Müdafiə Nazirliyi: Ermənistan SQ sonuncu dəfə xəbərdar edilir

2941
(Yenilənib 08:35 28.09.2020)
Atılan addımlar nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus daha 2 tank bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

BAKI, 28 sentyabr - Sputnik. Sentyabrın 28-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri atəşə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi qarşı tərəfi sonuncu dəfə xəbərdar edir ki, tərəfimizdən onlara qarşı adekvat cavab tədbirləri görüləcək.

Müdafiə Nazirliyindən həmçinin bildirilib ki, qarşı tərəfin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə atılan addımlar nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus daha 2 tank bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

2941
Samir Şərifov, arxiv şəkli

Ermənilər azərbaycanlı naziri hədəf aldılar

2
(Yenilənib 18:39 27.10.2020)
Maliyyə Nazirliyi xalqımızı bu kimi təxribatlara qarşı diqqətli olmağa, yalnız rəsmi mənbələrdən verilən məlumatlara inanmağa çağırır.

BAKI, 27 oktyabr — Sputnik. Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin dayandırılacağı və fond vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına yönləndiriləcəyi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifovun adından sosial şəbəkələrdə yayılan məktub saxtadır və Ermənistan tərəfinin növbəti uğursuz təxribatıdır.

Bu barədə Sputnik Azərbaycan-a Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Maliyyə Nazirliyi, nazir və nazirliyin hər hansı səlahiyyətli şəxsi tərəfindən bu barədə bəyanat və ya açıqlama verilməyib. Bu, döyüş meydanında aciz vəziyyətə düşən işğalçı ölkənin və onun havadarlarının Azərbaycanın informasiya məkanında təxribat törətməyə yönəlmiş növbəti uğursuz cəhdi kimi qiymətləndirilməlidir. Maliyyə Nazirliyi xalqımızı bu kimi təxribatlara qarşı diqqətli olmağa, yalnız rəsmi mənbələrdən verilən məlumatlara inanmağa çağırır.

2
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Şeyxdən II Qareginə irad: "Uşaqları hərbi savaşa çağırması..."
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
İranın xüsusi elçisi Qarabağa görə Bakı, Moskva, Yerevan və Ankaraya səfər edəcək
Prezidentin köməkçisi: "İran, Rusiya və Türkiyənin iştirakı ilə Minsk qrupuna paralel..."
Ermənistan dinc əhalidən sonra ekoloji terrora keçib
Türkiyə bayrağı

Rəsmi Moskva Türkiyənin Qarabağ danışıqlarında iştirakı barədə

29
(Yenilənib 18:42 27.10.2020)
"Bu məsələdə yalnız qarşı-qarşıya gələn tərəflərin – yəni Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir"

BAKI, 27 oktyabr — Sputnik. Türkiyənin Dağlıq Qarabağ üzrə danışıqlarda iştirak etməsi məsələsində yalnız qarşı-qarşıya gələn tərəflərin – Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu məsələdə yalnız qarşı-qarşıya gələn tərəflərin – yəni Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir. Çünki yalnız bu ölkələr bu və ya digər ölkənin nizamlanma prosesində iştirakına razılıq verə və ya onların iştirakını istəyə bilər", - deyə Peskov jurnalistin "Kremldə Türkiyənin Ermənistan-Azərbaycan danışıqlarının növbəti raunduna cəlb edilməli olduğunu düşünürlərmi?" sualına cavab olaraq bildirib.

 

29
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Ceyhun Bayramov: "Azərbaycanın səfərbərlik potensialı kifayət edir"
Prezidentin köməkçisi: "İran, Rusiya və Türkiyənin iştirakı ilə Minsk qrupuna paralel..."
İlham Əliyev: "İşğalçı siyasətdən imtina etsələr, barışıq mümkündür"
İranın xüsusi elçisi Qarabağa görə Bakı, Moskva, Yerevan və Ankaraya səfər edəcək