İlham Əliyev: "Azərbaycan əcnəbi şirkətlər üçün cəlbedici olmağa davam edir"

75
Yapon şirkətləri Azərbaycanda iş qurmaqda maraqlıdırlar. Onlar Azərbaycanın neft və qaz sektoruna çoxlu vəsait yatırıblar.

BAKI, 2 sentyabr — Sputnik. “Yaponiya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Əməkdaşlığımızın çox geniş gündəliyi var. Əvvəla, bizim siyasi dialoqumuz çox fəaldır”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edərkən deyib.

Prezident bildirib ki, iqtisadi sahədə çox yaxşı nəticələr görünür: "Çox şadıq ki, yapon şirkətləri Azərbaycanda iş qurmaqda maraqlıdırlar. Onlar yaxşı investorlardır. Onlar Azərbaycanın neft və qaz sektoruna çoxlu vəsait yatırıblar. Ümidvaram ki, iqtisadiyyatımızın digər sektorlarına da maraq olacaq. Xüsusilə biznes mühiti ilə bağlı vəziyyətin yaxşılaşdırılmasını nəzərə alaraq Azərbaycan əcnəbi şirkətlər üçün cəlbedici olmağa davam edir”.

75
Meyvə və tərəvəz satışı, arxiv şəkli

"Bazarlara nəzarət artırılmalıdır" - Baş infeksionist

0
(Yenilənib 18:21 22.09.2020)
"Bazarlar isə insanların daha sıx toplaşdığı yerlərdir. Belə yerlərdə tibbi maskadan istifadə mütləqdir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 sentyabr — Sputnik. "Koronavirusla yaşamağa öyrəşməliyik" fikrini regionlarımızdakı əhali özünəməxsus surətdə başa düşüb. Virusdan qorunmaq üçün qoyulan qadağalara əməl etmək əvəzinə, çoxları onu vecinə almamağa çalışır, tibbi maska taxmır, sosial məsafəni gözləmir.

Bir neçə gün əvvəl Şəkidə baş verən hadisə də bunu təsdiqlədi. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi "Şəki Bazar" ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edildi. Bu halın risk mənbəyi olduğunu nəzərə alaraq bazarın dezinfeksiya edilməsi məqsədi ilə o, sentyabrın 18-dən üç gün müddətində karantinə bağlandı. Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldü və "Şəki Bazar" ASC fəaliyyətini yenidən bərpa etdi. Bildirilir ki, orada virusa yoluxması aşkar olunmuş şəxslərin müalicələri təşkil edilib, onlarla yaxın təmasda olanlar isə mövcud qaydalara uyğun olaraq müəyyən edilmiş müddət ərzində evdə təcrid ediliblər.

Sputnik Azərbaycan regionlarda alış-veriş mərkəzlərində koronavirus təhlükəsini araşdırıb.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Şəki şəhərində bazarda virusa yoluxma halının qeydə alınması çox ciddi siqnaldır:

“Koronavirus pandemiyasına görə karantin rejimi bütün ölkəni əhatə edir. Ona görə də bölgələr də daxil olmaqla karantin qaydalarına hər yerdə əməl olunmalıdır. Hansısa zona sərt karantin rejimindən çıxıbsa, bu o demək deyil ki, həmin yerdə tibbi maska taxılmamalıdır. Bazarlar isə insanların daha sıx toplaşdığı yerlərdir. Belə yerlərdə tibbi maskadan istifadə mütləqdir. Şəki bazarında baş verən hadisə də göstərdi ki, orada virus yayan insanlar olub. 12 nəfərin bu virusa yoluxması faktı bazarda tibbi maska ilə bağlı tələbə də əməl olunmadığını göstərir”.

C.İsayev bildirir ki, regionlarda yoluxma hallarının qeydə alınması tibbi maska ilə bağlı tələbə nəzarətin zəif olmasından qaynaqlanmır: “Bu bir məsuliyyətdir. Çox təəssüf ki, insanlar bölgələrdə bu qaydalara əməl etmirlər. Nəzarət olduğunu görən kimi tibbi maska taxır, nəzarət olmadığını görən kimi çıxardırlar. Belə hallar paytaxtda da var. İnsanlar bəşəriyyətin bir bəla ilə üz-üzə olduğunu dərk etməli, özlərini və ətrafdakıları koronavirusdan qorumaq üçün tibbi maskadan istifadə etməlidirlər. Bu artıq bizim bir həyat tərzimizə çevrilməlidir”.

Baş infeksionist bölgələrdə bazarlara nəzarətin artırılmalı olduğunu da söyləyib. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sputnik Azərbaycan-a bildiriblər ki, bazarlarla bağlı xüsusi tələblər olmasa da, ictimai-iaşə obyektlərinin pandemiya dövründə fəaliyyəti ilə bağlı hazırlanan metodiki göstərişlər bazarlara da aiddir.

0
Teqlər:
Şəki, Cəlal İsayev, infeksionist, Koronavirus, epidemiya, COVID-19, bazar
Əlaqədar
Rusiyanın koronavirus peyvəndi: hansı ölkələr onu almaq istəyir
Təəccüblü kəşf: bu xəstəliyə yoluxmaq koronavirusa qarşı immunitet yaradır
Professor: “Koronavirus uşaqlar arasında simptomsuz formada müşahidə edilir”
Şəkidə bu ərazidə koronavirusa kütləvi yoluxma aşkarlanıb
Google-un köməyilə koronavirusun harada “partladığını” bilmək olar
Əli Nağıyevin ailəsi

"Azəriqaz" Prezident Administrasiyasına müraciət edən vətəndaşların problemini həll etdi

4
(Yenilənib 17:15 22.09.2020)
Ə.Nağıyev müraciətində ailəsinin yaşadığı fərdi yaşayış evində təbii qazdan istifadə edə bilmədiyini bildirib. O, müraciətinə baxılması zamanı 3 övladının görmə məhdudiyyətinin olmasının da nəzərə alınmasını istəyib

BAKI, 22 sentyabr — Sputnik. Bakı şəhərinin Səbail rayonunda qeydiyyatda olan vətəndaş Nağıyev Əli Rafil oğlunun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı və Səbail Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətini "Azəriqaz" İstehsalat Birliyi dərhal təmin edib. Bu barədə "Azəriqaz" İB-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Ə.Nağıyev müraciətində ailəsinin yaşadığı fərdi yaşayış evində təbii qazdan istifadə edə bilmədiyini bildirib. O, müraciətinə baxılması zamanı 3 övladının görmə məhdudiyyətinin olmasının da nəzərə alınmasını istəyib. Birliyin əməkdaşları onun ailəsinin yaşadığı evə baş çəkib, təbii qazın çəkilməsi işlərinə başlanılıb. 20 sentyabr – "Neftçilər Günü" peşə bayramı ilə bağlı "Azəriqaz" İB-nin həyata keçirdiyi sosial aksiya çərçivəsində vətəndaşın problemi tezliklə həllini tapıb.

Qeyd edək ki, Nağıyev Əli Rafil oğlu hazırda cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır.

Bu ailənin müraciətinə dair görülən işlərlə bağlı hazırlanan video materialı aşağıdakı sosial şəbəkə ünvanlarından izləyə bilərsiniz:

4
Teqlər:
problem, məhkum, Səbail, şikayət, Prezident Administrasiyası, vətəndaş, "Azəriqaz" İB
Əlaqədar
Cəbhəyanı bölgələrdə kommunal ödənişlərə güzəşt təklif edilir - Qurumlar nə deyir?
"Azəriqaz" İB-dən millət vəkilinə cavab - Abonentlərə isə şad xəbər
Abonentlərin narahatlığı da həll olundu: vəsaitlər yeni sayğaca köçürüldü
Qazı olmayanlar, bu xəbəri oxuyun, bəlkə, siyahıda sizin də adınız var?
“Azəriqaz” təmas xəttində yaşayanların kommunal problemlərini həll edir