Astarada

Astarada faciə: Qadın evinin balkonundan yıxılaraq ölüb

29
(Yenilənib 20:31 17.09.2020)
Astara rayonunun Suparibağ kəndinin sakini, 1972-ci il təvəllüdlü Vəfa Əsgərova yaşadığı evin 2-ci mərtəbəsindən yıxılaraq ağır dərəcəli bədən xəsarətləri alıb və xəstəxana yolunda keçinib.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. Astarada rayonunda qadın bədbəxt hadisənin qurbanı olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Suparibağ kəndinin sakini, 1972-ci il təvəllüdlü Vəfa Əsgərova yaşadığı evin 2-ci mərtəbəsindən yıxılaraq ağır dərəcəli bədən xəsarətləri alıb.

Vəfa Əsgərova Təcili Tibbi Yardım avtomobili ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Vəfa Əsgərovanın meyiti müayinə olunması üçün aidiyyatı üzrə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

29

Şəhidimiz torpağa tapşırıldı

10
(Yenilənib 16:47 21.09.2020)
Şəhid çavuşa doğulduğu Tovuz rayon Qazıqulu kəndində vida mərasimi keçirilib və o, kənd qəbiristanlığında torpağa tapşırılıb.

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi hərbi qulluqçusu 1982-ci il təvəllüdlü kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

  • Şəhid Məmmədov Elşən Əli oğlunun dəfn mərasimi
    © Sputnik / Ilham Mustafa
  • Şəhid Məmmədov Elşən Əli oğlunun dəfn mərasimi
    © Sputnik / Ilham Mustafa
  • Şəhid Məmmədov Elşən Əli oğlunun dəfn mərasimi
    © Sputnik / Ilham Mustafa
  • Şəhid Məmmədov Elşən Əli oğlunun dəfn mərasimi
    © Sputnik / Ilham Mustafa
1 / 4
© Sputnik / Ilham Mustafa
Şəhid Məmmədov Elşən Əli oğlunun dəfn mərasimi

Şəhid çavuşa doğulduğu Tovuz rayon Qazıqulu kəndində vida mərasimi keçirilib. O doğulduğu kənddə dəfn olunub.

Mərasimdə minlərlə insan iştirak edib. İştirakçılar arasında rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, döyüş yoldaşları olub.

Qeyd edək ki, Elşən Məmmədov ailəli idi və özündən sonra 3 oğul övladı qalıb.

10
Dərsliklər, arxiv şəkli

Nazirlikdən dərsliklərdə erməni bayrağı iddiasına cavab

8
(Yenilənib 16:44 21.09.2020)
Sosial şəbəkələrdə yayılmış erməni bayrağının rənglərinin əks olunduğu iddia edilən kitabların heç biri dərslik deyil və Təhsil Nazirliyi tərəfindən nəşr edilməyib

BAKI, 21 sentyabr — Sputnik. Təhsil Nazirliyi dərslikdə erməni bayrağının rənglərinin olması iddiası ilə bağlı açıqlama yayıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılmış erməni bayrağının rənglərinin əks olunduğu iddia edilən kitabların heç biri dərslik deyil və Təhsil Nazirliyi tərəfindən nəşr edilməyib.

Təhsil Nazirliyinin məktəblər üçün nəşr etdirdiyi bütün dərsliklərlə www.trims.edu.az saytının "Qrifli dərsliklər" bölməsində tanış olmaq mümkündür. Təhsil sahəsi və dərsliklər ictimaiyyətin daim maraq dairəsində olduğundan bəzi maraqlı şəxslər vaxtaşırı olaraq belə köhnəlmiş və ya uydurma məlumatları yaymaqla insanlar arasında süni ajiotaj və narazılıq yaratmağa cəhd edirlər. Çünki bir çox insanlar yayılan xəbəri araşdırmadan onu mütləq həqiqət kimi qəbul edirlər. Təhsil Nazirliyi geniş ictimaiyyətdən dərsliklər barədə yayılan xəbərlərin doğruluğunu www.trims.edu.az saytı vasitəsilə yoxlamağı xahiş edir.

İstənilən kitab nəşriyyat məhsulu hesab edilir və onun hazırlanması zamanı mövcud qanunvericiliyə əsasən, nəşr üçün nəzərdə tutulmuş materialların senzurasına yol verilmir. Hər bir hüquqi və ya fiziki şəxs nəşriyyat məhsulunun sifarişçisi ola bilər.

8
Teqlər:
açıqlama, Təhsil Nazirliyi, rəng, bayraq, Ermənistan, Azərbaycan, tarix, dərslik