QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dünya futbolunun türk ulduzu Azərbaycana dəstəyini ifadə etdi

© AP Photo / Kerstin JoenssonMəsut Özil
Məsut Özil - Sputnik Azərbaycan
Abunə olmaq
Almaniya yığmasının keçmiş üzvü olan Özil dəstək postunda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" sözlərini yazıb.

BAKI, 13 oktyabr - Sputnik. İngiltərənin "Arsenal" klubun futbolçusu Məsut Özil Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə hərbi əməliyyatların getdiyi bu ağır günlərdə Azərbaycana dəstək verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, türk yarımmüdafiəçi bu barədə "Twitter" hesabında paylaşım edib.

Almaniya yığmasının keçmiş üzvü olan Özil dəstək postunda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir" sözlərini yazıb.

O, "Tək millət, iki dövlət" ifadəsini də hesabına əlavə edib. 

Xəbər lenti
0