Avtobusun üzərində şuar

Avtobuslar üçrəngli bayrağımıza büründü - Orduya daha bir dəstək

158
(Yenilənib 18:18 14.10.2020)
Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd cəmiyyətimizdə mövcud olan yüksək vətənpərvərlik ruhunu daha da artırmaqdır

BAKI, 14 oktyabr — Sputnik. Paytaxtda marşrut avtobuslarının bəziləri maraqlı tərtibatda xəttə çıxarılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, avtobusların üzərinə "Qarabağ Azərbaycandır!" və "Qələbə Bizimlədir!" şüarları yazılıb. Həmçinin dövlət bayrağı və ölkəmizin xəritəsi əks olunub. Avtobusların vətənpərvərlik mövzusunda tərtibatı böyük marağa səbəbə olub.

  • Avtobusun üzərində şuar
    © Baku Transport Agency
  • Avtobusun üzərində şuar
    © Baku Transport Agency
  • Avtobusun üzərində şuar
    © Baku Transport Agency
1 / 3
© Baku Transport Agency
Avtobusun üzərində şuar

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd cəmiyyətimizdə mövcud olan yüksək vətənpərvərlik ruhunu daha da artırmaqdır. Qeyd edək ki, bu tərtibatda avtobuslar 13 və 14 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edirlər.

158
Əlaqədar
Mahsun Kırmızıgül Gəncədə baş verən erməni terroruna qarşı münasibətini bildirib
Elif Şafakın kitablarının satışı və tərcüməsi dayandırılıb
Türkiyəli müəllim nişan üzüyünü Azərbaycan Ordusuna bağışladı
Kanadada ermənilər türklərə və azərbaycanlılara hücum ediblər
Murad Arif əsgərlərimizə dəstək olmaq üçün 300 min manat vəsait topladı
Zəngilan rayonu

Zəngilan şəhəri 27 il sonra - quş uçuşundan

11
(Yenilənib 21:30 20.10.2020)
Azərkosmos" işğaldan azad edilən Zəngilan şəhərinin peyk görüntüsünü paylaşıb: Zəngilanın təbiəti, tarixi abidələri ermənilər tərəfindən məhv edilib.

BAKI, 20 oktyabr — Sputnik. "Azərkosmos" işğaldan azad edilən Zəngilan şəhərinin peyk görüntüsünü paylaşıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, görüntü peyk operatorunun Facebook səhifəsində dərc olunub. "Azərkosmos" bu barədə yazıb:

"Ali Baş Komandan İlham Əliyev bu gün yeni zəfər müjdəsi verdi. Zəngilan şəhəri 27 ildən sonra düşmənin işğalından azad olundu. Zəngilan şəhərinin "Azersky" peykindən bu gün çəkilmiş təsvirini sizinlə bölüşürük. Zəngilan rayonunda dünyanın nadir təbiət incilərindən olan çinar ağacları ilə zəngin Bəsitçay Dövlət təbiət qoruğu bu illər ərzində ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb və talan edilib. İşğalçıların ekologiyaya etdiyi dağıdıcı təsir nəticəsində bölgənin flora və faunasına ciddi ziyan dəyib".

"Azərkosmos" həmçinin qeyd edib ki, Zəngilan rayonunun ərazisində orta əsrlərə aid və öz memarlıq üslubuna görə seçilən səkkizguşəli Yəhya ibn Məhəmməd türbəsi də təəssüf ki, işğalçıların dağıtdığı tarixi mədəniyyət abidələrimiz sırasındadır. Bu gün ölkəmizin uğurlu siyasəti və qüdrətli ordusu illərdir səbirsizliklə gözlədiyimiz torpaqlarımızın azad olunması xəbərləri ilə xalqımızı sevindirir, tezliklə tam qələbə çalmağımıza inamımızı daha da artırır.

Biz zəfər çalacağıq! Biz qalib gələcəyik! Qarabağ Azərbaycandır!

11
Bakıda maska taxmış şəxs

Yoluxanların sayı artdı, sərtləşməyə hazır olun!

10
Azərbaycanda koronavirus xəstələrinin 40 min 272 nəfəri müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 45 min 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib. Aktiv xəstə sayı 4972 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 241 min 664 test aparılıb. Bugünkü test sayı isə 9028-dir.

10