Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, arxiv şəkli

Eldar Əzizov qanunsuz tikililərlə bağlı icra başçılarına xəbərdarlıq etdi

155
(Yenilənib 12:17 16.09.2020)
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Qaradağ və Xəzər rayonlarında qanunsuz tikililərlə bağlı xəbərdarlıq edib

BAKI, 16 sentyabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son bir neçə gün ərzində paytaxtın müxtəlif qəsəbə və yaşayış massivlərində olub, buradakı vəziyyətlə maraqlanıb və sakinlərlə görüşüb.

Sputnik Azərbaycan İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Xəzər rayonunun Binə, Qaradağ rayonunun Lökbatan və Pirallahı rayonunun Pirallahı qəsəbələrindəki görüşlərdə vətəndaşları daha çox narahat edən məsələlər – məişət tullantılarının daşınması, qanunsuz tikintilərin aparılması və s. məsələlərə toxunulub, müraciət və təkliflər nəzarətə götürülüb.

Vəziyyətlə yerində tanışlıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mövcud karantin qaydaları çərçivəsində Qaradağ və Xəzər rayonlarının İcra Hakimiyyəti Aparatlarında RİH əməkdaşları ilə keçirdiyi görüşdə ərazidəki vəziyyət müzakirə edilib.

Eldar Əzizov xüsusilə qanunsuz tikintilərlə bağlı konkret faktlar göstərib, cavabdeh şəxslərə xəbərdarlıq edib. Bir ay ərzində nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib.

Eldar Əzizov bildirib ki, ölkədə Prezident tərəfindən aparılan islahatlar və korrupsiyaya qarşı tədbirlər daimidir və kompaniya xarakteri daşımır. Bakı Şəhər İcra Hakimiyyəti və onun strukturlarında nizam-intizam məsələlərinin daha da gücləndirilib, kadrların fəaliyyətinə və işlərə olan nəzarət artırılıb.

155
Əlaqədar
Eldar Əzizov Sabunçu sakinlərinin problemlərini nəzarətə götürdü
Eldar Əzizov icra başçılarının işindən danışdı
Eldar Əzizov MTK rəhbərlərinə xəbərdarlıq etdi
“İşinizi düzgün görün!” Eldar Əzizov vəzifəli şəxsləri cəzalandırıb
Eldar Əzizov müşavirə keçirdi

“Mən kiməm?” Baş rolda “Günəş insanı” çəkilən ilk serial necə ərsəyə gəlib

0
(Yenilənib 12:47 25.09.2020)
Azərbaycanda inklüzivliyin getdikcə artdığını seyr etmək xoş təəssürat yaradır. Baş rolda Daun sindromlu aktyorun çəkildiyi ilk milli serialın çəkilişləri artıq başa çatıb. Sputnik Azərbaycan məmnuniyyətlə onun çəkiliş pavilyonuna baş çəkib. Daha ətraflı – videomuzda.

Bu yaxınlarda “Reji” prodakşn tərəfindən çəkilişi başa çatdırılan “Mən kiməm” adlı və baş rolda Daun sindromlu qeyri-peşəkar aktyorun çəkildiyi serial sentyabrın 29-da artıq tamaşaçıya təqdim ediləcək.

Bütün dünya mediasında inklüziv serial və filmlərin hazırlanması artıq heç kimi təəcübləndirmir. Amma Azərbaycan səhnə və ekranları üçün bu hələ də yenilik olaraq qalır. Çox vaxt “günəş insanları”na epizodik rollar həvalə edildiyi halda, bu serialda baş qəhrəman məhz 24 yaşlı Əli Əsgərovdur. Serial onun ətrafında hərlənir və o, bütün çəkiliş günlərində iştirak edib. Serialın quruluşçu rejissoru Rahim Hacıyev isə etiraf edib ki, bu serialın çıxması ilə bu cür insanlara qarşı mənfi və ya xoş olmayan fikir sahibləri mütləq öz nəzər nöqtələrini dəyişəcəklər.

“Düşünürəm ki, bu uşaqlar cəmiyyətimizə paklıq və sevgi bəxş edir. Biz onların nümayiş etdirdikləri sevgi və nəvazişə qadir deyilik. Çəkiliş zamanı da Əli qrupun bir hissəsi olub. Onun üçün xüsusi şərait yaradılmayıb, çünki biz onu özümüzdən fərqli görmürük. Hər şeyi bizimlə birgə edib. Onunla işləmək hər kəs üçün olduqca xoş və ibrət verici olub”, - deyə Hacıyev bizimlə bölüşüb.

Baş qəhrəman Əli ilə söhbətimiz əsnasında isə məlum olub ki, filmdə çəkilmək onun üçün ən həyəcanlı məqamlardan biri olub. Və o, mütləq yenidən kinoda çəkilmək istədiyini deyib.

Tamaşaçılar serialın treyleri ilə tanış olmaq imkanı əldə edib. Biz isə onun ilk seriyasını səbirsizliklə gözləyirik.

0
Emin Əmrullayev, arxiv şəkli

Təhsil nazirindən kreativ addım - sevincini Facebookda bölüşdü

7
(Yenilənib 12:56 25.09.2020)
Qəbul olunan tələbələr arasında müsabiqədənkənar tələbə adını qazananların olması bizi çox sevindirir

BAKI, 25 sentyabr — Sputnik.Təhsil naziri Emin Əmrullayev tələbə adını qazanan məzunları təbrik edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə nazir özünün "Facebook" sosial şəbəkəsindəki hesabında bunları yazıb:

"Əziz tələbə adını qazanan məzunlarımız, Sizi bu münasibətlə ürəkdən təbrik edir, hər birinizə tələbəlik həyatında uğurlar arzulayıram. Məlum olduğu kimi, bu tədris ili üzrə 42731 nəfər tələbə adını qazanıb. Onlardan 20799 nəfər dövlət sifarişi (49 faizə yaxın), 21932 nəfər ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. İki nəfər isə maksimum nəticə göstərib. Qəbul olunan tələbələr arasında müsabiqədənkənar tələbə adını qazananların olması bizi çox sevindirir. Belə ki, onlardan 2 nəfər beynəlxalq, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi, 10 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alanlardır. Bir daha hər birinizin sevincini bölüşür, sizə daha böyük nailiyyətlər arzulayıram!"

7