Dönərxana

Harada yediyinizə diqqət edin: Üç günahkardan ikisi qida satır

91
(Yenilənib 17:26 05.09.2020)
Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb

BAKI, 5 sentyabr — Sputnik. İqtisadiyyat Nazirliyi zəruri qayda və tələblərə əməl edilməsinə nəzarət tədbirlərini davam etdirir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, sentyabrın 3-də keçirilmiş monitorinqlər zamanı Bakının Qaradağ rayonunda "Laçın kafesi"ndə, Hökumə Mahmudovaya, Fərhad Gülmalıyevə, Nərminə İsayevaya məxsus ərzaq mağazalarında, Nizami rayonunda "Sərxan market"də, "Ruslan 93 ərzaq" mağazasında, "Kala qadın geyimləri" mağazasında, "Xarı-bülbül restoranı"nda, "Seva studio" gözəllik salonunda, Xətai rayonunda "Bolluq market"də, "Göyçə market"də, "Miri market"də, "Boranı restoranı"nda, "Fədək dönərxana"da, Xəzər rayonunda "Qaradok market"də, "Ruzi market"də, "Mərdəkan market"də, "Şaurma-kafe"də, Binəqədi rayonunda "Kafe Akdeniz"də, "Restoran Adana"da, "Kafe Dominos Pizza"da, "Kafe Orxan"da, "Express market"də, Nərimanov rayonunda "Oven şirniyyat" mağazasında, "Ağdəniz kafe"də, "Bəyaz Kafe"də, Suraxanı rayonunda "Market Günəşli"də, Yaşar Cəlilova məxsus istehsal sexində, Seymur İmanova məxsus çayxanada, Sahilə Vəliyevaya məxsus geyim mağazasında, Sabunçu rayonunda Teymur İbayevə, Vüqar Məmmədova, Samir Əhmədova məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda "Derimond geyim mağazası"nda, "Vitrin geyim mağaza"da, "Malışok mağaza"da, "Alqo geyim mağazası"nda, "Happy moons" restoranında, "Tavada restoran"da, Nəsimi rayonunda "Pakdad restoran"da, "Dəfnə" iaşə obyektində, "Şəki kafesi"ndə, Yasamal rayonunda "Böyük Fırat kafe"də, "Padişah kafe"də, "Şahdağ market"də, Sumqayıt şəhərində "Ucuz market ərzaq mağazası"nda, "Dəfnə Lahmacun"da, Abşeron rayonunda "Ucuzluq geyim mağazası"nda, Polad Əsgərova məxsus şirniyyat mağazasında ümumilikdə nəzarət tədbirləri keçirilmiş 119 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib. Nöqsanlara yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

91
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (433)
Əlaqədar
Aylar sonra kafe və restoranların əvvəlki qaydada xidmət göstərməsinə icazə verildi
Otellərin mətbəx, restoran və barlarında hansı qaydalara əməl edilməlidir?
Otuz beş nəfəri "zibilə salmaq" bu cür olur
Avropa Şurasının binası qarşısında bayraqlar, arxiv şəkli

Azərbaycanlı deputatlar sabah Strasburqa gedirlər

0
AŞPA-nın qış sessiyasında Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri və digər mövzularda fikir mübadiləsi aparılacaq.

BAKI, 23 yanvar — Sputnik. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 29-dək Strasburqda səfərdə olacaqlar.

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Rafael Hüseynov, Sabir Hacıyev, Erkin Qədirli, Tural Gəncəliyev, Nigar Arpadarai və Kamal Cəfərov daxildirlər.

Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsı, Gürcüstanda keçirilmiş parlament seçkilərinin müşahidəsinin nəticələri, Monteneqro ilə post-monitorinq dialoqu, COVİD-19 vaksininin etik, leqal və praktiki tərəfləri, Xroniki və uzunmüddətli xəstəliklərlə məşğul olan şəxslərə qarşı ayrıseçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

0
Qızıl külçələri, arxiv şəkli

Neft Fondunun qızıl ehtiyatları artıb

0
Məlumata əsasən, 2021-ci il yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 101,8 ton olub.

BAKI, 23 yanvar — Sputnik. Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyyatları 0,6 ton artıb.

Sputnik Azərbaycan Neft Fondunun 2020-ci il üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 101,8 ton olub.

Keçən ilin əvvəlinə olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın həcmi 101,2 ton idi. Beləliklə də, Neft Fondu 2020-ci ildə 0,6 ton qızıl alıb.

Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 14,2 faizini, ABŞ dolları portfelinin isə 6 milyard 170,8 milyon dollarlıq hissəsi təşkil edir.

0