Azərbaycan bayrağı

Rəsmi Bakı: Bu kampaniyanın arxasında kimin durduğunu bilirik

29
Ermənistanın Azərbaycana qarşı bu kimi yalan məlumatları yaymaqla məqsədi beynəlxalq ictimaiyyətin diqqətini öz mənfur planlarından yayındırmaqdır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 sentyabr — Sputnik. "Növbəti dəfədir ki, Azərbaycana qarşı heç bir əsası olmayan, hər hansı fakta və etibarlı mənbəyə söykənməyən və tamamilə dezinformasiya xarakterli məlumatın yayılmasını müşahidə edirik. Bunu ölkəmizə qarşı böhtan xarakterli, çirkin kampaniya kimi qiymətləndiririk".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Nezavisimaya qazeta" nəşrində guya ki, Azərbaycana Suriya döyüşçülərinin gətirilməsi və onların Ermənistana qarşı "ildırım sürətli müharibəyə" hazırlaşdığı barədə dərc olunan xəbərə münasibət bildirərkən deyib.

"Bu saxta kampaniyanın arxasında Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində Yaxın Şərq bölgəsindən muzdluları və terrorçuları cəlb etmiş Ermənistanın durduğu heç bir şübhə doğurmur. ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən, Amerika əsilli və uzun illər Livanda terrorçu təşkilatın üzvü kimi fəaliyyət göstərən Monte Melkonyanın Ermənistanın milli qəhrəmanı elan olunması, hətta bu qatı terrorçunun "qəhrəmanlığının" Ermənistanda orta məktəb dərsliyinə daxil edilməsi hər kəsə yaxşı bəllidir.

Hazırda səfərbərlik ehtiyatları problemi ilə üzləşən və könüllülük əsasında silahlı dəstələri, o cümlədən xarici muzdlu döyüşçüləri öz ordusuna cəlb etməyi planlaşdıran Ermənistanın Azərbaycana qarşı bu kimi yalan məlumatları yaymaqla məqsədi beynəlxalq ictimaiyyətin diqqətini öz mənfur planlarından yayındırmaqdır.

Vurğulayırıq ki, Azərbaycanın güclü və peşəkar ordusu var və düşmən qüvvələrinin layiqli cavabını vermək üçün, eləcə də beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etmək üçün ölkəmizin heç bir kənar qüvvəyə ehtiyacı yoxdur", - deyə Leyla Abdullayeva qeyd edib.

29
General-pol­kov­nik Məhərrəm Əliyev cəbhədə

Prezidentin köməkçisi sərhəddəki hərbi hissəyə gedib

1
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib.

BAKI, 18 sentyabr — Sputnik. Sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev DSX-nin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.

  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
  • "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində
    © State Border Service of Azerbaijan Republic.
1 / 5
© State Border Service of Azerbaijan Republic.
Məhərrəm Əliyev "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib, Ermənistanla dövlət sərhədindəki sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülüb.

"Qazax" əlahiddə sərhəd diviziyasında hərbi tikinti-quruculuq işlərinin gedişatı nəzərdən keçirilib, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun daha da gücləndirilməsi tədbirlərilə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

1

Tofiq Yaqublu aclığı dayandırdı evə buraxıldı

9
(Yenilənib 17:41 18.09.2020)
Həkim Adil Qeybulla bildirib ki, hazırda Tofiq Yaqublunun səhhəti kafidir, vəziyyətinə uyğun olaraq, bu gün və ya sabah evə buraxılacaq.

BAKI, 18 sentyabr — Sputnik. Müsavat Partiyasının fəalı Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Yaqublunun həkimi Adil Qeybulla məlumat verib.

Həkim bildirib ki, hazırda Tofiq Yaqublunun səhhəti kafidir. Müsavat Partiyasının fəalı Tofiq Yaqublu artıq xəstəxanadan evə buraxılıb. O, müalicə aldığı "City Hospital"ın qarşısında jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, Penitensiar Xidmət həbsdə olan müsavatçı Tofiq Yaqublu ilə bağlı rəsmi açıqlama yayıb. Sputnik Azərbaycan Pentensiar Xidmətin məlumatına istinadla xəbər verir ki, məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saxlanıldığı 3 saylı istintaq təcridxanasında 02.09.2020-ci il tarixdən yemək qəbulundan imtina edilib, bununla əlaqədar səhhəti həkim nəzarətinə götürülərək o, təcridxananın tibb məntəqəsinə köçürülüb.

Eyni zamanda xahişi ilə şəxsən tanıdığı mülki sektorun həkimi Adil Qeybullanın konsultasiyası təşkil edilmiş, A.Qeybulla onun səhhətinə gündəlik nəzarət edilməsi və müalicəsinin aparılması üçün çalışdığı xəstəxanaya – "City Hospital"a köçürülməsini xahiş edib.

Bununla əlaqədar T.Yaqublunun səhhətinə qayğı və həssaslıqla yanaşılaraq o, 12.09.2020-ci il tarixdə həmin xəstəxanaya yerləşdirilib.

17.09.2020-ci il tarixdə T.Yaqublu "City Hospital"da TƏBİB-in və Ədliyyə Nazirliyinin Tibb xidmətinin həkimləri tərəfindən birgə müayinə olunub və vəziyyətinin orta ağırlıqda stabil olduğu müəyyən edilib.

Hazırda T.Yaqublunun fizioloji göstəriciləri normal olsa da, o, əsasən yataqdadır, başgicəllənmədən, ümumi halsızlıqdan şikayət edir. Hazırkı durumu onun məhkəmə prosesində iştirakına çətinlik törədir.

T.Yaqublunun müdafiəsini həyata keçirən vəkillərin hökmdən verdikləri apelyasiya şikayətləri və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan, Tibb xidməti tərəfindən onun səhhət durumunun nəzərə alınması ilə bağlı məhkəməyə müraciət edilib.

Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində keçirilmiş ilkin baxış zamanı məhkəmə humanistlik göstərərək T.Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

9
Teqlər:
TƏBİB, Penitensiar xidmət, Tofiq Yaqublu