Bakıya mənzərə, arxiv şəkli

Ölkədə karantin rejimi ilə bağlı yeni qərar açıqlandı

420
(Yenilənib 16:55 12.09.2020)
Nazirlər Kabineti ölkə ərazisində xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verib.

BAKI, 12 sentyabr - Sputnik. Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair qərarı imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, qərara əsasən 14 sentyabr saat 06:00-dan etibarən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir, sentyabrın 30-dək digər ictimai nəqliyytat növləri kimi şənbə və bazar günləri Metropolitenin sərnişindaşıma fəaliyyətinə fasilə verilir, çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilir.

Sentyabrın 30-dək ölkə üzrə xüsusi karantin rejimi tətbiq edilmiş ərazidə aşağıdakı sahələrdə tətbiq olunan məhdudiyyətlər saxlanılır:

- yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış;

- ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları;

- “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu;

- dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi;

- bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla); 

- tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili;

- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşə;

- istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;

- muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;

- iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;

Almaniyada epidemioloji vəziyyət
© REUTERS / Wolfgang Rattay / File Photo

- ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;

- tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti;

- idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

- masaj və hamam xidmətlərinin göstərilməsi;

Əlavə olaraq sərtləşdirilmiş xüsusi karantin rejimində  Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması;

© Official website of President of Azerbaijan Republic

- ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə  saat  00:00-dan 09:00-dək  yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi;

- 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilməsi;

- çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;

- 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.

Bu Qərarda qeyd edilmiş mədudiyyətlər istisna olmaqla bütün iş, xidmət və digər sahələrdə fəaliyyətə icazə verilir.

420
Azərbaycan və Türkiyə hərbçiləri Karsda QIŞ-21 təlim zamanı

Azərbaycan Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək

6
Anar Kərimov: "30 il işğal altında olan torpaqlarımızı azad etdikdən sonra qəhrəman əsgərlərimizin şücaətini kino ilə daha təsirli səviyyədə göstərmək üçün fəaliyyətə başladıq"

BAKI, 2 mart — Sputnik. "30 il işğal altında olan torpaqlarımızı azad etdikdən sonra qəhrəman əsgərlərimizin şücaətini kino ilə daha təsirli səviyyədə göstərmək üçün fəaliyyətə başladıq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "TRT Haber"ə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

O qeyd edib ki, bu mövzuda keyfiyyətli filmlərə ehtiyac var: "Bu məqsədlə türk qardaşlarımız və istehsalçı şirkətlər ilə ortaq layihələr həyata keçirməyi çox istəyirik. Türkiyənin bu sahədəki təcrübələrini öyrənərək Azərbaycan da bu təcrübələrdən istifadə edəcək".

Nazir bildirib ki, işğaldan azad edilən torpaqlar yenidən inşa ediləcək: "Biz bunu qardaş Türkiyə ilə birgə eləmək, bərpa işlərində də türk qardaşlarımızla birlikdə çalışmaq istəyirik. Bununla bağlı Mədəniyyət Nazirliyi və TİKA (Türk İşbirliyi və Koordinasiya Agentliyi Başqanlığı) arasında müqavilə imzalandı. Türk qardaşlarımızın təcrübələrindən faydalanmaq istəyirik.

 

6
Teqlər:
qələbə, Qarabağ, film, Türkiyә
S-400 zenit-raket kompleksi, arxiv şəkli

"Azərbaycan Rusiyadan "S-400" zenit-raket sistemləri ala bilər" Hərbi ekspert

18
(Yenilənib 13:33 02.03.2021)
"Azərbaycan öz Hava Hücumundan Müdafiə Sistemlərinin möhkəmləndirilməsində maraqlı olacaq. Ona görə də bu məsələdə Rusiya istehsalı olan zenit-raket sistemlərinin yaxşı şansları var"

BAKI, 2 mart — Sputnik. Azərbaycan Rusiyadan "S-400" zenit-raket sistemləri ala bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko "Sputnik"də canlı yayım zamanı bildirib.

"Azərbaycanın bu və ya digər silah sistemləri almasına gəldikdə isə fikrimcə, Azərbaycan öz Hava Hücumundan Müdafiə Sistemlərinin möhkəmləndirilməsində maraqlı olacaq. Ona görə də bu məsələdə Rusiya istehsalı olan "S-400" və "S-300 v4" sistemlərinin ixrac variantının yaxşı şansları var. Azərbaycan PUA-ların alınması məsələsində Türkiyə və İsraillə əməkdaşlığa üstünlük verəcək", - deyə Korotçenko qeyd edib.

O, həmçinin vurğulayıb ki, Qarabağ müharibəsi zamanı "Bayraktar"lar özlərini yaxşı PR etdilər: "Aydındır ki, bu müharibənin nəticələri beynəlxalq silah bazarında "Bayraktar"a uğur qazanmaqda yardım edəcək. Hazırda Rusiya Qarabağda PUA-ların istifadəsi də daxil olmaqla, vəziyyəti diqqətlə analiz edir. Bildiyiniz kimi, Rusiyada PUA-ların bütün istiqamətləri üzrə iş aparılır. Strateji, zərbə PUA-sı olan "Oxotnik" (Ovçu) daxil olmaqla ağır PUA-lardan tutmuş, yüngül "Molniya" (İldırım) dronlarına qədər".

18
Teqlər:
silah, müsahibə, İqor Korotçenko, Azərbaycan, Rusiya, S-400 zenit-raket kompleksi