MN: Bakının atəşə məruz qalması barədə yayılan məlumatlar yalandır

166
(Yenilənib 08:13 11.10.2020)
Sosial şəbəkələrdə Bakı şəhərinin atəşə məruz qalması barədə yayılan məlumatlar yalandır və düşmən dezinformasiyasının növbəti təzahürüdür.

BAKI, 11 oktyabr - Sputnik. Düşmənin təxribat və dezinformasiya fəaliyyətləri davam edir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, sosial şəbəkələrdə Bakı şəhərinin atəşə məruz qalması barədə yayılan məlumatlar yalandır və düşmən dezinformasiyasının növbəti təzahürüdür.

166
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1190)

Küçələri süpürən anası ilə hər gün işə gedən Ayana ad günü məclisi quruldu

26
(Yenilənib 18:51 24.06.2021)
Sosial şəbəkədə fotoları yayılan, qısa zamanda hər kəsin ən sevimli qəhrəmanlarına çevrilən Şövkətin qızı Ayanın doğum günü yığıncağından görüntüləri Sputnik Azərbaycan-nın videosunda izləyə bilərsiniz.

Balaca Ayanın Bakı küçələrini süpürən anası ilə birlikdə çəkilmiş şəkilləri bu yaxınlarda sosial şəbəkələrdə böyük səs-küy doğurmuşdu. Bundan sonra çoxları bu ailəyə kömək etmək üçün səfərbər oldu. Hazırda Ayanla anasının problemləri ilə Azərbaycan Uşaqlar Birliyinin sədri, uşaq hüquqlarının müdafiəçisi Kəmalə Ağazadə məşğul olur.

İyunun 24-də balaca Ayanın 6 yaşı tamam olur. Bu münasibətlə Kəmalə Ağazadə və "Günəş" xeyriyyə klubunun dəstəyi ilə Sumqayıt şəhərində dəniz sahilində ad günü şənliyi təşkil olunub. Sputnik Azərbaycan-ın əməkdaşları da həmin şənliyə qatılıb, qızcığaza oyuncaq dovşan və rəsm dəsti hədiyyə ediblər.

Xoş ab-havada keçən ad günündə "Azərbaycan Uşaqları Birliyi" QHT-sinin nəzdindəki sığınacaqda qalan uşaqlar Ayana mahnılar oxuyub, onunla birlikdə rəqs edib və öz hədiyyələrini veriblər. Əlbəttə ki, səbəbkara üstündə öz şəkli olan tort da təqdim olunub.

Ayanın anası, əvvəllər Səbail rayonunda xadimə işləyən Şövkət Kəlbiyeva Sputnik Azərbaycan-a hazırda işsiz olduğunu bildirib.

"Bizə maddi cəhətdən kömək etməyə başladıqları və Azərbaycan Uşaqlar Birliyinin sədri qızımın müalicəsinə dəstək verdiyi vaxt uşaqla məşğul olmaq üçün işdən çıxmalı oldum. Yığılan vəsait isə evin təmirinə getdi. Evi özüm təmir etdim, ustaya verməyə əlavə pul yox idi. Amma təmiri başa çatdıra bilmədim, pul çatmadı, odur ki, indi işə ehtiyacım var", – deyə Kəlbiyeva bildirib.

Onun sözlərinə görə, sentyabrda Ayanı məktəbə yola salmaq üçün pul yığmaq arzusundadır.

"Çox istəyirəm ki, qızım yaxşı təhsil alsın, həyatda mənim əldə edə bilmədiklərimə nail olsun. Bizə çətin günlərimizdə kömək əlini uzadan hər kəsə minnətdaram. Ümid edirəm ki, bundan sonra da bizi naümid qoymayacaqlar", – deyə Kəlbiyeva sözlərinə yekun vurub.

Qeyd edək ki, hazırda Ayan adıçəkilən QHT-nin dəstəyi ilə müalicəyə cəlb olunub. Ancaq qıza dəri toxumasının köçürülməsi yalnız bir ildən sonra mümkün olacaq. Uşağın anası dövlətdən heç bir sosial müavinət almır. Bunun üçün Kəlbiyeva sənədlərini qaydaya salmalıdır.

Ancaq hazırda qarşıda duran əsas məsələ qızcığazın təhsil problemini həll etməkdir.

26
Qaxda partlayışın baş verdiyi mineral su sexi

Qaxdakı partlayışın ürəkparçalayan təfərrüatı: toya hazırlaşırdı...

309
(Yenilənib 20:27 24.06.2021)
Oksigen balonunun partlaması zamanı yaranan zərbənin gücündən ərazidə olan kişinin bədəni bir neçə yerə bölünüb.

BAKI, 24 iyun — Sputnik. Qaxda "İlham" su sexində partlayış zamanı həlak olmuş şəxs barədə daha bir ürəkparçalayan məlumat aldıq. 

Sputnik Azərbaycan-ın bölgə müxbiri bildirir ki, Qax şəhər sakini, 54 yaşlı Aydın Əşrəf oğlu Şabanov toya hazırlaşırmış. Təxminən bir həftə-10 gün sonra qızını gəlin köçürmək niyyətində imiş. 

 

---------

15:22

Qaxda mineral su sexində partlayış olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Süskənd yaşayış məntəqəsində yerləşən “İlham” firmasında baş verib.

  • Qaxda partlayışın baş verdiyi mineral su sexi
    © Sputnik / Ibrahim Hashimov
  • Qaxda partlayışın baş verdiyi mineral su sexi
    © Sputnik / Ibrahim Hashimov
1 / 2
© Sputnik / Ibrahim Hashimov
Qaxda partlayışın baş verdiyi mineral su sexi

Mineral su sexlərindən birinin sahəsində yerləşdirilən yüksək təzyiqlə sıxılmış oksigen balonu partlayıb. Oksigen balonunun partlaması zamanı yaranan zərbənin gücündən ərazidə olan Qax şəhər sakini, 54 yaşlı Aydın Əşrəf oğlu Şabanovun bədəni bir neçə yerə bölünüb.

Ruzigar Verdiyeva isə güclü şok vəziyyətində xəsətəxanaya yerləşdirilib. Hazırda onun müayinə və müalicəsi davam etdirilir. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Eləcə də oxuyun:

  • Lənkəranda qətl hadisəsi: İki nəfər öldürüldü

  • Balakəndə polis əməkdaşı xidməti silahla özünü niyə vurub?

  • Bakıda çoxmərtəbəli yaşayış binasında qorxulu anlar yaşanıb

  • Şabranda güclü yanğın - insanlar təxliyə edilirlər

309
Teqlər:
xəstəxana, ölüm, partlayış, Qax
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Nayif Fəlah Mübarək Əl-Hacrafla görüşüb

Ərəb Dövlətlərinin Azərbaycana münasibəti necədir?

0
(Yenilənib 21:33 24.06.2021)
Baş katib Azərbaycanın haqlı mövqeyinin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman dəstəkləndiyini qeyd edib.

BAKI, 24 iyun — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Nayif Fəlah Mübarək Əl-Hacrafla görüşüb.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş zamanı tərəflər, bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

C.Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir işğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanın yarandığını, lakin bunun üçün ilk növbədə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipinə ciddi riayət olunmasının zəruriliyini vurğulayıb.

C.Bayramov Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində birgə layihələrdə iştirakında maraqlı olduğumuzu qeyd edib.

Baş katib Azərbaycanın haqlı mövqeyinin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman dəstəkləndiyini qeyd edib.

Tərəflər Azərbaycanla Şura arasında əməkdaşlığın genişləndirilməsi imkanları, o cümlədən birgə Fəaliyyət Planının işlənib hazırlanması, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

0