Çökmüş yol

Kənddə yaranan qeyri-adi dəlik camaatı qorxuya salıb

1775
(Yenilənib 16:10 14.09.2020)
Goranboyun Nərimanlı kəndində illər öncə neft-kəşfiyyat quyuları qazılıb. Sakinlər kənddə yaranan müəmmalı dəliyin onunla əlaqədar ola biləcəyini düşünür

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. Goranboyun Nərimanlı kəndində həm maraqlı, həm də təhlükə yarada biləcək hadisə baş verib. Sakinlər səhər açılanda küçənin bir hissəsinin çökdüyünü görüblər. Bir neçə gün sonra isə həmin ərazidə böyük quyu yaranıb. Kəndlilər iddia edir ki, həmin quyu illər öncə neft-kəşfiyyat quyularının qazıldığı ərazi ola bilər.

Yerli sakinlər bildirir ki, günbəgün uçub dərinliyi artan quyu həm marağa səbəb olur, həm də küçənin kiçik sakinləri üçün təhlükə yaradır. Ərazidə avtomobillərin hərəkəti zamanı da həyəcanlı anlar yaşanır. Kənd sakini Pərvanə Əliyeva Sputnik Azərbaycan-a bildirib ki, yarana biləcək problemdən sığortalanmaq üçün həmin hissəyə daş və müəyyən işarəverici əşyalar qoyub:

"Bir neçə gün öncə səhər oyandıq ki, küçədə iri çat yaranıb. Sonra baxdıq ki, həmin o çat çöküb. Uşaqlarla birlikdə gətirib ora daş doldurduq. Onun sabahı baxdıq ki, daşlar quyu hopub. Neçə illər bundan qabaq neft axtaranda, dedilər ki, bu zonalardan neft kanalı axır. Amma o axını tapa bilmədilər. Biz sakinlər bu məsələ ilə bağlı araşdırma aparılmasını istəyirik. Heç nə çıxmayacaqsa, buna çarə tapılsın. Qapımızın ağzıdı, körpə uşaqlar çıxır, ora düşərlər", - deyə sakin bildirib.

  • Çökmüş yol
    © Sputnik / Rahim Mammadov
  • Çökmüş yol
    © Sputnik / Rahim Mammadov
  • Çökmüş yol
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Çökmüş yol

Goranboyun Nərimanlı kəndində illər öncə neft-kəşfiyyat quyuları qazıldığından, yerli sakinlər yaranan quyunun onunla əlaqəli olduğunu iddia edirlər. Onlar adiyyatı qurumların əraziyə baxış keçirdiyini də bildiriblər. Kənd sakini Telman Quliyev isə deyir ki, quyu təəccüb doğurur:

"Mən də orda olmuşam, icra nümayəndəsi özü də gəlib baxıb. Vaxtilə orada neft kəşfiyyat quyuları olub. Həmin çökmənin sözügedən qazıntı işləri ilə əlaqədar olub-olmadığını deyə bilmərəm. Amma camaat üçün bu, çox təəccüblüdür. El dili ilə desək, bu, bir metrdən artıq ətrafa şaxələnimiş vəziyyətdə olan iri dəlikdir. Su axdıqca, o dəlik yox olur, üzə çıxmır. Onun dərinliyinin çox olduğunu düşünürük".

Goranboy rayon Nərimanlı kənd icra nümayəndəsi Nüşrəvan Əliyev Sputnik Azərbaycan-a bildirib ki, kəndin həmin küçəsinə baxış keçirilib. Yarana biləcək təhlükənin qarşısının alınması üçün işlərə başlanıb.

1775
Azərbaycan hərbçisi, arxiv şəkli

Daha bir müəllim şəhadəti ilə tarix yazdı

5
(Yenilənib 18:31 30.11.2020)
Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

BAKI, 30 noyabr — Sputnik. İkinci Qarabağ Müharibəsində qəhrəmanca iştirak edən daha bir müəllim şəhidlik zirvəsinə ucalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin rəsmi səhifəsində paylaşılıb.

Bildirilib ki, Beyləqan rayonu Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində iki ilə yaxındır gənclərin çağırışaqədərki hazırlıq fənnini tədris edən Əvdil Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

5
Teqlər:
Beyləqan, şəhid, müəllim, Şuşa, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Qoçəhmədli kəndində məscid

Ümid edirəm, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər - FOTO

8
(Yenilənib 18:20 30.11.2020)
Anar Kərimov: "Ümid edirəm ki, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər".

BAKI, 30 noyabr — Sputnik. Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov ermənilərin işğal illərində daha bir məscidimizə qarşı etdiyi vandalizmlə bağlı məlumat verib.

O, bu barədə "Twitter" hesabında paylaşım edib.

"Erməni işğalı nəticəsində Füzuli rayonunun Qoçəhmədli kəndindəki XVIII əsrə aid məscid məhv edilib və həmişəki kimi heyvanlar üçün istifadə edilib. Ümid edirəm ki, beynəlxalq təşkilatlar bütün bu alçaldılmış yerləri görməyə gələcəklər".

8
Teqlər:
erməni vandalizmi, məscid, Füzuli, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə