandanımızın yolunda hər dəqiqə başımızı qoymağa hazır insanlarıq. Bu gün müharibə olsa da, biz yenə də yaşıl meydanlarda döyüşdəyik. Avropada ikinci yer tutub qayıtmaq nə deməkdir?! Bu, böyük qələbədir. Gün gələcək, biz Şuşamızda Avropa çempionatı keçirəcəyik".

O, "QƏDFF" olaraq qatıldıqları beynəlxalq yarışlardan da danışıb. Bildirib ki, komanda müxtəlif kuboklarda, eyni zamanda da Avropa kubokunda da çıxış edib. Oktyabrın 23-də isə Türkiyədə daha bir yarışa qatılacaqlar. 

Qeyd edək ki, QƏDFF 2018-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Federasiyanın tərkibində Abşeron, Sumqayıt, Gəncə, Kəpəz, Tovuz və Qazax amputant futbol komandaları yaradılmış  və hazırda onlar arasında respublika çempionatı keçirilir. Fəaliyyət göstərən komandaların tərkibindən milli komandamız formalaşdırılıb.

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyası Polşanın Varşava şəhərində Dünya Amputant Futbol Federasiyası və Avropa Amputant Futbol Federasiyasının təşkilatçılığı ilə martın 1-dən 3-dək keçirilən beynəlxalq konqresdə iştirak edib. Konqresdə dünyanın 20 ölkəsi təmsil olunub.

QƏDFF 2020-ci il sentyabrın 18-21-də Polşanın Varşava şəhərində keçirilən Avropa Amputant Futbol kubokunun final mərhələsində iştirak edib və Avropa 2-cisi kimi Vətənə qayıdıb.

Xəbər lenti
0